Çovdar əlvan metal filizi yatağında qədim məzarlıq aşkar edilib
Daşkəsən rayonunda yerləşən Çovdar əlvan metal filizi yatağında qədim məzarlıq aşkar edilib. Belə ki, 2019-cu ilin fevral ayında "AzerGold” QSC tərəfindən 3-cü topaqələviləşdirmə sahəsinin tikintisi zamanı qədim məzarlığın aşkar edilməsi ilə əlaqədar ərazidə dərhal tikinti işləri dayandırılıb. Heydər Əliyev Fondunun dəstəyi və "AzerGold” QSC ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış müqavilə çərçivəsində cari ilin may ayından etibarən ərazidə arxeoloji qazıntılara başlanılıb. Tədqiqatlar AMEA-nın "Daşkəsən” arxeoloji ekspedisiyası tərəfindən tarix üzrə fəlsəfə doktorları S.Aşurov və B.Cəlilovun rəhbərliyi ilə aparılır.
İlkin qiymətləndirməyə əsasən, ərazidə 35 daş qutu qəbirin aşkarlanması ehtimal olunsa da, aparılan tədqiqat işlərinin gedişatında nekropolun ərazisinin daha geniş olduğu müəyyən edilmiş və aşkarlanan qəbirlərin sayı artıq 120-yə çatmışdır. Daş qutudan ibarət quruluşa malik qəbirlərdə qədim dəfn adətinə uyğun olaraq məişət, bəzək əşyaları, silahlar, o cümlədən küpə, kasa, xeyrə, kəmərlər, bilərziklər, sırğalar, üzüklər, asmalar, xəncər və nizələr tapılıb. Aşkarlanan çoxsaylı müxtəlif ölçülü muncuqların içərisində əqiq, pasta, müxtəlif daşlardan, balıqqulağından hazırlanmış muncuqlara rast gəlinir. Muncuqların içərisində Misir istehsalı olduğu güman edilən mavi pastalara, Hind okeanı üçün xarakterik olan kaurilərə təsadüf edilir.
Alimlərin qənaətinə əsasən, sözügedən qazıntılar arxeoloji materialların zənginliyi ilə diqqəti cəlb edir və qədim insanların təsərrüfat həyatı, ideoloji baxışları, sosial və ictimai quruluşları haqda geniş məlumat almağa imkan verəcək ilk kompleks arxeoloji tədqiqatdır. İlkin analizə əsasən, Çovdar filiz emalı sahəsində aşkarlanan məzarlıq Son Tunc - Erkən Dəmir dövrünə (e.ə.II min. sonu - I min. əvvəli) aid edilir. Xatırladaq ki, bu qəbirlərin analogiyasına Respublikamızın Qərb bölgələrində, Qarabağda, Naxçıvan Muxtar Respublikası ərazisində rast gəlinir. Arxeoloji materiallar Son Tunc - Erkən Dəmir dövründə geniş yayılmış Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Köçmə yaylaq maldarlığı ilə məşğul olan Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının qonşu ərazilərdə yaşayan tayfalarla, hətta uzaq Aralıq dənizi sahilləri və Hind okeanı ətrafı ilə iqtisadi-mədəni əlaqələri mövcud olub.
Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən müvafiq laborator analizlərin aparılması vasitəsilə aşkarlanan artefaktların tərkibinin müəyyən edilməsi nəzərdə tutulub ki, bununla da qədim insanların hansı ərazilərlə və ölkələrlə ticari əlaqələrə malik olduğu və bu kimi digər detallı məlumatlar əldə ediləcək. Bununla yanaşı, müvafiq razılaşmaya əsasən qəbirlərdən aşkarlanan sümük nümunələrinin izotop və radiokarbon analiz üçün xarici laboratoriyalara göndərilməsi nəzərdə tutulub. Bu tədqiqatlardan sonra qəbirlərin dəqiq tarixi, dəfn olunan insanların ölüm səbəbləri, qida rasionu, təsərrüfat həyatı, iqtisadi münasibətləri müəyyən ediləcək. Layihənin növbəti mərhələlərində daha dərin tədqiqatlar üçün xüsusi xarici ekspedisiyanın cəlb edilməsi də planlaşdırılır.
Tədqiqat işləri tam başa çatdıqda Heydər Əliyev Fondu ilə "AzerGold” QSC arasında əməkdaşlıq çərçivəsində xüsusi ekspozisiyanın yaradılması nəzərdə tutulub.
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!