Cəbhə bölgəsində yüksək əhvali-ruhiyyə yaşanır
Ölkəmizdə uzun müddət həsrətində olduğumuz yüksək əhvali-ruhiyyə yaşanır. Hamı bir-birini təbrik edir, gözaydınlığı verir. Uzun illərdir bu günün intizarını çəkirik. Səbir kasamız dəfələrlə dolub-boşalsa da, dözmüşük, əlverişli zamanın, sərfəli məqamın yetişəcəyi anı gözləmişik.
Bu da gözlənilən an! Cəbhədən alınan qələbə soraqlı xəbərlər bu elin, bu obanın uşaqlı-böyüklü hər bir övladının ürəyində qürura çevrilir. Şanlı Ordumuzun zəfər yürüşüdür bu qüruru doğuran. Qəhrəman Azərbaycan əsgərinin güclü əks-həmlələri ilə yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələrinin işğalından azad edilir, müqəddəs bayrağımız bölgənin ən uca zirvəsi olan Murovdağ yüksəkliyinə sancılır -bundan sevincli xəbər olarmı...
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin nikbin qələbə notları ilə dolu müraciəti başladığımız müqqədəs savaşın ədalətli məqsəd və məramlarını bir daha bütün dünyaya bəyan etdi. Xalqımızın bildiyi həqiqətləri dünya ictimaiyyəti bir daha eşitdi. Eşitdi ki, bizim özgə torpaqlarında gözümüz yoxdur, amma doğma Vətənimizin bir qarış torpağının da erməni işğalında qalması ilə barışa bilmərik. Dövlət başçısının inamla vurğuladığı bu məram indi Vətən sevdalı milyonların dilində səslənən azadlıq simfoniyasının nəqarətinə çevrilib.
Bəli, ölkəmizdə müharibə gedir. Azərbaycan əsgəri 30 ilə yaxın bir zaman ərzində erməni işğalı altında qalan Vətənimizin ərazi bütövlüyünü bərpa etmək uğrunda müqəddəs savaşa atılıb. Bu, Vətən müharibəsidir! Bu, bizim haqqımızdır və bu haqqı bizdən kimsə ala bilməz!
Uğurlarımız, üstünlüyümüz göz önündədir bu müqəddəs savaşda. Düşmənlərimizi əsgər və döyüş texnikası sarıdan böyük itkilərə məruz qoyuruq. Azərbaycan əsgəri müqavimət göstərən düşmən ordusunu vurur, atəş nöqtələrini zərərsizləşdirir. Ermənistan ordusu isə kəndlərimizi, şəhərlərimizi, mülki əhalimizi hədəf alır, evləri, məktəbləri xəstəxanaları dağıdır. Biz Vətənimizi işğaldan azad edirik. Düşmənlərimiz isə Azərbaycan ərazilərini işğal altında saxlamağa cəhd edir. Amma unudur ki, artıq 90-cı illər deyil. Zaman da, qüvvələr nisbəti də dəyişib. Azərbaycan ötən illər ərzində güclü, modern ordu yaradıb. Bu ordu indi döyüş meydanında gerçək bir qəhrəmanlıq nümunəsi göstərir. Ordusuna güvənən xalqımız isə tezliklə bayrağımızın bütün işğal altındakı ərazilərdə dalğalanacağına şübhə etmir.
Bu gün itkilərimiz olsa da, düşmən mərmiləri evlərimizi dağıtsa da, hər kəs qürurludur. Şəhid atası da, evi yerləyeksan olan ailə başçısı da "Təki Vətən sağ olsun!” deyir. Bu gün xalqımız öz ordusu ilə nəfəs alır. Ordu isə döyüş meydanında qazandığı zəfərlərlə xalqa əvəzedilməz hisslər yaşadır.
Zəfərin mübarək, Azərbaycan əsgəri!
Lazım QULİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qlobal əməkdaşlığın Bakı platforması
05 May
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!