15 Noyabr 2025 08:25
538
SİYASƏT
A- A+
Delimitasiya: sülhə aparan yol və qarşılıqlı etimad

Delimitasiya: sülhə aparan yol və qarşılıqlı etimad


Nəhayət ki, rəsmi İrəvan gec də olsa, bunu anlamağa başlayıb


Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi artıq yeni mərhələyə daxil olub. Bu, sadəcə xəritələr üzərindəki texniki iş deyil. Həmçinin regionda siyasi sabitliyin möhkəmlənməsi, iqtisadi əməkdaşlığın inkişafı və uzunmüddətli sülhün təmin olunması baxımından da strateji əhəmiyyət kəsb edir. Prosesin uğurla aparılması tərəflərin maraqlarının qorunmasına və regional əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradacaq.

Son aylar iki ölkə arasında danışıqların intensivləşməsi, qarşılıqlı diplomatik görüşlər və Zəngəzur dəhlizi (TRIPP) kimi regional layihələrin gündəmə gəlməsi bölgədə yeni reallığın formalaşdığını göstərir. Artıq bu proseslər region üçün imkanlar yaradan bir dönüş nöqtəsi kimi diqqət çəkir. Sərhədlərin demarkasiyası  insanların gündəlik həyatında, iqtisadi əlaqələrdə və təhlükəsizlik mühitində özünü göstərəcək bir hadisəyə çevrilir. Bu mərhələ həm də bir mesajdır: dialoq və əməkdaşlıq regionu dinc gələcəyə daşıyan ən güclü vasitədir. İndi Azərbaycan və Ermənistan üçün əsas vəzifə hazırkı tarixi fürsəti qaçırmayaraq ondan səmərəli istifadə etmək və bölgədə dayanıqlı sülhün əsasını qoymaqdır.

Məlumdur ki, əvvəllər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və delimitasiya-demarkasiya prosesi həll olunmaz hala gəlmişdi. Öncə Rusiyaya, sonra da Qərbə sığınan qonşumuz beynəlxalq hüquqdan uzaq dayanaraq hər  hansı bir sənədə imza atmağı özünə rəva görmür, xüsusilə də delimitasiya-demarkasiya prosesinin həllinə yönəlik işləri uzatmağa çalışırdı. Ermənistan kənar qüvvələrin məsələyə cəlb olunmasını istəməklə vəziyyəti daha da çətinləşdirirdi. Anlamırdı ki, üçüncü, dördüncü qüvvələr öz maraqlarını güdürlər. Halbuki istər Avropa İttifaqı, istərsə də Rusiyanın vasitəçiliyi ilə keçirilmiş görüşlərdə Azərbaycan dəfələrlə sərhədlərin müəyyənləşdirilməsinin zəruriliyini bəyan edərək bildirmişdi ki, prosesin mümkün qədər tez başa çatdırılması naminə heç bir ilkin şərt olmamalıdır. Çünki sərhədlərin delimitasiya-demarkasiyası münasibətlərin normallaşması və tərəflər arasında yekun sülh sazişi üçün ilkin şərtdir. 

Bu gün isə vəziyyət tamamilə fərqlidir. Əvvəllər uzadılan və çətinləşdirilən delimitasiya-demarkasiya prosesinə Ermənistan tərəfi artıq daha konstruktiv formada yanaşır. Qonşumuz əvvəlki mövqeyindən geri çəkilərək sərhədlərin müəyyənləşdirilməsində maraqlı olduğunu nümayiş etdirir və hətta prosesi planlaşdırmağa başlayıb. Bu dəyişiklik göstərir ki, regional sabitlik və normal qonşuluq münasibətləri üçün sərhədlərin dəqiq müəyyənləşdirilməsi qaçılmazdır və bunu Ermənistan da  başa düşüb.  Artıq prosesin yumşalması, tərəflərin dialoqa daha səmərəli formada daxil olması, delimitasiya-demarkasiyanın praktik addımlarla irəliləməsi bölgədə uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycan isə əvvəlki prinsipial mövqeyindən çıxış edərək bu fürsətdən maksimum istifadə etməyə hazır və prosesin hərtərəfli, şəffaf və səmərəli başa çatdırılmasını təmin etməkdə qətiyyətlidir.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası dedikdə ölkələr arasında dövlət sərhədinin ümumi mövqeyinin və istiqamətinin danışıqlar yolu ilə müəyyənləşdirilməsi nəzərdə tutulur. Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası isə mübahisə obyekti olan ərazilərdə müvəqqəti müəyyənləşdirilən xətt (zolaq) deməkdir. Demarkasiya xətti döyüşən tərəflər arasında xüsusi sazişlə müəyyənləşir. 

Nəhayət, bu müəyyənləşmə yolunda  Azərbaycan tərəfindən atılan addımları Ermənistan dəstəkləməyə başlayıb. Fakt: baş nazirin müavini və delimitasiya komissiyasının sədri Mger Qriqoryanın parlamentdəki "Hökumət saatı"nda çıxışı  prosesin yeni mərhələyə qədəm qoyduğunu göstərir. O açıq bildirib ki, Sünik bölgəsində (Zəngəzur) bəzi sahələrin növbədənkənar delimitasiyası planlaşdırılır və bu addım Zəngəzur dəhlizi (TRIPP) layihəsinin reallaşdırılması üçün vacibdir. "Layihə-smeta işlərinə başlamaq üçün işlək baza lazımdır. Ola bilsin ki, TRIPP layihəsinin inkişafı üçün növbədənkənar delimitasiya sahələri müəyyən edilsin", - deyə Qriqoryan vurğulayıb. Bütün bunlar göstərir ki, delimitasiya sülhə aparan yoldur və regionda davamlı sabitliyin, qarşılıqlı etimadın və iqtisadi əməkdaşlığın əsasını qoyur. Azərbaycanın prinsipial mövqeyi və dialoq səyləri nəticəsində isə bu yol artıq real addımlarla irəliləməyə başlayıb.

Delimitasiya prosesinin önəmi beynəlxalq platformalarda da əksini tapır. Bunun bariz nümunəsi kimi bu il avqustun 8-də Vaşinqton Sammitinin sərhədlərin müəyyənləşdirilməsi məsələsini gündəmə gətirməsini qeyd edə bilərik. Sammit iştirakçı tərəfləri dialoqu davam etdirməyə və delimitasiya prosesini sürətləndirməyə çağırdı ki, bu da regionda sülh və stabilliyin möhkəmlənməsi üçün bir təkandır. Çağırışlar artıq nəticəsini verməyə başlayıb və tərəflər delimitasiya prosesini daha operativ və konkret şəkildə irəlilətmək üçün hazırlıqlara başlayıblar. Vaşinqton Sammiti Azərbaycan və Ermənistan arasında demarkasiya prosesini yenidən hərəkətə gətirdi. Danışıqlar artıq konkretləşib, tərəflər infrastrukturun mövqelərini, delimitasiya olunacaq sahələri və işlərin başlanması üçün zəruri bazanı müəyyənləşdirirlər. Növbədənkənar delimitasiya sahələrinin seçilməsi Zəngəzur dəhlizi (TRIPP)  layihəsinin irəliləməsinə güclü təkan verəcək. Bu, Ermənistan ərazisindən keçən hissənin tikintisinin sürətləndirilməsi deməkdir və artıq müsbət xəbərlər gəlməkdədir. Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərək deyib: "Plan ilin ilk yarısında təsdiqlənəcək və TRIPP layihəsinin tikintisi 2026-cı ilin ikinci yarısında başlanacaq".

Politoqların da  gəldiyi qənaət belədir ki, delimitasiya qarşılıqlı etimadın bərpası deməkdir. Sərhədlərin dəqiq müəyyənləşdirilməsi, diplomatik və inzibati əməkdaşlığın gücləndirilməsi sülhü reallığa çevirir. Ermənistan bu prosesi praqmatizm çərçivəsində davam etdirsə, Cənubi Qafqaz uzun illərin gərginliyindən sonra sabitliyin və əməkdaşlığın mərkəzinə çevrilə bilər. Unutmaq olmaz ki, sülh təkcə sənəd üzərində imzalanmır. O, konkret addımlarla, iqtisadi əlaqələrin inkişafı və sərhədlərin aydın şəkildə müəyyənləşdirilməsi ilə möhkəmlənir.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində ölənlər var

22:21
09 Mart

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

22:19
09 Mart

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə tanış olub

22:16
09 Mart

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub 

22:01
09 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:53
09 Mart

Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır

21:37
09 Mart

Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı

21:08
09 Mart

Misli Premyer Liqası: "Kəpəz" "Zirə"dən xal alıb

20:59
09 Mart

“JP Morgan”: ABŞ və İsrail Xarq adasını ələ keçirsə, neft böhranı dərinləşəcək

20:56
09 Mart

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

20:33
09 Mart

Prezident Ərdoğan: Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik  

20:25
09 Mart

Nazirlərdən ortaq mesaj: Qonşu ölkələrin suverenliyinə yönəlmiş hücumlar qəbuledilməzdir  

20:07
09 Mart

Bakı-Naxçıvan aviareysi üzrə təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına eniş edib 

19:53
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:50
09 Mart

Meksikanın İrandakı səfiri təxliyə olunub 

19:43
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!