Bolqarıstan Prezidenti Rumen Radev ilə Milli Məclisdə görüş keçirilib
Ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev oktyabrın 13-də Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb.
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və Azərbaycanın Bolqarıstan ilə münasibətlərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan ilə Bolqarıstan arasında indiyədək 60 sənəd imzalanıb və bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaradıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərlərinin əhəmiyyətini xüsusi qeyd edən Ziyafət Əsgərov bu baxımdan Prezident İlham Əliyevin 2015-ci ilin martında Bolqarıstana səfərinin vacib rol oynadığını bildirib.
Ali qonağın diqqətinə çatdırılıb ki, Bolqarıstan Azərbaycan ilə Avropa strukturları arasında əməkdaşlığın dərinləşməsi baxımından mühüm ölkədir və bu ölkənin 2018-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasında sədrlik edəcəyi bu önəmi daha da artırır.
Qeyd edilib ki, 1996-cı ildən etibarən Bakı Slavyan Universitetində bolqar dili tədris olunur və 2004-cü ildən bu ali təhsil ocağında Bolqar Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir.
Ziyafət Əsgərov bildirib ki, Azərbaycan ilə Bolqarıstanın parlamentlərarası münasibətləri də yüksək səviyyədədir və hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən dostluq qrupları müxtəlif beynəlxalq təşkilatların parlament strukturlarında uğurlu əməkdaşlıq edirlər.
Milli Məclis sədrinin birinci müavini dövlət başçısına Azərbaycanın iqtisadi inkişafı, həyata keçirilən iri neft-qaz layihələri, bu layihələrin regionun və Avropanın enerji təhlükəsizliyindəki rolu barədə məlumat verib. Bildirib ki, ölkəmiz iqtisadi inkişafına görə regionda lider olsa da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu inkişafa maneə törədir. Ermənistan Azərbaycanın 20 faizdən çox ərazisini işğal altında saxlayır və bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri yerinə yetirmir.
Prezident Rumen Radev müxtəlif sahələrdə əməkdaşlığın Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin vacib hissəsini təşkil etdiyini diqqətə çatdırıb. Dövlət başçısı deyib ki, bu əməkdaşlıq ölkələrimizin daha da yaxınlaşmasına şərait yaradıb. Bolqarıstan Prezidenti ölkəsinin mədəni irsinin qorunmasına verdiyi töhfələrə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Rumen Radev bildirib ki, Bolqarıstan münaqişənin tezliklə sülh yolu ilə həllinə tərəfdardır.
Regionda həyata keçirilən iqtisadi layihələrə də toxunan dövlət başçısı qeyd edib ki, Bolqarıstan “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsinə dəstəyini davam etdirir.
Söhbət zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb.
Görüşdə Milli Məclis sədrinin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, səfirlər Maya Xristova, Nərgiz Qurbanova və digər rəsmi şəxslər iştirak ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!