Donvurma zamanı ilk tibbi yardım
Donvurma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində baş verir. Ona adətən bədənin açıq yerləri- burun, qulaq və ətraflar məruz qalır. Uzun müddət soyuq temperaturda olarkən orqanizm bədən temperaturunu tənzimləyə bilmir. Dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək, hərəkətsizlik, fəslə uyğun olmayan paltar geyinmək və ya nəmli paltar donmaya əlverişli şərait yaradır. Aclıq və ya zəif qidalanma, qan itirmə, yorğunluq, qocalıq, orqanizmi zəiflədən xəstəliklər, spirtli içkilər və s. səbəblərdən də orqanizm donmaya məruz qalır.
AZƏRTAC-ın müxbirinə donvurma barədə məlumat verən paytaxtdakı 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim-terapevti Məlahət Osmanova qeyd edib ki, donvurma səthi və dərin ola bilər. Onun dediyinə görə, yanıqdan fərqli olaraq onun dərəcəsini ilkin baxış zamanı yox, yalnız 12-24 saatdan sonra təyin etmək mümkündür. Donvurma zamanı zədələnmiş nahiyədə hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması, zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması, şişkinlik, isinəndən sonra suluqların əmələ gəlməsi, dəri rənginin dəyişməsi, barmaqlarda gizildəmə, qızdırılma zamanı don vuran yerin ağrı verməsi, yanğı hissi və s. əlamətlər yaranır.
Donvurma zamanı ilkin tibbi yardım barədə danışan həkim deyib: “Tibbi yardımın əsas prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır.
Zərərçəkənin xəstəxanaya çatdırılması gecikdikdə zərərçəkən isti yerə aparılmalı, ayaqqabıları və əlcəkləri çıxarılmalı, donmuş nahiyə normal rəng almırsa, zədələnmiş nahiyə ehmalca 20 dərəcə olan suya salınır. Təxminən 10 dəqiqə ərzində suyun temperaturu 38-40 dərəcəyə qədər qaldırılır. Çalışmaq lazımdır ki, suyun hərarəti 41 dərəcədən artıq olmasın və həmin temperaturda qalsın. Zədələnmiş nahiyə dəri yumşaq, çəhrayı rəng alana və əl vurduqda istilik hiss edilənə qədər isti suda saxlanılmalıdır. Donmuş yeri isidəndə orada şiddətli ağrılar ola bilər. Toxumaların sonrakı zədələnməsinin qarşısını almaq üçün zədələnən nahiyəni suya salarkən qabın dibinə və divarlarına dəyməməlidir.
Əgər isti su yoxdursa, donmuş ətraflar bədənin isti yerlərinə və s. yaxın saxlanılır. Üz kimi açıq nahiyələrə təzyiq göstərmədən əl və ya əlcək qoyub isidilir. Əlləri qoltuq altında və ya sinədə qızdırmaq olar.
Bundan başqa zədələnmiş nahiyəyə tarım çəkilmiş steril quru sarğı qoyulur, əl və ayaq barmaqlar donmuşsa, onların arasına pambıq və ya tənzif qoyulur. Ayaqların donu açılandan sonra zərərçəkənin gəzməsinə icazə verilmir. Huşu aydın olan zərərçəkənə isti çay və yemək verilir, suluqlar deşilmir, zədələnmiş nahiyəni əllə ovuşdurmaq, sürtmək və ona təzyiq göstərmək olmaz.
Zədələnmiş nahiyənin qarla sürtülməsi dərinin daha da soyumasına, dəridə cızıqların əmələ gəlməsinə, onların infeksiyalaşmasına və dəridə yerləşən toxumaların zədələnməsinə səbəb olur. Bədənin donmuş hissələrini birdən-birə və birbaşa açıq alov, isti butulka və isti kərpiclə qızdırmaq olmaz. Dərin donma zamanı donmuş ətraf hərəkətsizləşdirilir. Yüngül hallar istisna olmaqla donma zamanı həkimə müraciət edilməlidir.
Donvurmaya məruz qalmamaq üçün həkim bəzi məsləhətlər də verib: “Kəskin soyuq zamanı düzgün qidalanmaq, quru və isti geyinmək lazımdır. Hava soyuq olanda yun və xəz paltardan istifadə etdikdə bədən və paltar arasında isti hava qatı yaranır. Sıx toxunmuş lifləri olan çoxqatlı paltar orqanizmin ətrafındakı isti havanı qoruyub saxlayır. Donmadan qorunmaq məqsədilə üst-üstə bir neçə qat paltar geyinmək olar, lazım gəldikdə paltarlardan birini çıxarıb bədənin hərarətini tənzimləmək mümkündür. Qışda papaq geyinmək istiliyin başdan xaric olmasının qarşısını alır.
İşə getməzdən əvvəl, iş vaxtı və işdən sonra çoxlu maye içmək lazımdır. Uzun müddət soyuqda qalanda əllərin şişərək göyərməməsi üçün onu ovuşdurmaq və mütləq əlcək geyinmək, ağrılar olduqda fəal şəkildə tərpətmək lazımdır”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!