“Bir dön bizim Bakıya bax”
İlin bütün fəsillərində paytaxtımız qonaq-qaralı olur
Bakının hüsnü hər zaman gözəl olub. Bu gün isə paytaxtımız bir özgə libasdadır: müasirliyi ilə dünyanı heyran edir. Qızmar yay günləri olmasına baxmayaraq, şəhərimizin gəzməli, görməli məkanları əcnəbi turistlərlə doludur. Bakı tarixən dünya səyahətinə çıxanların diqqətində olub və bu, onların xatirələrində yaşadılıb. Son illər paytaxtın beynəlxalq mədəni-kütləvi, eləcə də idman yarışlarına evsahibliyi etməsi isə ölkəmizə xarici qonaqların kütləvi axınına da səbəb olub. Bu gün Avropa Azərbaycanı inkişaf etmiş dövlət olaraq tanıyır və beynəlxalq miqyaslı tədbirlərin burada keçirilməsini məqbul sayır.
Hazırda ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sırasına daha biri də əlavə edilib. O, "Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalıdır ki, iyulun 21-dən start götürüb və dünyanın diqqətini yenidən Bakıya yönəldib. Təbii ki, ölkəmizə turist axınının səbəblərindən biri də bu festivaldır.
Əvvəlki beynəlxalq yarışlarda olduğu kimi, bu dəfə də incəsənət xadimlərinin iştirakı ilə paytaxtın müxtəlif məkanlarında rəngarəng proqramlı mədəni-kütləvi tədbirlər təşkil edildi. Bu, təbii ki, istər festival iştirakçılarının, istərsə də turistlərin istirahətlərinin təmin olunmasında mühüm amillərdəndir.
Yolumuzu İçərişəhərdən salıb əsrlərin yaşıdı Qız qalasınadək paytaxtın əcnəbi qonaqlarda yaratdığı təəssüratlardan bəzi məqamları qələmə alıb, fotoaparatın yaddaşına yazmalı olduq. Öncədən qeyd edək ki, hava isti olsa da, əcnəbi qonaqlarımız heç də "kölgələnmək” fikrində deyildilər. Diqqətçəkən məqamlardan biri qarşılaşdığımız turistlərin əksəriyyətinin bu il Azərbaycana ailəliklə gəlmələridir.
Onlardan biri ilə Filarmoniya bağında tanış oluruq. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən gəlmiş Aleksandr Osetrova Qala divarlarına heyranlıqla baxan ailə üzvlərini təqdim edir:
- Kseniya Qoloxvastova, Nataliya Mixeeva və Darya Çernova (Torşilova) ilk dəfədir ki, Bakıda olurlar. Paytaxt Bakı haqqında məlumatımız az deyildi, lakin burada olmaq, dost, qonşu, qardaş Azərbaycan xalqının qonaqpərvərliyini görmək, nəhayət ki, bizə də nəsib oldu. İçərişəhərin qədimliyi paytaxt Bakının müasirliyi ilə təzad yaratmayıb. Düşünürük ki, Azərbaycan xalqının tarixi qədim olduğu üçün onun belə əvəzedilməz yadigarları da var. Vaxtilə Sankt-Peterburqla Bakı qardaşlaşmış şəhərlər kimi tanınırdı. Sevinirik, burada belə gözəl tolerantlıq mühiti qorunub saxlanır. "Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalını da izləyirik. Rusiyadan olan iştirakçılara azarkeşlik etməklə yanaşı, Azərbaycan komandalarının da oyunları bizi maraqlandırır. Belə beynəlxalq yarışlara evsahibliyi o qədər də asan deyil, amma Bakı və xalqınız belə mötəbər tədbirlərin keçirilməsində öz təcrübəsi ilə Avropaya da nümunə göstərir.
Filarmoniya bağından aralanıb İçərişəhərin daş küçələrinə keçən daha bir turist ailəsi ilə tanış oluruq. İqor Qez Ukraynanın Dnepropetrovski şəhərindən gəldiklərini söyləyir. Əlavə edir ki, Yelizaveta ilə Natalya da onun ailə üzvlərindəndir. Keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında daha çox başı müsibətlər çəkən Azərbaycan və Ukraynanın oxşar tale yaşamalarına təəssüflənsə də, dövlət müstəqilliyini bərpa edən xalqların bir-biri ilə mehribanlığının digərlərinə nümunə olduğunu da gizlətmədi. Azərbaycanın daha çox inkişaf etməsini isə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətlə bağlılığını xüsusi vurğuladı: "Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu inkişafdakı böyük zəhmətləri xalqa, dövlətə, Vətənə layiqli xidmətdir. Bakının görməli, gəzməli yerləri az deyil. Məzuniyyət müddətini Azərbaycanda keçirmək bizim arzumuz idi. Festivalın burada keçirilməsi isə həmin istəklərimizi reallaşdırdı. Əmin-amanlıq, dinclik, xalqların burada bir ailə kimi yaşaması bizi ölkənizə gətirən səbəblərdəndir. Qonaqpərvər xalqınız haqqında çox eşitmişdik, gəlib gözlərimizlə gördük və bir daha əmin olduq ki, Azərbaycan, doğrudan da qısa zaman ərzində böyük inkişaf yolu keçib”.
Turistlərlə söhbətdən bir daha anladıq ki, Şərqlə Qərb mədəniyyətlərinin bir araya gətirildiyi Azərbaycanın humanitar sahədəki təcrübəsi dünya xalqlarının marağına səbəb olub. Mədəni dəyərlərin öyrənilməsi və onlardan istifadə edilməsinə son illər daha çox diqqət ayrılmasının da səbəbləri az deyil. Deyirlər ki, mədəniyyətin və idmanın dili daha çox anlaşıqlıdır, nəinki siyasətin. Buna görə də mədəni əlaqələrin daha da genişlənməsi xalqlar arasında ünsiyyəti vacib amil kimi ortaya çıxarıb. Bunu turistlərlə həmsöhbətdən də açıq-aydın hiss edirdik...
Məhəmməd NƏRİMANOĞLU,
Fərman BAĞIROV (foto),
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!