Dərman preparatlarından özbaşına istifadə etmək yolverilməzdir
Elə televiziya verilişləri var ki, onların sponsorları və reklam sifarişçiləri arasında dərman istehsalçıları da var. Gündəlik yayımlanan belə verilişlərdə konkret bir dərman preparatı dəfələrlə “sponsor vaxtı”nda, eləcə də reklam bloklarında tanıdılır, bir sözlə, reklam edilir.
Məqsəd əlbəttə ki, həmin preparatın satışını genişləndirmək, artırmaqdır. Qanunvericilik bunu qadağan etmir. Ancaq “Reklam haqqında” qanunda dərman preparatlarının reklamı üçün müəyyən tələblər qoyulub. Məsələn, 29-cu maddə - “Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamı” buna həsr olunub. Qanunun bu maddəsinə görə həkim resepti olmadan buraxılan dərmanların reklamına müəyyən şərtlərlə icazə verilir. 29.2.5 bəndinə əsasən, dərman reklamında “həkimə müraciət etməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq” yolverilməzdir. Təəssüf ki, televiziya, eləcə də digər KİV vasitələrində sinir-əsəb sisteminə təsir üçün nəzərdə tutulmuş dərmanın reklamında bu bəndin tələbləri nəzərə alınmır. Tamaşaçı və ya dinləyicidə elə təsəvvür yaradılır ki, “Stress, həyəcan, yuxusuzluq” hallarında gedib rahatlıqla bu dərmanı alıb qəbul etmək olar. Preparatın reklamlarında həkimə müraciət etməyin, həkimlə məsləhətləşmənin vacibliyi dilə gətirilmir. “Təbii əsaslı”dır deyə təhrikedici elementlərə daha çox üstünlük verilir. Dərmanın əks təsirləri barədə məlumat isə açıqlanmır. Belə təəssürat yaradılır ki, dərman universaldır və heç bir əks təsiri yoxdur. Preparatın mənşəyi də şübhə doğurur. Amerikada istehsal olunduğu bildirilsə də, müstəqil mənbələrdə bu dərman (həmçinin istehsalçısı) haqqında mötəbər informasiya tapmaq mümkün deyil.
Onu da qeyd edək ki, rus dilindəki kənar tibb mənbələrində bu dərmanın tərkibində 38-40% etanol - spirt olduğu göstərilir. Deməli, bu hal xüsusi nəzərə alınmalı, sürücülərə və işində həssas dəqiqlik tələb edən peşə sahiblərinə ondan istifadənin fəsadları xatırladılmalıdır. Preparatın əks təsiri də mövcuddur: allergiya yarada bilər. Hamilə qadınlara və körpə əmizdirən analara bu dərmandan istifadə etmək olmaz. Dərmanın asılılıq yaratmadığı söylənilsə də, istifadəçilər arasındakı rəylər birmənalı deyil - bu preparatdan asılılıqdan əziyyət çəkənlər də kifayət qədərdir.
Ümumiyyətlə, dərman preparatlarından həkimlə məsləhətləşmədən, müalicə kursundan kənar və istənilən vaxt istifadə etmək yolverilməzdir. Bunu reklam verən və edənlər diqqətdən qaçırmamalı, istehlakçılar da unutmamalıdırlar.
Ülviyyə QƏNBƏRLİ,
həkim
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!