DÇ-2014-ün SEÇMƏ MƏRHƏLƏSİNDƏ KİMLƏRLƏ QARŞILAŞACAĞIQ
İsrail Futbol Federasiyası və yığması 1948-ci ildən BMT-nin qərarı ilə İsrail dövləti yaradılandan sonra fəaliyyətə başlamışdır. Dünya çempionatının seçmə mərhələsində milli komandamızla eyni qrupa düşən İsrail yığması indiyədək üç konfederasiyanın tərkibində çıxış etmişdir. Əvvəllər Asiya və Okeaniya futbol konfederasiyalarında yer alan İsrail yığması 1994-cü ildən UEFA-nın üzvüdür.
İsrail yığması ilk oyununu 1948-ci il sentyabr ayının 26-da ABŞ komandasına qarşı keçirmiş və 3:1 hesabı ilə qalib gəlmişdir.
Bu komanda ilk dəfə 1964-cü ildə Asiya çempionatına qatılmışdır. Dörd il sonra Yay Olimpiya Oyunlarında iştirak etmişdir. 1970-ci ildə dünya çempionatının final mərhələsinə vəsiqə qazananda İsrail yığması Okeaniya zonasında çıxış edirdi. İsrail futbolçuları 1976-cı ildə ikinci dəfə Olimpiya oyunlarına vəsiqə qazanmış və 1/4 finala qədər irəliləyə bilmişlər. Dünya çempionatının final mərhələsinə isə indiyədək bir dəfə - 1970-ci ildə vəsiqə qazanmışlar. Həmin vaxt qrup mərhələsində Uruqvaya uduzmuş, İsveç və İtaliya ilə heç-heçə oynayaraq qrupda sonuncu yeri tutmuşlar.
1956-cı ildə keçirilən Asiya çempionatında isə ikinci nəticə göstərmişlər.
İsrail yığması son dəfə Asiya çempionatında 1968-ci ildə çıxış etmiş və üçüncü yeri tutmuşdur.
İsraillilər 1996-cı, 2000-ci, 2004-cü və 2008-ci illərdə keçirilən Avropa çempionatının final mərhələsinə də çıxa bilməmişlər.
Avro-2012-nin final mərhələsinə çıxmaq üçün isə şansları var. Bu şərtlə ki, qalan oyunlarda maksimum nəticə göstərib Yunanıstan və Xorvatiya komandalarından birini geridə qoysunlar.
Komanda Avro-2012-nin seçmə mərhələsində dörd qələbə qazanıb, bir heç-heçə edib və iki dəfə məğlub olub.
Ölkəmizin milli komandası İsrail yığması ilə indiyədək üç dəfə qarşılaşmışdır. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən hər iki oyunda komandamız 0:2 hesabı ilə məğlub olmuşdur. 2004-cü ildə İsraildə keçirilən yoldaşlıq matçında da futbolçularımız meydançanı məğlub tərk etmişlər.
İsrail yığmasını hazırda 51 yaşlı fransalı mütəxəssis Luis Fernandes çalışdırır.
İsrail yığması ev oyunlarını Təl-Əvivdəki "Ramat Qan" stadionunda keçirir və hazırda FİFA-nın reytinq cədvəlində 32-ci pillədədir. Ən məşhur oyunçusu Yossi Benayoundur. O, İngiltərənin "Çelsi" klubunun şərəfini qoruyur. Bir neçə futbolçu isə İspaniyanın "Malyorka", İngiltərənin "Portsmut", Rusiyanın "Rubin", Almaniyanın "Nürnberq", Belçikanın "Brügge", İtaliyanın "Palermo", Polşanın "Visla", Fransanın "Oser", Şotlandiyanın "Seltik" və digər klublarında çıxış edirlər.
Elçin CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!