"Dar boğazlar" açıldıqca yükdaşımalar da artacaq
Qərb uzun illər dünyanın şəriksiz iqtisadi güc mərkəzi "vəzifə"sini icra edib. İndi tədricən bu "vəzifə" Şərqə keçir. O səbəbdən xüsusilə Çinin son iki onillikdə qazandığı iqtisadi uğurlar Qərbi rahatsız edir. Çünki iqtisadi imkanlarının azalması səbəbindən Qərb indiyədək əldə saxladığı iqtisadi gücdən məhrum ola bilər.
Amma Çin də bu inkişafa elə Qərbin yaratdığı imkanlar hesabına nail olub. Belə ki, bu qütbü təmsil edən ölkələrin transmilli şirkətləri daha çox gəlir əldə etmək üçün Çin iqtisadiyyatına külli miqdarda sərmayə qoyub, eyni zamanda regiona özünün yüksək texnologiyalarını gətiriblər.
"Əjdahalar" ölkəsinin bir qazancı da həmin illər ərzində yüksəkixtisaslı kadrlar yetişdirə bilməsidir. Paralel olaraq Çin mövcud elmi potensialından istifadə edərək özü yeni texnologiyalar yaradır. Buna baxmayaraq, son dövrlər aralarında gərginlik yarananda Qərb Çini yeni texnologiyalar verməməklə hədələyir. Amma artıq gecdir, bu Asiya nəhəngi özü yeni texnologiyalar yaratmaq imkanına malikdir.
Müasir dünyada yeni texnologiyalara sahib olmayan ölkə iqtisadi uğur qazana bilməz. O üzdən indiki sanksiyalarda yeni texnologiyaların satılması və ya başqa ölkələrin iqtisadiyyatına transferinin məhdudlaşdırılması bununla bağlıdır. Beynəlxalq birlik tərəfindən dövlət kimi tanınmayan, Çinin öz ərazisi saydığı Tayvan yalnız çip istehsalından hər il milyardlarla dollar gəlir əldə edir. Ada demək olar ki, bütün dünyanı çiplə təmin etmək imkanındadır. ABŞ ilə Çinin ada uğrunda siyasi və hərbi qarşıdurmalarının arxasında duran başlıca səbəb də budur.
Azərbaycanın Çinlə münasibətləri inkişaf edir. Bu əlaqələr bərabərhüquqlu və qarşılıqlı fayda üzərində qurulub. Ölkələrimizi birləşdirən əsas maraq dairəsi isə Orta dəhlizdir. Təsadüfi deyil ki, bu dəhlizin təməli sayılan Çinin "Bir kəmər, bir yol" layihəsinin təqdimat mərasiminə dəvət olunan məhdud sayda qonaqlardan biri də Azərbaycan Prezidenti İlham Əliyev idi. ÇXR-in dövlət başçısı Si Cinpin tədbirdən əvvəl dövlətimizin başçısı ilə görüşüb layihənin gələcəyini ətraflı müzakirə etmişdir. Çində yaxşı bilirlər ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilib, Azərbaycan Xəzər dənizində güclü gəmi-bərə donanmasına malikdir, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarını genişləndirmək üçün önəmli işlər görülüb və görülməkdədir.
Bu gün ölkələrimiz arasında əməkdaşlıq davam edir. Xəbər verildiyi kimi, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ÇXR-ə son səfəri zamanı yüksəkçinli dövlət məmurları ilə görüşləri oldu. Görüçdə müzakirə edilən məsələlərdən biri də Orta dəhlizlə bağlı idi. Çin tərəfi bu layihənin reallaşmasına, Avropaya və Yaxın Şərqin bir hissəsinə ixracda bu marşrutdan istifadə etməyə maraq göstərir. Qısası, Çin tərəfi Azərbaycanda Orta dəhlizlə bağlı icra olunan layihələri yüksək qiymətləndirir və Cənubi Qafqazda özünün etibarlı tərəfdaşı hesab edir.
Xatırladaq ki, Orta dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, "vahid pəncərə" prinsipi tətbiq olunur.
Onu da vurğulayaq ki, görülən tədbirlər sayəsində son iki ayda Transxəzər Beynəlxalq Tranzit Marşrutu ilə Çindən 13 blok qatarı göndərilib və konteynerlərin Gürcüstan limanlarına çatması cəmi 12 gün çəkib. Məlumat üçün bildirək ki, əvvəllər bu müddət təxminən 40-50 gün idi.
Görülən işlər öz müsbət bəhrəsini verir, ticarət tərəfdaşlarımızın bu marşruta olan güvəni daha da artır. Bunun sayəsində Orta dəhliz üzərindən yükdaşımanın artan dinamikası davam edir. Təkcə ötən il Orta dəhliz vasitəsi ilə 2,8 milyon ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 faiz çoxdur.
Prezident İlham Əliyev andiçmə mərasimində ölkəmizin Orta Dəhlizin fəaliyyət göstərməsi üçün gördüyü işləri yüksək qiymətləndirərək demişdir: "Təbii ki, biz nəqliyyat sahəsində işləri davam etdirəcəyik. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik, həm Xəzər dənizində, həm dəmir yolu infrastrukturunda, həm avtomobil yolları, həm dəniz limanı, gəmiqayırma zavodu, hansı ki, bu gün tam gücü ilə işləyir. İlk dəfə olaraq, o zavod işə salınanda sifarişlər onu 100 faiz işlə təmin edib".
Müasir geosiyasi reallıqlar Asiya ilə Avropa arasında yükdaşıma məsələsində Orta dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) strateji əhəmiyyətini artırır. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Orta dəhlizin ənənəvi marşrutlardan üstünlüyü barədə demişdir: "Orta dəhlizin əsas üstünlüklərindən biri odur ki, bu dəhliz boyu yerləşən dövlətlər dostluq münasibətlərinə malikdir və onlar arasında sıx əməkdaşlıq qurulub. Biz tərəfdaş ölkələrlə birlikdə dəhlizin genişləndirilməsi üçün səylər göstəririk, həmçinin bu problemlərin həlli üçün "dar boğazlar"ın müəyyən edilməsi üzərində işləyirik". Nazir müavini, həmçinin iki il əvvəl Azərbaycan, Qazaxıstan və Türkiyə ərazilərində 2022-2027-ci illər üçün "dar boğazlar"ın aradan qaldırılması və bu dəhlizin inkişafı üzrə Yol Xəritəsinin imzalandığını bildirmiş və əlavə etmişdir ki, 2023-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcmi 86 faiz artaraq 2,8 milyon tona çatıb. 2022-ci ildə bu göstərici 1,5 milyon, 2021-ci ildə isə 586 min ton olub.
Rüstəm KAMAL,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Etirazçılar Paşinyana vaxt verdilər
03 May
"Gücümə inanıram, hazırlığıma güvənirəm"
03 May
Təbib rəssam
03 May
"Vətənin şərəfini qoruya biliriksə, biz varıq"
03 May
Dünya gəncləri Şuşada bir araya gələcəklər
03 May
2024-cü il barama mövsümünə start verilib
03 May
Fermerlərimiz dünya təcrübəsini öyrənirlər
03 May
"Şəhərdən kəndə" layihəsi çərçivəsində Lənkəran və Astarada fermer təsərrüfatlarına dəstək göstərili...
03 May
Şəmkirdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində rəsm müsabiqəsi keçirilib
03 May
Ağstafada "Qərbi Azərbaycan: Gənclərin gözü ilə" gündəmə gəldi
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!