Balın hikməti, Hikmətin balı...
Hikmət Əliyev orta ixtisas təhsilli aqronomdur. Uzun illər kənd təsərrüfatında çalışıb. Zəhmətsevərliyi ilə seçilib. Bu, onun ailə üzvlərinə də sirayət edib:
6 övladının hamısı zəhmətsevərdir. Ömür-gün yoldaşı İradə xanım da təsərrüfat işlərində ona yaxından kömək edir.
Artıq 30 ildən çoxdur ki, H.Əliyev Amankənddə arıçılıqla məşğul olur. Balın hikməti hamıya məlumdur - min bir dərdin dərmanı, təbii qida məhsulu, müalicə vasitəsidir. Bunları yaxşı bilən Hikmət də arıçılığa ürəkdən bağlanıb. İlbəil arı ailələrinin sayını artırır. Hikmət həm də maraqlı həmsöhbətdir. 2005-ci ildən hər il respublikada keçirilən arı məhsullarının sərgi-satış yarmarkalarının daimi iştirakçısı olan Hikmət danışır ki, məhsulu yüksək keyfiyyətli olsa da, alveri bacarmadığından ilk dəfə yarmarkada cəmi bir kiloqram bal sata bilib. Elə oradaca öyrənib ki, sən demə, təkcə bal deyil, bütün arıçılıq məhsullarına - muma, vərəmuma, güləmə, arı südü və zəhərinə də böyük tələbat var. Bundan sonra o, digər arıçılıq məhsulları da tədarük etməyə başlayıb. Beynəlxalq layihələrə qoşulub, sertifikatlar alıb. Dəfələrlə Türkiyədə, Rusiyada keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. Topladığı bilik və təcrübə sayəsində ailə təsərrüfatını bir qədər də genişləndirib. Almaniyadan, Rusiyadan gətirilmiş, seleksiya olunmuş arılar hesabına ana arıların sayı artırılıb. İndi Hikmət 165, oğlu Xudaş 75, digər oğlu Xilqət isə 10 arı ailəsinə xidmət göstərir. Hər il bu zəhmətkeş ailə 2,5-3 ton bal istehsal edir. Onlar təsərrüfatlarını bir qədər də böyütmək, şaxələndirmək, balın və digər arıçılıq məhsullarının istehsalını daha da artırmaq fikrindədirlər.
Mirzə CƏFƏROV,
Biləsuvar şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
Ölkəmizdə ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
04 May
Gənc rəssamın rənglər dünyası
04 May
Ən çox alqışlanan "balaca əsgər"
04 May
"Su axar, çuxurunu tapar"
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!