Bünövrə möhkəm və etibarlı olarsa
Yüksək intellektual səviyyəyə malik fəal vətəndaş, vətənini, xalqını canından artıq sevən yeni nəsil formalaşdırmaq məqsədilə Azərbaycan məktəbinin qarşısına qoyulan vəzifələr ölkəmizin hər yerində olduğu kimi, Bərdə rayonunda da prioritet hədəf olaraq qalır. Dövlətin qayğısı hesabına rayonda təhsilin maddi-texniki bazası ildən-ilə möhkəmlənir.
Yeni məktəb tikintisi, mövcud ümumtəhsil müəssisələrinin cari və əsaslı təmiri, məktəblərin yeni avadanlıq və inventarlarla təminatı, müəllimlərin maddi və mənəvi maraqlarının dövlət səviyyəsində təmin olunması təhsildə qazanılan böyük uğurların bünövrəsini təşkil edir. Bərdə Rayon Təhsil Şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Rzaqulu Şərifov deyir ki, bu gün parta arxasında əyləşən şagird sabah dövlət strukturunda müxtəlif sahələrin idarə olunmasında iştirak edəcək potensial kadrdır. Sabahımızın qurucuları olan bugünkü şagirdlərin intellektual səviyyəsinin, elmi dünyagörüşünün, həyata real baxışının bünövrəsi məhz orta məktəbdə qoyulur. Bu bünövrə möhkəm və etibarlı olarsa, onun üzərində yüksəkliklərə ucalmaq çətinlik yaratmır. Bu baxımdan müəyyən edilmiş hədəfə hər il daha da yaxınlaşırıq. Orta ümumtəhsil məktəblərinin qarşısına qoyulan əsas vəzifə hərtərəfli inkişaf etmiş, elmli, müasir dünyagörüşlü yeni nəsil yetişdirmək olsa da, ali məktəblərə qəbulun nəticələri ümumi işə verilən qiymətdə böyük əhəmiyyət kəsb edir. Bu sırada son beş ilin yekunları xüsusilə ürəkaçandır. Əgər 2012-ci ildə rayonumuzdan ölkənin ali məktəblərinə 283 nəfər qəbul olunmuşdusa, bu il 469 nəfər məzunumuz tələbə adı qazanmışdır. 205 nəfər 200-dən, 33 nəfər isə 600-dən çox bal toplamışdır. Qazanılan uğurlar, əldə edilən nailiyyətlər heç kəsi arxayınlaşdırmır. Yeni dərs ilinə hazırlığın səviyyəsi də qənaətbəxşdir.
Öyrəndik ki, rayonun nümunəvi təhsil ocaqlarından olan Bərdə şəhər 8 saylı tam orta məktəbində cari təmir işləri aparılmışdır. Muğanlı kənd tam orta məktəbində təmirlə yanaşı, əlavə 3 sinif otağı inşa edilmişdir. Qaratəpə kənd ümumi orta məktəbində 86 yerlik modul tipli bina tikilmişdir. Hacılar ümumi orta məktəbində isə 63 yerlik modul tipli binanın tikintisinə yaxın günlərdə başlanacaqdır. Yenidaşkənd tam orta məktəbində isə əlavə sinif otaqlarının inşası nəzərdə tutulur.
Yeni dərs ili ərəfəsində rayonda gündəmin əsas mövzusu bu il ali məktəblərə qəbulun nəticələridir. Rayonun tarixində ilk dəfədir ki, bir ildə 27 nəfər bərdəli məzun Azərbaycan Tibb Universitetinə, 55 nəfər isə Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyi yenə öncül mövqedədir. Bu məktəbin 7 nəfər məzunu Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur ki, onların 5 nəfəri eyni sinifdəndir. Fərəhlidir ki, məktəb-liseyin builki məzunlarından ali məktəblərə qəbul üçün sənəd vermiş 86 nəfər məzundan 78 nəfəri tələbə adı qazanmış, onlardan 7 nəfəri 600-dən, 15 nəfəri isə 500-dən çox bal toplamışdır.
Ali məktəblərə qəbulda şəhər məktəbləri ilə yanaşı, kənd məktəblərinin qazandıqları nəticələr də qənaətbəxşdir. Uğurlu nəticələrdən danışarkən şəhər 4 nömrəli tam orta məktəbin məzunu Məmmədov Zahid Aqil oğlunun adı xüsusilə çəkilməlidir. O, ABŞ Dövlət Departamentinin FLEX-Gələcəyin liderlərinin mübadiləsi proqramında qalib gələrək Azərbaycandan seçilmiş 12 nəfərdən biri olaraq Amerikada təhsil almaq hüququ qazanmışdır.
Artıq yeni dərs ili başlayır. Bərdəlilər bu əlamətdar tarixi - “Bilik günü”nü təhsildə qazandıqları diqqətəlayiq nailiyyətlərlə qarşılayırlar.
Lazım QULİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!