Dünya sual qarşısında
İntiharların qarşısını necə almalı
Dünya ekspertlərinin qənaətinə əsasən, lokdaunlar intiharlara yol açır. Statistika dəhşətlidir: bir çox tədqiqatlar koronavirusun müxtəlif yaşlı insanların, xüsusilə yeniyetmələrin və gənclərin psixikasına mənfi təsirini sübut edir. Sosial təcrid durumu intiharın adi hala çevrilməsinə səbəb olmuşdur. Bəs nə etməli? Yeniyetmə uşaqları bundan necə qorumaq olar?
Psixiatrlar həyəcan təbili çalırlar: psixi sağlamlığa laqeyd yanaşmaq olmaz! Uşaqlar təcrid, qorxu və çaşqınlıq vəziyyətindədir. Onlayn dərslərə, dostlarla videozənglərə, sosial şəbəkələrdə forum və ya xəbər lentlərinə dalma - pandemiya günlərində yeniyetmələrin həyatı belə keçir. Uzun müddətdir virtual reallıq əsl həyat tərzini əvəz edir və bunun nəticələri fəlakətlidir. Lokdaunlar qorxuların güclənməsinə və nəticədə intihara gətirib çıxarır.
Dünyada təxminən hər 12 saatdan bir intihar hadisəsi baş verir. 2021-ci ilin əvvəlindən avqustun 31-nə qədər hesablamalar aparılıb: təkcə İtaliyada 413 intihar və 348 intihara cəhd hadisəsi baş verib. Bu, Elmi-Tədqiqat Psixiatriya və Neyroelmlər İnstitutu nəzdində BRF Fondunun İntiharların Monitorinqi Mərkəzinin məlumatıdır.
COVID-19 müxtəlif yaşlarda olan insanların psixi sağlamlığına əhəmiyyətli təsir göstərməklə yanaşı, səhiyyə sahəsində çoxsaylı boşluqları da üzə çıxarmışdır. Bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hökumətləri investisiyaları artırmaqla bu sektora dövlət yardımını yaxşılaşdırmağı və möhkəmləndirməyi tələb edən mühüm qətnamə qəbul etmişdir.
ÜST-ün məlumatına görə, intihar halları daha çox Avropa ölkələrində qeydə alınır. Əhalinin, əsasən, ən gənc təbəqəsi əziyyət çəkir. Böyüklər tərəfindən onların üzərinə qoyulan böyük gözləntilər, həddindən artıq rəqabət, tamamilə reallıqdan uzaq olan standartlara uyğun gəlmək arzusu və s. bu kimi intihar səbəbləri bir çox amillərdən doğur və pandemiya bu kədərli vəziyyəti yalnız mürəkkəbləşdirir.
ÜST-ün Avropa üzrə regional direktoru Hans Henri P. Klügenin dediyinə görə, indiyə qədər bir çox ölkələrdə dövlət psixiatriya klinikaları mövcuddur: “Buna görə də psixi sağlamlıq sahəsinə daha çox investisiya qoymaq, onu ilkin təcili yardım sahəsinə inteqrasiya etmək lazımdır”. O həmçinin bildirmişdir ki, Avropa İttifaqına üzv olan bütün ölkələr bu problemlər barədə məlumatların yayılması, xidmətlərə bərabər çıxış əldə edilməsi, həmçinin adekvat səhiyyə siyasətinin inkişafı məqsədilə psixiatriyanın təbliğinə dair öhdəlik götürməlidirlər.
“Biz məktəblərin bağlanması, insanların təcrid edilməsi, işsizlik, qorxu və rahatsızlıqların dağıdıcı təsirlərinin şahidi olduq. Aydındır ki, bu məsələdə başqa mövqe ola bilməz və bu mövzular diqqət mərkəzində olmalıdır”. Bu sözləri isə ÜST-ün Avropa regionunda səhiyyə strategiyaları və sistemləri şöbəsinin direktoru Nataşa Azzopardi-Muskat demişdir.
Yeri gəlmişkən qeyd edək ki, “Tik Tok” kimi bəzi sosial şəbəkələr yeni funksiyaları inteqrasiya etmək və bu cür problemlərlə mübarizə aparan insanların dəstəyini genişləndirmək qərarına gəlib. Yeniliklərə psixi sağlamlıq haqqında təlimatlar daxildir və “intihar” kimi sözlər axtaran istifadəçilər dəstək əldə etmək üçün həmin resurslara yönləndirilir.
Amerika Onkologiya Cəmiyyətinin alimi Korin Liç tərəfindən aparılan bir araşdırma insanların sağlamlığı və zehni vəziyyətinin pandemiya şəraitində pisləşdiyini sübut edib. Bu, xüsusilə ən həssas insanlara aiddir. Rahatsızlıqlar, depressiv pozuntular, həddindən artıq stres - bu yük daim insanların üzərindədir və yaranmış mövcud vəziyyət onu daha da ağırlaşdırır.
Ümumiyyətlə, koronavirusun, xüsusilə, lokdaun zamanı, sosial təcrid vəziyyətində insanların psixi sağlamlığına mənfi təsirini sübut edən bir çox tədqiqatlar var. Bununla əlaqədar sentyabrın sonunda ÜST psixi sağlamlıq məsələləri üzrə yeni Pan-Avropa Koalisiyası yaradacaq. O, mövzu üzrə laboratoriyanın yaradılması və inkişafı üçün platforma olacaq.
ABŞ-dakı Ohayo Universitetinin Psixoloji məsləhət və yardım xidməti isə psixi sağlamlıq haqqında məlumat yaymaq üçün müasir texnologiyalara müraciət etmək qərarına gəlib. Belə ki, “Koqnito” adlı interaktiv proqram layihəsi yaradılıb ki, onun da məqsədi intiharların qarşısının alınması və istifadəçilərin informasiya modulları vasitəsilə maarifləndirilməsidir. Məlumat üçün bildirək ki, “Koqnito” - həyatda asanlıqla tətbiq edilən müxtəlif informasiya kitabçalarını təklif edən aktual interaktiv proqramdır. Bu model tələbələr üçün həmyaşıdlarında pozuntuların əlamətlərini tanımaq və söhbət zamanı onlara mürəkkəb mövzulara toxunmağı öyrətmək üçün yaradılmışdır.
Azərbaycan Tibb Universitetininin rektoru, Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatoru Gəray Gəraybəyli müsahibələrindən birində deyib ki, intiharla bağlı məsələdə Azərbaycanı digər ölkələrdən ayırmaq olmaz və intiharların bütün dünyada artması qabaqcadan proqnozlaşdırılıb. Bir çox ölkələrlə müqayisədə Azərbaycanda intiharların sayı azdır. İntiharın artması ümumi psixoloji əsəb gərginliyi ilə əlaqəlidir. Elmi tərəqqi, məlumatların, işin çoxalması, insanların asudə vaxtının, yaxınlarla ünsiyyət üçün imkanın az olması, gərginlik, maliyyə və sosial problemlərin artması intihara səbəb olur.
İndi bütün bunlara daha bir bəla - koronavirus pandemiyası əlavə olunub və təəssüf ki, son illər ölkəmizdə də intihar və intihara cəhd hadisələrinin sayı artır. Bir müddət əvvəl Baş Prokurorluğun mətbuat xidməti ictimaiyyətə növbəti videomüraciət təqdim etmişdir. Müraciətdə deyilir: “Müasir dövrdə cəmiyyətin sağlam gələcəyini təhdid edən sosial problemlərdən biri də intihardır. Müxtəlif psixoloji və ya sosial problemlərin nəticəsi olaraq hər il minlərlə insan öz istəyi ilə həyatına son qoyur. Təəssüf ki, təkcə 2021-ci ilin 6 ayı ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər həyatını itirib. Bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanlara laqeyd yanaşmamalıyıq. Həyat və insanlar sandığın qədər əzabverici deyil, dəyişməli olan baxış bucağındır! Qaranlıqdan sonra günəş mütləq doğacaq, həyatın kontrolunu ələ al!”
Rizvan CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
04 May
Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib
04 May
Nigeriyada qızılca xəstəliyindən 42 nəfər ölüb
04 May
Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlu...
04 May
Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyy...
04 May
Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər...
04 May
Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib
04 May
Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir
04 May
Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq
04 May
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!