BANM-da Layihə İdarəetmə Məktəbinin məzun günü keçirilib
Bakı Ali Neft Məktəbi (BANM), BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı, həmçinin Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti ilə birgə həyata keçirilən Layihə İdarəetmə Məktəbi “Stream 16” və “Stream 17” adlı qruplarının məzun gününü qeyd etdi. Uğurlu iştirakçılarını ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatı ilə təmin edən təlim proqramı - Layihə İdarəetmə Məktəbindən bu dəfə 24 müəssisənin 52 mütəxəssisi məzun oldu. Həmin şirkətlərə SOCAR, BP, “Paşa Holdinq”, “Paşa Sığorta”, “Azneft”, SOCAR AQŞ, “SOCAR Upstream”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Şəhər Halqası, Gilan Tekstil Park, “Azerconnect”, “Atlantic Waste Solutions”, “AzIn Telekom” və digərləri daxildir.
Ali məktəbin kampusunda keçirilən tədbirdə BANM-ın rektoru Elmar Qasımov, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmilər iştirak ediblər.
Tədbiri açan Ali Məktəbin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin məzunlarını proqramı uğurla başa vurmaları münasibətilə ürəkdən təbrik edib, onlara layihə menecmenti üzrə əldə etdikləri bilikləri öz işlərində uğurla tətbiq etməkdə müvəffəqiyyətlər diləyib.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Layihə İdarəetmə Məktəbini hazırda yerli mütəxəssislərin ixtisaslarının artırılması istiqamətində ən uğurlu layihə adlandırıb və bu layihənin icrasının yüksək səviyyədə həyata keçirilməsinə görə ali məktəbə təşəkkür edib. Xalik Məmmədov SOCAR-ın təlim və biliklərin artırılması istiqamətində öz əməkdaşlarını daim dəstəklədiyini bildirərək qeyd edib ki, bu gün proqramı uğurla başa vuranlar arasında SOCAR-ın müxtəlif müəssisələrindən olan 23 nəfər əməkdaşı vardır.
Tədbirdə həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və layihənin icra edilməsində böyük rolu olan Böyük Britaniyanın STRATEX şirkətinin biznesin inkişafı üzrə meneceri Ed Hyuez çıxış edərək məzunları ürəkdən təbrik ediblər.
Layihə İdarəetmə Məktəbinin məzunlarından olan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli də tədbirdə çıxış edərək bu proqramın gənc mütəxəssislərin ixtisaslarının artırılması və layihə idarəetməsinin öyrənilməsində əvəzsiz olduğunu və bu məktəbin məzunu olmaqdan sevinc hissi keçirdiyini bildirib.
Daha sonra BANM-ın rektoru Elmar Qasımov, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və STRATEX şirkətinin biznesin inkişafı üzrə meneceri Ed Hyuez tərəfindən hər bir məzuna ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatı və hədiyyələr təqdim edilib.
Təqdimetmə mərasimi bitdikdən sonra tədbirin bədii hissəsi başlayıb. Məzunlar və qonaqlar kommunikasiya üçün bir araya gələrək müzakirələr aparıb, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, Layihə İdarəetmə Məktəbi son bir il ərzində dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərin böyük marağına çevrilib. Şirkətlər seçilmiş mütəxəssislərinin ixtisasartırması haqda düşünərkən üstünlüyü məhz Layihə İdarəetmə Məktəbinə verirlər. Burada proqramın iştirakçıları layihələrin idarə olunmasının 7 modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında təlim keçirlər. Həmin modullara layihələrin idarə edilməsi, layihəyə rəhbərlik, idarəetmə və kommunikasiya, risklərin idarə edilməsi, planlaşdırma və xərclərə nəzarət, layihə menecerləri üçün keyfiyyət, layihənin idarə edilməsinin tətbiqi mexanizmləri, layihələri idarəetmə mütəxəssisi (PMP) imtahanına hazırlıq, layihə menecerləri üçün danışıqların aparılması bacarıqları kimi kurslar daxildir.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!