23 Aprel 2024 12:30
124
CƏMİYYƏT
A- A+

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

 

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün peşə kurslarının təşkil olunması işlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Agentlik tərəfindən Qarabağ və Şərqi Zəngəzur üzrə artıq 100-dək şəxs peşə kurslarına cəlb edilib.

Onlara kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrinə aid olan, əmək bazarının tələblərinə uyğun peşələr üzrə bilik və bacarıqlar öyrədilir. Ödənişsiz və müddəti 6 ayadək olan həmin kursları bitirənlərin işlə təminatına da dəstək göstəriləcək.

Həmin ərazilərə köçürülmüş, habelə köçürülməsi nəzərdə tutulan şəxslərdən müraciət edərək qeydiyyata alınmış daha 121 nəfər üçün isə peşə kurslarının təşkili məqsədilə işlər aparılır.

Peşə kurslarına Laçın şəhəri və Laçının Zabux, Sus, Bəylik, Giləbird kəndləri, Şuşa şəhəri və Şuşanın Turşsu qəsəbəsi, Füzuli şəhəri və Füzulinin Dövlətyarlı kəndi, Zəngilan şəhəri və Zəngilanın Ağalı, Cahangirbəyli kəndləri, Cəbrayıl şəhəri və Cəbrayılın Horovlu, Şükürbəyli kəndləri, Kəlbəcər şəhəri, Xocalı şəhəri və Xocalının Malıbəyli kəndi,Xankəndinin Kərkicahan qəsəbəsi, Qubadlının Mahruzlu, Zilanlı kəndləri, Ağdərənin Talış, Suqovuşan, Umudlu kəndləri, Ağdamın Xıdırlı, Kəngərli, Sarıcalı kəndləri, Xocavəndin Xocavənd kəndinə artıq köçürülmüş, habelə bu il köçürülməsi nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər cəlb edilir.

Həmin kurslara DOST mərkəzlərinə, məşğulluq filiallarına müraciət edərək və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video