20 Aprel 2024 12:15
304
İQTİSADİYYAT
A- A+

Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk   

 

“Son bir neçə il ərzində iqlim dəyişikliklərinin qarşısının alınması sahəsində maliyyələşmə ilə bağlı görülən işlərin bu il də davam edəcəyinə ümid edirəm”.

Bu fikirləri COP29 nümayəndə heyətinin səfəri çərçivəsində aprelin 20-də Vaşinqtonda keçirilmiş “İqlim maliyyəsi üçün qlobal fəaliyyətin təmin edilməsi üzrə dialoq” mövzusunda tədbirdə iştirak edən Barbadosun Baş naziri Mia Mottli AZƏRTAC-ın ABŞ bürosuna açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, ötən illərdə bir sıra irəliləyişlər əldə edilib, “İtki və Zərər Fondu”nun yaradımasına nail olunub. “Maliyyələşmə hələ də əsas narahatlıqlardan biridir. Bu məsələ ilə bağlı maliyyə vəsaitinə ehtiyacımız var, amma bizə həm də itkilərin qarşısını alması üçün maliyyə lazımdır. Buna görə də, adaptasiya və mitiqasiya maliyyələşməsi çox vacibdir. Biz bilirik ki, bu, kifayət qədər çox pul tələb edir. Çoxsaylı həll yolları var. Artıq bir çox işlərə start verilib. İşlər bu il də davam edəcək və biz üçlüyün (COP prezidentləri üçlüyü - red.) yaradılmasını yüksək qiymətləndiririk”.

Qeyd edək ki, bu ilin əvvəlində COP28-in vasitəçiliyi ilə COP prezidentləri üçlüyü (COP 28, COP 29 və COP30) yaradılıb.

Vurğulayaq ki, Mia Mottli iqlim dəyişikliklərinin qarşısının alınması sahəsində maliyyələşməyə dair praktiki həll yollarını özündə birləşdirən Brictaun Gündəliyinin təşəbbüskarıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video