29 Aprel 2026 19:25
349
CƏMİYYƏT
A- A+
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına işgüzar səfəri başa çatıb

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına işgüzar səfəri başa çatıb

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığının Rabat şəhərinə işgüzar səfər edib.

Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ölkənin müstəqillik əldə etməsində mühüm rol oynamış Əlahəzrət Kral V Məhəmmədin məqbərəsini ziyarət edərək xatirəsini ehtiramla anıb.

Sonra nümayəndə heyəti ilə Mərakeş Krallığının Kassasiya Məhkəməsinin sədri və Ali Məhkəmə Şurasının vitse-prezidenti Mohammad Abdenabaoui arasında görüş keçirilib. Görüş zamanı ölkələrimizin hüquq sistemləri arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, təcrübə mübadiləsi və qarşılıqlı hüquqi dəstək imkanları müzakirə olunub.

Səfər çərçivəsində, həmçinin nümayəndə heyəti ilə Mərakeş Krallığının ədliyyə naziri Abdullatif Ouahbi arasında geniş tərkibdə ikitərəfli görüş keçirilib. Ölkəmizə daha öncəki səfərini məmnunluqla xatırlayan nazir hər sahədə əsaslı inkişafın şahidi olduğunu bildirib.

Tərəflər görüş zamanı Azərbaycan Respublikası və Mərakeş Krallığının müxtəlif qurumları, o cümlədən hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişaf tempindən məmnunluğunu ifadə edib, qurumlar arasında əməkdaşlığın hüquqi bazasının daha da dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) mənzil-qərargahında olub, təşkilatın Baş direktoru doktor Salim Al Maliklə görüşüb, həmçinin mənzil-qərargahda yerləşən, Məhəmməd Peyğəmbərin həyatına həsr olunmuş muzeyi ziyarət edib.

Görüşdə ölkəmizin təşkilatın fəaliyyətinə verdiyi mühüm töhfələr məmnunluqla qeyd olunub, xüsusilə qurumun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyətinin İslam dünyasının mədəni abidələrinin, mənəvi irsinin qorunması və təbliğində mühüm rol oynadığı vurğulanıb.

Səfər çərçivəsində, həmçinin Baş prokuror Mərakeş Krallığının yerli televiziya və mətbuat qurumlarına müsahibə verib. O qeyd edib ki, bu cür səfərlər cinayətkarlığa qarşı mübarizədə ortaq çətinliklərin müəyyən olunması və buna uyğun effektiv cavab tədbirlərinin hazırlanması üçün təcrübənin bölüşdürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan hazırkı səfər transmilli mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə sahələrində, eləcə də hüquq sisteminin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən islahatlarla yaxından tanış olmağa əlverişli imkan yaradıb.

Bununla yanaşı, birgə beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı da müvafiq müzakirələr aparılıb və irəli sürülən təşəbbüslərin qarşılıqlı şəkildə dəstəklənməsi qərara alınıb.

Görüşlərdə ölkəmizin Mərakeş Krallığındakı səfiri Nazim Səmədov da iştirak edib.

Nümayəndə heyətinin səfəri başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

12:38
01 May

İşğaldan azad olunmuş ərazilərdə 575 tarixi abidənin vəziyyəti qiymətləndirilib

12:38
01 May

Milli Məclisin qərarı: Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır  

12:36
01 May

Bakı Limanında yeni körpü istifadəyə verilib

12:35
01 May

"Təməl dalğıc kursu"nu müvəffəqiyyətlə başa vuranlara sertifikatlar təqdim olunub

12:27
01 May

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb  

12:26
01 May

“Şahdəniz”in əməliyyat və əsaslı xərcləri açıqlanıb  

12:24
01 May

Milli Məclisin sədri: Avropa Parlamentinin qətnamələri ikili standartlara əsaslanır  

12:24
01 May

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Azərbaycan-Ermənistan sülh gündəliyi barədə məlumatlandırılıb  

12:21
01 May

Rektor: Azərbaycan UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş tarixi abidələri ilə tanınır  

12:19
01 May

ABŞ neft ehtiyatlarından 17,5 milyon barel istifadə edib  

12:15
01 May

Keniyalı ekspert Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirib  

12:03
01 May

Çinin “sıfır tarif” rejimi Afrikanın 53 ölkəsinə şamil olunacaq  

12:01
01 May

Bu gündən ölkə ərazisindəki bütün su hövzələrində sənaye məqsədilə balıq ovu qadağan edilir

12:00
01 May

Media: Pentaqon Trampın Almaniyadan qoşunların çıxarılması ilə bağlı açıqlamasından təəccüblənib

11:58
01 May

Nazir müavini: Azərbaycanda internetə çıxış səviyyəsi dünya ortalamasını üstələyir  

11:48
01 May

Qızılın qiyməti Yaxın Şərqdəki münaqişə başlayandan bəri 13 faiz ucuzlaşıb  

11:46
01 May

Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, etiraz notası təqdim edilib  

11:42
01 May

BDYPİ "Bakı Marafonu-2026" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

11:37
01 May

Məsud Pezeşkian: ABŞ danışıqlar prosesində İrana yenidən hücum edə bilər

11:31
01 May

Ötən gün 69 cinayətin açılması təmin edilib

11:25
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!