12 Noyabr 2025 11:01
6796
COP29
A- A+
COP30-un iqlim gündəliyində şəhərlər əsas mövzuya çevrilib

COP30-un iqlim gündəliyində şəhərlər əsas mövzuya çevrilib


Braziliyanın Belen şəhərində keçirilən “Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlər görüşü” çərçivəsində COP30-un Prezidenti, səfir Andre Korrea do Lago şəhərlərin iqlim danışıqlarının mərkəzinə çevrilməsinin vacibliyini vurğulayıb.

AZƏRTAC xəbər verir ki, COP30-un Prezidenti xüsusilə adaptasiya tədbirləri şəhər səviyyəsində iqlim böhranına qarşı dayanıqlılığın təmin olunmasında həlledici rol oynadığını bildirib. Azərbaycanı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva təmsil edib.

Tədbirdə BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat tərəfindən “Urban Content in NDC 3.0: A Global Overview for COP30” adlı yeni hesabat təqdim olunub. Hesabata əsasən, ölkələrin yenilənmiş Milli Müəyyən Edilmiş Töhfələrində (NDC-lərdə) şəhərlərlə bağlı bölmələrin həcmi iki dəfədən çox artıb.

“İqlim böhranının təsirlərinə cavab vermək üçün bütün səviyyələrdə koordinasiyalı fəaliyyət tələb olunur. Daha effektiv nəticələr əldə etmək üçün hər kəs birlikdə düşünməli və hərəkət etməlidir”, – deyə Andre Korrea do Lago qeyd edib. O əlavə edib ki, əgər iqlim fəaliyyətinin diqqət mərkəzində adətən azalma (mitigasiya) dayanırsa, şəhərlərə və yerli hökumətlərə qayıtdıqda, adaptasiya əsas prioritetə çevrilir.

Braziliyanın şəhərlər naziri Jader Barbalho Filho isə vurğulayıb ki, yerli hökumətlər iqlim böhranının təsirlərini birbaşa hiss edən ön cəbhədədir və adaptasiya tədbirlərinin maliyyələşdirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Belemdə müzakirə olunan məqsədlərə yalnız bələdiyyələrin və ştatların fəal iştirakı sayəsində nail olmaq mümkündür.

Tədbir COP30 Prezidenti, Braziliyanın Şəhərlər Nazirliyi və UN-Habitat tərəfindən təşkil olunub. Görüşdə Kaliforniya ştatının qubernatoru Qavin Nyusom, Para ştatının qubernatoru Helder Barbalho və digər yüksəksəviyyəli rəsmi şəxslər iştirak ediblər.

UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rossbax bildirib ki, Paris Sazişinin məqsədlərinə yerli, şəhər və çoxtərəfli səviyyədə iqlim tədbirləri olmadan nail olmaq mümkün deyil:

“Bütün dünyada dayanıqlı şəhərsalma, informal yaşayış məntəqələrinin yenidən qurulması və hər kəs üçün adekvat yaşayış şəraitinin təmin edilməsi yalnız əhatəli iqlim tədbirləri ilə mümkündür”.

Hesabatın nəticələrinə görə, NDC-lərin əksəriyyəti artıq planlaşdırmadan icra mərhələsinə keçib və çoxtərəfli idarəetməyə əsaslanan yanaşma güclənib. Sənəddə qeyd olunur ki, beynəlxalq ictimaiyyət urbanizasiya və ətraf mühit gündəliklərini bir-biri ilə daha sıx şəkildə əlaqələndirir və şəhərlərin iqlim dəyişikliyi ilə mübarizədə rolunu tanıyır.

BMT-nin İqlim Fəaliyyəti üzrə baş katib köməkçisi Selvin Hart bildirib:

“Yeni NDC-lərin təxminən 80 faizi şəhərlərə istinad edir, eyni zamanda, onların 80 faizində adaptasiya komponenti yer alır. Bu sənədlər ciddi yanaşma ilə hazırlanıb və məqsədlərin həyata keçirilməsi üçün beynəlxalq dəstək tələb edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində ölənlər var

22:21
09 Mart

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

22:19
09 Mart

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə tanış olub

22:16
09 Mart

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub 

22:01
09 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:53
09 Mart

Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır

21:37
09 Mart

Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı

21:08
09 Mart

Misli Premyer Liqası: "Kəpəz" "Zirə"dən xal alıb

20:59
09 Mart

“JP Morgan”: ABŞ və İsrail Xarq adasını ələ keçirsə, neft böhranı dərinləşəcək

20:56
09 Mart

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

20:33
09 Mart

Prezident Ərdoğan: Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik  

20:25
09 Mart

Nazirlərdən ortaq mesaj: Qonşu ölkələrin suverenliyinə yönəlmiş hücumlar qəbuledilməzdir  

20:07
09 Mart

Bakı-Naxçıvan aviareysi üzrə təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına eniş edib 

19:53
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:50
09 Mart

Meksikanın İrandakı səfiri təxliyə olunub 

19:43
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!