21 May 2025 08:25
609
İQTİSADİYYAT
A- A+
Dörd ayda qeyri-neft məhsullarının ixracı 18 faiz artıb

Dörd ayda qeyri-neft məhsullarının ixracı 18 faiz artıb


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın aprel sayını təqdim edib. İcmala əsasən, cari ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 771,9 milyon  dollar təşkil edib. 

İlin ilk üç ayında ixrac olunan qiymətli və ya azqiymətli daşlar və metallar ötən ilin müvafiq dövrünə nəzərən 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 76,8, kimya sənayesi məhsulları 33,4, şəkər 18,8, meyvə-tərəvəz 15,7, alüminium və ondan hazırlanan məmulatlar 10,2, spirtli və spirtsiz içkilər 5,7, çay 5,1, bitki və heyvan mənşəli piylər və yağları 4,2, pambıq iplik 0,4 faiz artıb. Hesabat dövründə ixrac edilən aqrar məhsulların dəyəri 12,3 faiz artaraq 170,5 milyon, aqrar-sənaye məhsulları üzrə 17,6 faiz artaraq 69,1 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 13,8 faiz artaraq 239,6 milyon dollar (13,8 faiz çox) təşkil edib. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci, karbamid ikinci, pomidor (tomat) isə üçüncü yerdə qərarlaşıb.

Cari ilin ilk üç ayında Rusiya Federasiyasına 232,9 milyon, Türkiyəyə 134,3 milyon, Gürcüstana 80,6 milyon, İsveçrəyə 69,6 milyon, Ukraynaya 51,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Yanvar-mart ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda bu şirkətlər təmsil olunublar: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" QSC, "P-Aqro" MMC, "LEPIN LM" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, "KHAN-EL" MMC, "Binə Aqro" QSC, "Sahdag Sy" Məhdud Məsuliyyətli Cəmiyyəti.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus  şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra siyahıda "SOCAR Polymer" MMC, "AzerGold" QSC ,"Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərenerji" ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "Qaradağ Şüşə Zavodu" ASC təmsil olunurlar.

İlin birinci rübündə Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 40 ölkəsindən 100-ə yaxın şirkətə 4 milyon dollar dəyərində peyk-telekommunikasiya xidmətləri ixrac edilib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizinə bərabər olub. Mart ayında isə "Azərkosmos" dünyanın 39 ölkəsinə 1,3 milyon dollar dəyərində xidmət ixrac edib.

Birinci rüb ərzində peyk-telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1 milyon dollarla Birləşmiş Krallıq, 890,3 min dollarla Lüksemburq, 213,4 min dollarla Nigeriya, 179 min dollarla Misir və 174 min dollarla Pakistan qərarlaşıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı"nın may sayına dair ilkin göstəriciləri də açıqlayıb. İcmala əsasən, cari ilin yanvar-aprel aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artaraq 1,1 milyard dollar olub. Cari ilin dörd ayında qeyri-neft-qaz sahəsi üzrə ixrac olunan mallar arasında kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 42,5, şəkər 25,8, qara metallar və onlardan hazırlanan məmulatlar 16,7, meyvə-tərəvəz 14,8, alüminium və ondan hazırlanan məmulatlar 9,8, pambıq iplik 5,3 faiz artıb. Bu dövrdə ixrac olunan aqrar məhsulların dəyəri 14 faiz artaraq 232,7 milyon, aqrar-sənaye məhsulları üzrə 7,9 faiz artaraq 90,8 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 12,2 faiz artaraq 323,57 milyon dollara çatıb.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!