Ceyhun Bayramov: Milli kadrların hazırlanması Cümhuriyyətin təhsil siyasətinin əsas tərkib hissəsi olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyinə həsr olunan təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış ziyalılar, ali məktəb rektorları, Təhsil Nazirliyinin nümayəndələri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, rayon icra hakimiyyətlərinin başçıları, ümumtəhsil müəssisələrinin direktorları, təhsil ekspertləri, şagirdlər, müəllimlər və KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsinin məqsədi gənc nəslə Cümhuriyyətin tarixini mənimsətmək, dövlətçilik ənənələrimizlə bağlı maarifləndirmə işini gücləndirmək, xüsusi istedada malik yaradıcı məktəbliləri ictimaiyyətə tanıtmaq, onlarda özünəinam, Vətənə məhəbbət, dostluq, birlik, humanistlik, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək olub.
AXC-nin 100 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edən təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu xatırladıb. O, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində təşkil olunan tədbirləri gənclərə doğma respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək və sərbəst düşüncə tərzini formalaşdırmaq baxımından yüksək dəyərləndirib. Qeyd edilib ki, AXC-nin 23 aylıq fəaliyyəti dövründə bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də əhəmiyyətli işlər görülüb. Belə ki, 1919-cu ildə ölkənin ilk ali məktəbi olan Bakı Universiteti təsis edilib. Milli kadrların hazırlanması da Cümhuriyyətin təhsil siyasətinin əsas tərkib hissəsi olub. Həmin dövrdə 100-dək gənc xaricdə nüfuzlu universitetlərdə təhsil almaq üçün bir sıra ölkələrə göndərilib. AXC-nin dil siyasətindən danışan nazir həmin dövrdə ana dilimiz haqqında verilən qərarların əhəmiyyətini qeyd edib. C.Bayramov deyib: “Üzərinə düşən missiyanı şərəflə yerinə yetirən AXC dövründə milliyyətindən, dinindən, cinsindən, ictimai vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlara tam vətəndaşlıq və siyasi hüquqlar verilib”.
Nazir bildirib ki, AXC-nin fəaliyyəti qısa tarixi dövrü əhatə etsə də, Azərbaycan tarixinin ən şərəfli dövrlərindən biridir. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu sahəyə diqqət daha da artırılıb. Belə ki, 1998-ci ildə Cümhuriyyətin 80 illiyi ilə bağlı Sərəncam imzalandı. O dövrdən başlayaraq Azərbaycanda bu sahənin araşdırılmasına diqqət daha da artırıldı. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra xalqımızın çoxəsrlik dövlətçilik tarixindən, 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin fəaliyyətindən, XX əsrin sonlarında ölkəmizin öz müstəqilliyini bərpa etməsindən sonra ulu öndər Heydər Əliyevin həyata keçirdiyi inkişaf strategiyasından, Ümummilli Liderin əsasını qoyduğu tərəqqi yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın respublikamızın inkişafındakı rolundan bəhs edən videoçarxlar göstərilib.
Tədbirdə, həmçinin 2017-2018-ci tədris ilində paytaxt təhsilinin uğurları haqqında məlumat verilib, parlaq nailiyyətləri ilə fərqlənən şagirdlər təqdim olunub.
Konsert proqramında şagirdlər Azərbaycanın müasir dövlətçilik tarixi haqqında şeirlər səsləndirib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
Ölkəmizdə ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
04 May
Gənc rəssamın rənglər dünyası
04 May
Ən çox alqışlanan "balaca əsgər"
04 May
"Su axar, çuxurunu tapar"
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!