Dairə Seçki Komissiyalarının sədrləri üçün seçkihüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir
Sentyabrın 6-da Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri (DSK) üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilir.
Dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kursların keçirilməsini yüksək qiymətləndirən Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Seçki prosesində aşkarlıq institutları, onların həyata keçirilməsində KİV-lərin rolu" mövzusunda məruzə ilə çıxış etmişdir.
Seçkinin dinamik bir proses olduğunu vurğulayan şöbə müdiri qeyd etmişdir ki, ölkəmizdə qanunvericilik aktları getdikcə yeniləşir, təkmilləşir. Bu səbəbdən MSK-da təşkil olunan kursların bütövlükdə seçki prosesinə böyük təsiri olur. "DSK-ların vəzifəsi təkcə dairələr ərazisində seçki keçirməkdən, hakimiyyət institutlarını formalaşdırmaqdan ibarət deyildir. Onlar, eyni zamanda, ictimai institutlar kimi ölkənin ictimai-siyasi həyatında, beynəlxalq aləmdə Azərbaycan ilə bağlı hadisələrlə mütəmadi tanış olmalıdırlar", - deyən Ə.Həsənov bildirmişdir ki, seçki institutlarının formalaşması uzun bir dövrün məhsuludur. Qədim dünya hüququnun, dövlət idarəçilik sistemlərinin formalaşması - bunlar hamısı ayrı-ayrı dövrlərdə müxtəlif seçki institutlarının yaradılması və onların vasitəsilə hakimiyyətin formalaşdırılması prosesi çərçivəsində baş vermişdir.
Ölkəmizdə müstəqillik illərində keçirilən seçkilərin tarixi barədə danışan Ə.Həsənov demişdir ki, Azərbaycanda ilk seçkilər köhnə qaydalarla keçirilirdi. 1995-ci ildən başlayaraq isə Azərbaycanda keçirilən seçkilərdə seçki sisteminin təşəkkül tapmasına şərait yaradılmışdır. Keçirilən seçkilərdə bu proses ildən-ilə daha da təkmilləşmişdir. İndi ölkəmizdə Avropa Şurasının təqdim etdiyi demokratik seçkilər sistemindən istifadə edilir. Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində fəaliyyətimizi bu qurumla əlaqələndirmək yolunu tutmuşuq. Demokratik dövlət quruculuğu prosesini keçmiş bütün ölkələrin həyatında iki əsas amil dayanır. Bu amillərdən biri qanunvericilik, digəri isə şəffaflıqdır.
Qanunvericiliyin qorunmasının vacibliyini vurğulayan Ə.Həsənov bildirmişdir ki, bütün fəaliyyət sahələrində qanuna əsaslanmalı, bu və ya digər normalara əməl olunmalıdır. Hüquqi dövlətin əsas prinsipi də elə bundan ibarətdir. Demokratik dövlətləri fərqləndirən ən mühüm prinsiplərdən biri isə şəffaflıqdır. "Keçmişdə də qanunların diktaturasına söykənən dövlətlər olmuşdur. Amma oradakı proseslər şəffaf olmamışdır. İndiki demokratik hüquqi dövlət quruculuğu prosesinin özündə şəffaflıq anlayışı vardır və şəffaflıq tələb olunur. XX əsrin demokratik idarəçilik sistemləri ilə əvvəlki hüquqi idarəçilik sistemləri arasındakı fərqlərdən biri şəffaflığın bütün fəaliyyət sahələrini əhatə etməsidir", - deyə şöbə müdiri vurğulamışdır.
Seçkilərin keçirilməsində şəffaflıq tədbirlərindən danışan Ə.Həsənov bildirmişdir ki, şəffaflıq, sadəcə, proses deyildir, həm də seçkilərin gedişinin və nəticələrinin obyektiv işıqlandırılması deməkdir.
Dairə seçki komissiyalarının sədrlərinə seçkilərin keçirilməsində KİV-lərin fəaliyyəti barədə məlumat verən şöbə müdiri demişdir ki, jurnalistlər həyatımızın hər bir sahəsində olduğu kimi, seçkiləri obyektiv işıqlandırmalıdırlar. KİV təmsilçiləri şəffaf və dəqiq informasiya verməlidirlər. Şəffaf informasiyanın bir neçə yolu vardır. Onlardan biri və əsası odur ki, jurnalist birbaşa informasiya verəcəyi obyektlə ünsiyyətdə olmalı, məlumat toplamalı, dəqiq, yalana söykənməyən informasiya verməlidir. Bəzi qəzetlərin informasiya ötürmək funksiyasını siyasi və maddi ambisiyalarına qurban vermələrindən təəssüfləndiyini bildirən şöbə müdiri qeyd etmişdir ki, insanlar daha çox televiziya və radio vasitəsilə təqdim olunan informasiyalara inanırlar. Eyni xəbəri qəzetdə oxuyan şəxs, həmin informasiyanı televiziya və ya radioda eşitməmiş ona inanmır.
Əgər bir oxucu qəzetdən obyektiv məlumat ala bilmirsə, deməli, həmin mətbu orqan öz ictimai-siyasi vəzifəsini yerinə yetirmir. Bəzi qəzetlər hökumətin gördüyü işi bütövlüklə pisləyir, bəziləri tərifləyir. Vətəndaşlar özləri ortaq mövqe axtarmalı olurlar. Əslində isə qəzetlər bütün məsələləri tam şəffaf, obyektiv təqdim etməlidirlər.
İnternet saytlarında yayılan informasiyalara da toxunan şöbə müdiri bildirmişdir ki, İnternet insanlar arasında kommunikasiyanı asanlaşdırdığı kimi, tərbiyəsizliyi yaymaqla da məşğuldur. Lakin hər kəs qanun qarşısında məsuliyyət hiss etməlidir. "Demokratiya dərk olunmuş nizam-intizamdır, anarxiya deyildir", - deyə Ə.Həsənov vurğulamışdır.
Şöbə müdiri internetin faydalı tərəfləri ilə yanaşı, mənfi cəhətlərinin də olduğunu bildirərək demişdir: "İnternet informasiya azğınlığı probleminə çevrilmiş, hətta terrorizmi də asanlaşdırmışdır".
Məruzədən sonra Əli Həsənov dairə seçki komissiyası sədrlərinin suallarını cavablandırmışdır.
Sonra Ədliyyə Nazirliyinin Qanunvericilik və Hüquqi Təbliğat İdarəsinin rəis müavini Sübhi Kazımov da "Seçki prosesi iştirakçılarının hüquq və vəzifələri" mövzusunda məruzə ilə çıxış etmişdir.
Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyətindən danışan S.Kazımov bildirmişdir ki, bu cür təlimlərin seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyalarının sədrlərinin peşəkar hazırlığının artırılmasında rolu böyükdür.
O, seçkilərin ədalətli və demokratik keçirilməsi yolu ilə qanuniləşdirilmiş hökumətlərdə hakimiyyətin demokratikliyinə qarşı olan əngəllərin aradan qaldırıldığını bildirmişdir.
MSK katibliyinin müdiri Rövzət Qasımov isə "Yerli və beynəlxalq müşahidənin bəzi xüsusiyyətləri" mövzusunda seminarda çıxış edərək dinləyicilərə ətraflı məlumat vermişdir.
Sentyabrın 11-dək davam edəcək kurslarda bir sıra dövlət strukturlarının məsul şəxsləri və hüquqşünas alimlər mühazirələr oxuyacaqlar.
Kursların sonunda dairə seçki komissiyalarının sədrlərinə sertifikatlar təqdim ediləcəkdir.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!