06 İyul 2024 08:00
819
SİYASƏT
A- A+
Dostluq və qardaşlıq münasibətləri daha da inkişaf edir

Dostluq və qardaşlıq münasibətləri daha da inkişaf edir

 

Tarix boyu bir-birinə dəstək olub əməkdaşlıq edən, kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab edən Azərbaycan, Türkiyə və Pakistan dövlətləri arasında dostluq və qardaşlıq  münasibətləri durmadan inkişaf etməkdədir. Təsadüfi deyil ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ölkələr sırasında ilk yerlərdə durur. Bu, üç qardaş dövləti bir-birinə tarixi-dini köklər və dostluq münasibətləri  bağlayır. 
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə Qarabağ münaqişəsinə münasibətdə hər iki qardaş dövlət - Türkiyə və Pakistan ölkəmizə  siyasi və mənəvi dəstəklərini bir an olsun belə əsirgəməyiblər. Xüsusi olaraq bir məqama diqqət yetirsək görərik ki, 1993-cü il aprelin 30-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Pakistan-Azərbaycan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub.
1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Yüksək səviyyədə keçən səfər zonanı iki ölkə arasında bir sıra sənədlər, o cümlədən Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb. 1996-cı ilin 9 aprelində isə Ulu Öndər Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan ediblər.
Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi-siyasi amil  hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib...
Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin də tarixi çox qədimdir. Eyni soykökə və milli-mənəvi dəyərlərə malik bu xalqların gələcək tarixini müdrik şəxsiyyətlər Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" ifadəsi, Heydər Əliyevin "Bir millət, iki dövlət" formulu müəyyənləşdirir desək, yanılmarıq. Türkiyə Cümhuriyyəti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra daim yanımızda olan, dəstəyini əsirgəməyən və istənilən platformada birlikdə çalışan qardaş, dost ölkədir. Hazırda müttəfiqlik səviyyəsində inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri yalnız siyasi, iqtisadi, hərbi, mədəni deyil, ümumiyyətlə, bütün sahələrdə əlaqələr dərinləşir.
44 günlük Vətən müharibəsi başlayanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanında olduqlarını bəyan etdi. Həmin həyəcanlı günlərdə hər an Türkiyə dövlətini təmsil edən rəsmi şəxslərin, sadə vətəndaşların qəlblərinin Azərbaycanla bir döyündüyünü hiss etdik.  
Vətən müharibəsində əldə edilən zəfərdə Türkiyədən aldığımız mənəvi və siyasi dəstək xalqımıza, düşmənlə ölüm-dirim savaşına qatılan oğullarımıza mənəvi güc verdi. 
İkinci Qarabağ müharibəsindəki tarixi qələbəmizdən sonra dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, Türkiyə Prezidentinin Azərbaycan Prezidentinin yanında olması dünyaya bir mesaj idi. Şuşada təşkil edilən görüşlər, Şuşa Bəyannaməsinin imzalanması isə Azərbaycan və Türkiyə münasibətlərində yeni səhifə açdı. Azərbaycanla Türkiyə arasında həm hərbi, həm iqtisadi sahədə müttəfiqliyin rəsmiləşdirilməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni bir tarixi mərhələnin başlanğıcı oldu. Vətən müharibəsində qazanılan böyük zəfərin əsas simvolu olan mədəniyyət paytaxtımız Şuşada hər iki Prezidentin imzaladığı sənəd bu dövlətlərin həmişə birlikdə olacaqlarını, Türkiyə və Azərbaycan qardaşlığının daimi və əbədi olacağını təsdiqləyən tarixi bir hadisədir.
İftixarla qeyd edə bilərik ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş keçirilib. Xatırladaq ki, bu, Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda keçirilən ilk zirvə görüşü idi. Onu da qeyd edək ki, liderlər bundan sonra belə görüşlərin mütəmadi xarakter daşıyacağına əminlik ifadə ediblər. 
Hazırda üç ölkə arasında parlamentlərin sədrləri, xarici işlər nazirləri səviyyəsində geniş əlaqələr mövcuddur. Ölkələrimiz arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlıq günbəgün artmaqdadır. 
2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə "Üç qardaş" şüarı altında keçirilən təlimlər, üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə aparılan təlimlər qardaş dövlətlərin hərbi və müdafiə sənayesi sahələrində qarşılıqlı əməkdaşlığının yüksək inkişafını təsdiq edən amildir. 
Görüşdə dövlətimizin başçısı Türkiyə Prezidentini və Pakistanın Baş nazirini COP29 konfransına dəvət edib. Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərif dəvəti məmnunluqla qəbul ediblər.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Meksikada narkokartelin 19 üzvü öldürüldü

14:40
23 Oktyabr

ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı

14:39
23 Oktyabr

Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq

14:36
23 Oktyabr

Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib

14:35
23 Oktyabr

BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub

14:34
23 Oktyabr

Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb

14:32
23 Oktyabr

Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq

14:31
23 Oktyabr

Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb

14:22
23 Oktyabr

Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

14:21
23 Oktyabr

Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq

14:13
23 Oktyabr

Ukraynanın baş prokuroru istefa verdi

14:06
23 Oktyabr

Xavi "Mançester Yunayted"də?

13:57
23 Oktyabr

Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq

13:47
23 Oktyabr

Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq

13:42
23 Oktyabr

Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”  

13:31
23 Oktyabr

BMT-nin baş katibi BRİCS sammitinə getdi 

13:22
23 Oktyabr

Paşinyan BRİKS sammitində iştirak edəcək

13:16
23 Oktyabr

Baydendən hərbi xərclərlə bağlı açıqlama

13:04
23 Oktyabr

Braziliyada qırıcı qəzaya uğradı

13:02
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK

13:01
23 Oktyabr

DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir  

12:57
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!