15 İyun 2025 08:45
752
İQTİSADİYYAT
A- A+
Əhalinin rifahının gücləndirilməsi istiqamətində növbəti addım

Əhalinin rifahının gücləndirilməsi istiqamətində növbəti addım


Beşinci sosial paket 3 milyon vətəndaşı əhatə edir


Azərbaycanda əhalinin sosial təminatının gücləndirilməsinin dövlət siyasətinin prioritet istiqaməti olduğu Prezident İlham Əliyevin növbəti fərmanı ilə bir daha təsdiqini tapdı. İmzalanan sənədə əsasən, iyul ayından etibarən sosial müavinətlər və təqaüdlər artırılacaq. Bura əlilliyə görə müavinətlər, müxtəlif təqaüdlər, fəxri adlara görə verilən aylıq təqaüdlər daxildir.

Üç milyon insanı əhatə edən beşinci sosial paket ümumilikdə əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edəcək. 

Milli Məclisin deputatı Vüqar Bayramov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, sosial müavinətlərin və təqaüdlərin artırılması Azərbaycanda 5-ci sosial paketin daha da dərinləşdiyindən xəbər verir. Bu sosial paket 3 milyon vətəndaşı əhatə edir. "Ümumilikdə bu istiqamətə 1.4 milyard manat əlavə vəsait ayrılıb, eyni zamanda dövlət büdcəsindən 2025-ci il üçün sosial istiqamətə ayrılan vəsaitin həcmi 16.9 milyard manatdır. Bu da ümumi büdcə xərclərinin 41 faizini təşkil edir. Cənab Prezident tərəfindən sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı fərmanın imzalanması dövlət siyasətinin əsas hədəfinin vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılması olduğunu bir daha təsdiq edir", - deyə deputat əlavə edib. Qeyd edib ki, bu gün Azərbaycanda həm sosial qayğıya ehtiyacı olan vətəndaşlarımızın, həm də sosial müavinət, təqaüd alanların təminatının yaxşılaşdırılması prioritet məsələlərdəndir. Son fərman da nəticə etibarilə əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir. Bu baxımdan 5-ci sosial paket, həmçinin bu istiqamətə ayrılan vəsaitlər, artımlar bir daha göstərir ki, bu il də sosial müdafiə tədbirlərinin dərinləşməsi ili kimi yadda qalacaq. 

V.Bayramov bildirib ki, bütövlükdə fiskal imkanlar çərçivəsində vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılması, rifahının gücləndirilməsi hər zaman sosial siyasətin əsas hədəflərindən hesab olunur: "Son fərman eyni zamanda minumum əməkhaqqı və minumum pensiyalarla bağlı Prezident İlham Əliyevin sərəncamları, dövlət qurumlarında çalışanların əməkhaqlarının artırılması istiqamətində imzalanan sənədlər 2025- ci ilin sosial tədbirlərin genişləndiyi il olduğunu bir daha təsdiq edir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diplomatik korpusun nümayəndələri Laçında

12:26
02 May

Xersonda mikroavtobus dronla vurulub, ölənlər və xəsarət alanlar var

12:14
02 May

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

12:11
02 May

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

12:06
02 May

Tramp İranla Vaşinqtonu qane edən bir razılaşma əldə etmək niyyətindədir

12:01
02 May

Azərbaycan neftinin qiyməti 119 dollar olub

11:46
02 May

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

10:47
02 May

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

10:47
02 May

Xəzərdə zəlzələ olub

10:13
02 May

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

Əbədiyyətə qovuşan ömrün 103-cü baharı

08:15
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!