“Cənub qaz dəhlizi”nə kredit ayıran ilk beynəlxalq maliyyə qurumu
Asiya İnkişaf Bankı Azərbaycanın enerji layihələrinə dəstək verməyə yenə də hazırdır
Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) çəkilişinin bu ilin sonunadək başa çatacağı gözlənilir. Bununla da "Cənub qaz dəhlizi” layihəsi tam yekunlaşmış olacaq. Belə nəhəng bir layihə Azərbaycanın yaratdığı mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatı sayəsində gerçəkləşib. Bu baxımdan ölkəmizin Asiya İnkişaf Bankı ilə 20 ildən çoxdur davam edən sıx və səmərəli əməkdaşlığının da mühüm rolu olub.
Asiya İnkişaf Bankı ötən illər ərzində ölkəmizdə həyata keçirilən elektrik enerjisinin istehsalı, yolların, o cümlədən dəmir yollarının tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrini dəstəkləyib. Bankın Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür.
Bu barədə Prezident İlham Əliyevlə Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda ətraflı bəhs olunmuşdur. Asiya İnkişaf Bankının təşəbbüsü ilə baş tutan videokonfransda əməkdaşlıq sahəsində qazanılan uğurlar xatırlanmaqla yanaşı, gələcək plan və məqsədlər haqqında da söhbət getmişdir. Belə ki, iqtisadiyyatın bir çox sahələrində yeni layihələrin reallaşması üçün imkan və istəyin olması bildirilmişdir.
Asiya İnkişaf Bankının prezidenti Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tədbirlərin təqdirəlayiq olduğunu vurğulamışdır. Eləcə də bildirilmişdir ki, bank ölkəmizə iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsində, inklüziv artımın təşviqində, həmçinin koronavirusdan sonrakı zaman bərpaolunma və strateji inkişafda dəstəyini davam etdirəcək.
Videokonfransda M.Asakava "Cənub qaz dəhlizi”nin əsas mərhələlərinin başa çatması münasibətilə Azərbaycan Prezidentini təbrik etmişdir. O, layihənin cari il ərzində tam yekunlaşması məqsədilə bankın maliyyə dəstəyini davam etdirəcəyini də bildirmişdir. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Əlbəttə ki, biz "Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsinə sadiqliyinizə və dəstəyinizə, maliyyə dəstəyinizə görə sizə çox minnətdarıq. Mən sizə deyə bilərəm ki, Asiya İnkişaf Bankı bu layihəyə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub. Sizin çox mühüm və vaxtında göstərdiyiniz dəstək bizə, həmçinin çox geniş kreditorlar qrupu yaratmağa kömək etdi. Bildiyiniz kimi, "Cənub qaz dəhlizi” tamamlanmağa çox yaxındır, 3 layihə artıq tamamlanıb. Dördüncüsü - Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb. Bu, həqiqətən də əməkdaşlığın çox yaxşı əlamətidir”.
Asiya İnkişaf Bankı elektrik enerjisinin paylanması sahəsində götürdüyü öhdəliklərə də sadiqdir. Bu məqsədlə elektrik şəbəkəsinin təkmilləşdirilməsinə sərmayə proqramını nəzərdə tutur və əgər Azərbaycan tərəfindən müsbət qərar verilərsə, onu uğurla icra edə bilər.
Beləliklə, tədbirdə toxunulan əsas mövzulardan biri enerji səmərəliyi barədə olmuşdur. Bu istiqamətdə "Azərenerji” və "Azərişıq”la aparılan işlər barədə məlumat verilmişdir. Belə ki, ötən il və bu ilin əvvəlindən yatırılmış müəyyən investisiyalara görə "Azərenerji” minimum 600 meqavat səviyyəsində mövcud elektrik enerjisi stansiyalarının məhsuldarlığını artıra bilmişdir. Proses davam edir. Qafqazın ən böyük elektrik stansiyası olan Mingəçevir elektrik stansiyası tamamilə bərpa edilmişdir. Stansiyanın bərpa işlərindən sonra, bir-iki ay müddətində açılacağı gözlənilir.
Bunlardan əlavə, bərpa olunan enerji mənbələri üzərində də ardıcıl iş aparılır. Bu sahədə fəaliyyət göstərən iki tanınmış xarici şirkətlə cari ilin əvvəlində iki ilkin müqavilə imzalanmışdır. Nəzərdə tutulan bu layihələr üzrə ümumi enerji hasilatının həcmi 400 meqavat təşkil edəcək. Xarici investisiya hesabına günəş və küləklə işləyən iki stansiya qurulacaq.
Azərbaycanın günəş və külək mənbələri ilə zənginliyi nəzərə alınaraq enerjinin bu sektorunu inkişaf etdirmək üçün planlarımızın olduğu da bildirilmişdir. Ona görə Asiya İnkişaf Bankının rəhbərliyinə bu variantı nəzərdən keçirmək təklif edilmişdir.
Prezident İlham Əliyev Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlıqla bağlı yeni ideyalarda maraqlı olduğunu və qarşılıqlı əlaqələrin möhkəm bünövrəyə əsaslandığını demişdir: "5-6 il bundan əvvəl bizim maliyyə dəstəyinə ehtiyacımız olanda Asiya İnkişaf Bankı çox tez reaksiya göstərdi. Həqiqətən də bu, mənə çox xoş təsir bağışladı və mən bir daha çox vaxtında göstərilmiş dostcasına yanaşmaya görə minnətdarlığımı ifadə etmək istəyirəm... Mən xatırlayıram, bəzi başqa banklar layihəyə maliyyə öhdəliyini nəzərdən keçirdiyi vaxtda qeyd etdim ki, "Şahdəniz”dən hasil olunan qaz Avropaya nəql ediləcək. Lakin Avropa banklarında hələ proses getdiyi halda, Asiya İnkişaf Bankı artıq maliyyələşməni təmin etdi. Düşünürəm ki, sizin çox dostcasına verdiyiniz dəstək böyük bir qrupun birləşməsində mühüm rol oynadı”.
Flora SADIQLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!