Dünya Bankı pozuntulara görə “Doing Business” hesabatlarının nəşrini dayandırdı
Hesabatlarda Azərbaycanın da ziyanına saxtakarlıqlar edilibmiş
Dünya ölkələrində biznes mühitin qiymətləndirilməsində əsas indikatorlardan biri sayılan “Doing Business”in hesabatlarında pozuntular aşkarlandığı üçün fəaliyyəti dayandırılmışdır.
Bununla bağlı Dünya Bankının yaydığı məlumatda bildirilir ki, artıq araşdırmalara start verilmişdir. Pozuntuların təsirinə məruz qalan ölkələrlə bağlı hesabatlara dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu məqsədlə araşdırma aparılan müddətdə Dünya Bankı tərəfindən hesabatların dərc edilməsi dayandırılacaqdır.
Dünya Bankı Qrupu “Doing Business” hesabatı ilə əlaqədar aşağıdakı məzmunda açıqlama yaymışdır:
“17 illik mövcudluğu müddətində “Doing Business” hesabatı biznes fəaliyyəti ilə məşğul olma xərclərini ölçmək istəyən ölkələr üçün dəyərli vasitə olmuşdur. “Doing Business” indikatorları və metodologiyası hansısa ayrıca götürülmüş ölkəni nəzərə almır, əksinə, ümumi biznes mühitinin yaxşılaşdırılmasına kömək edir.
2017 və 2019-cu illərin oktyabr ayında dərc olunmuş “Doing Business 2018” və “Doing Business 2020” hesabatlarında məlumatların dəyişdirilməsi ilə bağlı bir sıra pozuntuların olması məlum olmuşdur. Məlumatlarda bu dəyişikliklər “Doing Business” metodologiyasına uyğun olmamışdır.
Məlumatların və təhlilimizin etibarlığı və qərəzsizliyi son dərəcədə vacibdir və buna görə biz dərhal aşağıdakı tədbirləri görürük:
Biz son beş “Doing Business” hesabatı üçün institusional məlumatların araşdırılması prosesindən sonra baş verən məlumat dəyişikliklərinin sistematik şəkildə nəzərdən keçirilməsi və qiymətləndirilməsini aparırıq.
Biz Dünya Bankı Qrupunun müstəqil Daxili Audit funksiyasından “Doing Business” üçün məlumatların toplanması və ekspertizası proseslərinin və məlumatların bütövlüyünü qorumaq üçün nəzarət sisteminin auditini aparmağı xahiş etmişik.
Biz müəyyənləşdirilmiş faktlara əsaslanaraq hərəkət edəcəyik və pozuntuların təsirinə ən çox məruz qalmış ölkələr üzrə məlumatları retrospektiv olaraq düzəldəcəyik.
Dünya Bankının İcraçı Direktorlar Şurasına, habelə məlumat pozuntularının təsirinə ən çox məruz qalmış ölkələrin hökumət orqanlarına vəziyyət haqqında məlumat verilmişdir.
“Doing Business” hesabatının dərc edilməsi qiymətləndirməmizin aparıldığı müddətdə dayandırılacaq”.
WilmerHale şirkəti tərəfindən aparılan yoxlama Çinin mövqeyinin (78) yaxşılaşdırılması üçün bank rəhbərliyinin, o cümlədən həmin dövrdəki baş icraçı direktor Kristalina Georgiyevanın (hazırda BVF-nin idarəçi direktoru), eləcə də Dünya Bankının prezidenti Jim Yong Kimin ekspert heyətinə təzyiq göstərdiyini aşkara çıxarmışdır.
Araşdırmada Azərbaycanla da bağlı bir sıra məqamlara aydınlıq gətirilmişdir. Belə ki, “Doing Business” hesabatının əsas rəhbərlərindən biri, baş direktorun müşaviri Simeon Dyankov ekspert qrupuna Azərbaycanda biznes mühiti və islahatlarla bağlı məlumatların etibarlılığını təkrar yoxlamağı tapşırmışdır. Ekspert qrupu bir sıra islahatların rəsmi şəkildə tətbiq edildiyini təsdiqləsə də, Dyankov israrla 3 kriteriyada Azərbaycanın mövqelərini “dondurmuş” və islahatlarla bağlı rəsmi sənədləri (fərman, sərəncam və qərarlar) nəzərə almamışdır. Nəticədə, “Doing Business 2020” hesabatının son versiyasında Azərbaycan 2 pillə geriləyərək, 34-cü yerdə qərarlaşmış və “İslahatçılar” siyahısına düşə bilməmişdir.
“Doing Business” hesabatının dərc olunmasının dayandırılması ilə bərabər biznes və investisiya mühitini qiymətləndirmək üçün yeni yanaşmanın tətbiqi gözlənilir.
Bahadur İMANQULİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!