10 Aprel 2026 15:11
136
İQTİSADİYYAT
A- A+
Birinci rübdə sahibkarlara verilən kreditlərin həcmi açıqlanıb

Birinci rübdə sahibkarlara verilən kreditlərin həcmi açıqlanıb


2026-cı il aprelin 1-nə olan məlumata görə, ənənəvi zəmanət mexanizmi çərçivəsində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) təqdim etdiyi zəmanət hesabına müvəkkil banklar tərəfindən sahibkarlara ümumilikdə 707,3 milyon manat, 2026-cı ilin yanvar-mart aylarında isə 23,2 milyon manat məbləğində kredit verilib.

İKZF-dən AZƏRTAC-a bildirilib ki, mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,8 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib. Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2022-ci il tarixli 1832 saylı Fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmləri uğurla tətbiq edilməkdədir. Portfel təminatı mexanizmi çərçivəsində indiyədək 426 sahibkarın aldığı 7,1 milyon manat məbləğində kreditə 5,3 milyon manat, 2026-cı ilin birinci rübündə isə 62 sahibkarın 1,61 milyon manat məbləğində kreditləri üzrə 1,2 milyon manat həcmində zəmanət verilib. İstiqraz emissiyası üzrə öhdəliklərin təmin edilməsi mexanizmi çərçivəsində ümumilikdə 10 milyon manatlıq istiqraz buraxılışına 6 milyon manat məbləğində zəmanət təqdim edilib.

Qeyd edək ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə ilk dəfə olaraq sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyaların verilməsinə başlanılıb. Fərmana əsasən, kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun qarşısında prioritet vəzifə kimi müəyyən edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib  

18:05
10 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:03
10 Aprel

İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə atəşkəs danışıqlarına başlayır

18:03
10 Aprel

İran Strateji Əlaqələr Şurasının rəhbəri vəfat edib

17:53
10 Aprel

Türkiyədən Suriyaya 5 il ərzində könüllü əsasda 1,4 milyondan çox qaçqın qayıdıb  

17:51
10 Aprel

Qırğızıstanda NAT imtahanı ali məktəblərə qəbul prosesini daha ədalətli və obyektiv edir  

17:50
10 Aprel

Azərbaycanda neftdənkənar ixrac 2026-cı ilin birinci rübündə artıb

17:48
10 Aprel

Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub  

17:41
10 Aprel

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:39
10 Aprel

Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib

17:38
10 Aprel

Premyer Liqa: “Kəpəz” autsayderə məğlub olub

17:38
10 Aprel

Ali Məclisin yaz sessiyasının növbəti iclasında 5 məsələ müzakirəyə çıxarılıb  

17:27
10 Aprel

“Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq konfransda təqdimatlar edilib  

17:15
10 Aprel

“Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizi zamanın tələbidir  

17:12
10 Aprel

Komitə sədri Gəncədə vətəndaşların müraciətlərini dinləyib

17:01
10 Aprel

Azərbaycanın dayanıqlı inkişafı üçün yeni yol xəritəsi təsdiqlənib  

16:52
10 Aprel

Qobustanda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub  

16:47
10 Aprel

“Sülh Körpüsü” Təşəbbüsü: Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa işə başlayıb

16:41
10 Aprel

Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib  

16:36
10 Aprel

Hamburq limanında 1,6 ton kokain ələ keçirilib

16:29
10 Aprel

Dövlət Agentliyinin sədri vətəndaşların müraciətlərini dinləyib 

16:28
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!