26 İyun 2020 01:10
3344
Mədəniyyət
A- A+
Bəylər məscidi

Bəylər məscidi


Qədim Bakının inkişaf mərhələlərini nəzərdən keçirsək görərik ki, bu şəhər müxtəlif din və həyat tərzlərinin bir-birini əvəz etməsi nəticəsində mənəvi mədəniyyətin mənbəyi olmuşdur. VII əsrin birinci yarısında Azərbaycanın bütün şəhərlərində, o cümlədən atəşpərəstlərin nüfuzlu dini mərkəzi sayılan Bakıda İslam dininin yayılması geniş vüsət almışdı. Burada çoxsaylı dini memarlıq abidələri - məscid, təkyə, məktəb-məscid və türbələr inşa edilmişdir.

İçərişəhərin şimal-qərbində, Şirvanşahlar Sarayının Murad darvazasının yaxınlığında dini tikililər arasında Bəylər məscidi yerləşir. 1895-ci ildə inşa olunan məscid yerli əhəmiyyətli tarixi-memarlıq abidəsidir. Bu sənət incisi Bakının məşhur bəylərinin sifarişi ilə tikildiyi üçün bu adı almışdır. Məscidin inşasında Məhəmməd Haşim Əl-Bakuinin oğulları Hacıbaba və Hacı Cavad, eləcə də məşhur milyonçu Ağa Murtuza Muxtarov, xəttat İbrahim Şirvani, Mir Əli ən-Nağı, Mir Tağı, usta-memar Seyid Hüseyn də iştirak etmişdilər.

İçərişəhər ərazisində inşa olunan bu sonuncu məscid zalın böyüklüyünə və tikinti quruluşuna görə digər dini abidələrdən fərqlənir. Onun inşasında Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsiplərindən istifadə olunub. Mükəmməl görünüşlü minarənin yuxarı hissəsi Qərbi Avropaya xas olan dekorativ elementlərlə bəzədilib. Məscidin zalında və mehrabında mükəmməl bədii daşyonma sənəti nümunələrindən məharətlə istifadə edilib. Memarlıq abidəsi qədim məscidin yerində tikilib və əyri xətt şəkilli küçənin planlaşdırılma xüsusiyyətinə uğurla daxil edilb.

Bəylər məscidində bərpa və konservasiya işləri "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəvət etdiyi avstriyalı məşhur bərpaçı ekspert Erix Pummer tərəfindən aparılıb. 2014-2015-ci illərdə görülən işlər zamanı məscidin bərpasında "İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” də iştirak edib, qapı və pəncərələri memarlıq elementləri ilə bəzəyib. Nəticədə təyinatına uyğun muzeyləşdirilən məsciddə "Müqəddəs əmanətlər” ekspozisiyası yaradılıb.

Burada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim "Qurani-kərim” kitabları nümayiş etdirilir. Ziyarətçilər 73 Quran, 7 dini kitab, 19 dini atribut, ümumilikdə, 99 eksponatla tanış ola bilirlər. Yanğından hifz olunan kitabların vərəqləri, Dərbənd məscidinə aid və onun axundu tərəfindən divara hörülərək qorunan Quran, eləcə də Quranın cüzləri ekspozisiyada diqqəti cəlb edən eksponatlardır.

Azərbaycanın müxtəlif regionlarından əldə edilən müqəddəs əmanətlər yanğına məruz qalan kitabxanalardan və şəxsi mülklərdən toplanmışdır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

17 oktyabr – Füzuli şəhəri günü: zəfərdən böyük qayıdışa uzanan tarixi yol

14:10
17 Oktyabr

Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   

14:07
17 Oktyabr

Füzuli şəhəri yenidən qurulur və doğma sakinlərinə qovuşur

14:04
17 Oktyabr

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

Hədəf məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

10:00
17 Oktyabr

Dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı yerlərdə müzakirə edilir

09:50
17 Oktyabr

ZƏFƏR gündəliyi

09:40
17 Oktyabr

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir

09:30
17 Oktyabr

Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır

09:20
17 Oktyabr

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub

09:10
17 Oktyabr

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

09:00
17 Oktyabr

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

08:50
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!