20 Aprel 2024 12:19
231
DÜNYA
A- A+

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb  

 

Çin yanvar-mart aylarında Rusiyadan 28,5 milyon ton neft idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə təqribən 13 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, Rusiya 2024-cü ilin ilk üç ayında Çinə qiymətlə ifadədə təxminən 13,8 milyard dollarlıq neft ixrac edib. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 17,9 faiz artıb. Rusiyadan bu ölkəyə neft tədarükü Çinə ixracın ümumi dəyərinin 43 faizinə bərabər olub.

Mart ayında Çin Rusiyadan 10,8 milyon ton neft idxal edib ki, bu da fevral ayı ilə müqayisədə 18,8 faiz çoxdur. 2023-cü ildə iki ölkə arasında neft ticarəti öncəki ilə nisbətən 24 faiz artaraq 107 milyon tona çatmışdı.

ÇXR Baş Gömrük İdarəsinin məlumatlarına görə, hazırda Rusiya Çinə ən böyük neft tədarükçüsüdür. Siyahıda ikinci yeri Səudiyyə Ərəbistanı (19,8 milyon ton), üçüncü yeri isə İraq (15,6 milyon ton) tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video