23 Aprel 2024 16:37
199
İQTİSADİYYAT
A- A+

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

 

Cari ilin dövlət büdcəsində Azərbaycan Prezidentinin ehtiyat fondu üçün 300,0 milyon manat, dövlət büdcəsinin ehtiyat fondu üçün isə 110,0 milyon manat vəsait, cəmi 410,0 milyon manat vəsait nəzərdə tutulub. Bu ilin yanvar-mart aylarında dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 41,7 milyon manat (22,2 milyon manatı Azərbaycan Prezidentinin ehtiyat fondundan, 19,5 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılıb.

AZƏRTAC Maliyyə Nazirliyinin 2024-cü ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatına istinadən xəbər verir ki, həmin ayrılmış vəsaitin 14,5 milyon manatının maliyyələşməsi həyata keçirilib.

Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait ölkə ərazisində dini qurumlara maliyyə yardımının, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri üçün istifadə olunub.

Dövlət büdcəsinin ehtiyat fondundan 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya sərgisində Azərbaycanın təmsil olunması ilə bağlı milli pavilyonun qurulması üçün tikinti işlərinin başlanılmasına, 0,9 milyon manatı isə digər tədbirlərin icrasına yönəldilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video