“Bakutel” beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platformasını möhkəmləndirir
Son illər Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi də şöhrət tapıb. Təkcə ötən iki ayda Bakıda keçirilmiş üç Zirvə görüşü - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasınıın, Qoşulmama Hərəkatının və Dünya dini liderlərinin Zirvə görüşləri ölkəmizin beynəlxalq nüfuzunu bir daha təsdiq etdi.
Azərbaycanda hər il bir sıra ənənəvi beynəlxalq sərgilər də keçirilir. Onlar iqtisadiyyatın ən müxtəlif sahələrini əhatə edir, ölkələr arasında əməkdaşlığı genişləndirir, tərəfdaşlıq platformasını möhkəmləndirir və inkişafa yeni təkan verir. Bu qəbildən olan sərgilərin açılışında Prezident İlham Əliyevin iştirak və çıxış etməsi, yaxud sərgi ilə yaxından tanış olması həmin tədbirlərin mühüm əhəmiyyət daşıdığını göstərir.
Bu il dekabrın 4-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Bakı Ekspo Mərkəzində keçirilən "Bakutel-2019” - XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi ilə tanış olublar.
Bu dəfə "Bakutel” sərgisi 25 illiyini qeyd edir. Dövlət başçısına verilən məlumatda da bildirilib ki, tədbirdə iştirak edən 238 şirkət tərəfindən 23 ölkə təmsil olunur. Sərgidə Türkiyə, Rusiya, ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Sloveniya, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar fəaliyyət göstərir.
Keçən illərdə olduğu kimi, sərginin stendlərində maraqlı layihələr təqdim edilir. Bu səbəbdən də "Bakutel” Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsinin mühüm tədbirinə çevrilib və işgüzar əlaqələrin inkişafına öz töhfəsini verir.
Məsələn, İnnovasiyalar Agentliyi bütün regional startaplara Azərbaycanda öz şirkət nümayəndəliklərini qeydiyyatdan keçirməyə, yerli mütəxəssislərdən ibarət komanda formalaşdırmağa, məhsullarını adaptasiya etməyə və kommersiyalaşdırmağa dəstək verir. Agentlik regional investorları cəlb etmək üçün beynəlxalq ekspertlərin iştirakı ilə Fondlar Fondunun yaradılması üzərində iş aparır, beynəlxalq təcrübəni öyrənir.
İnnovasiyalar Agentliyi və "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid balaları üçün təşkil edilən təmənnasız STEM üzrə kursların iştirakçıları qazandıqları nailiyyətləri sərginin tamaşaçıları ilə bölüşüblər. Onlar hazırladıqları modelləri nümayiş etdiriblər.
Dövlət başçısı və birinci xanım sərgidə təmsil olunan digər ölkələrin stendlərinə də baxıblar. Prezident İlham Əliyev Belarus stendinin sahəsində bu ölkə ilə Azərbaycanın birgə buraxılışı olan markanı möhürləyib. Qeyd edək ki, builki "Bakutel”də Belarusun 6 şirkəti iştirak edir. Onlar İKT-nin ən son nailiyyətlərini nümayiş etdirirlər.
Sərgi iştirakçıları arasında eləcə də Türkiyə şirkətləri fəaliyyət göstərir. Onlar peyk, İT, informasiya təhlükəsizliyi ilə bağlı innovativ məhsullarını təqdim edirlər.
Rusiya Federasiyası tədbirdə Elm və Ali Təhsil Nazirliyinin elmi-tədqiqat institut və universitetlərinin layihələri, eləcə də ölkənin 2 şirkətinin məhsulları ilə təmsil olunur.
Tədbirdə İran İslam Respublikasının, ABŞ-ın, Xorvatiyanın, Fransanın, İtaliyanın, İsrailin və digər ölkələrin stendləri də tamaşaçılar tərəfindən maraqla qarşılanır. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva bu stendlərlə də yaxından tanış olublar. Onlara "ASAN ödəniş”, "ASAN Viza”, "ASAN Finans” sistemləri və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin idarə etdiyi digər layihələr haqqında geniş məlumat verilib.
Sərgi ziyarətçilərində vətəndaşlara qeydiyyat prinsipi olmadan xidmət göstərən DOST Mərkəzinin sosial sahədə innovativ yenilikləri də maraq doğurur. Hazırda DOST vətəndaşlara 132 xidmət göstərir. Bu ilin may ayında açılışı keçiriləndən bəri DOST-un "Çağrı mərkəzi” 2 mindən çox zəng qəbul edib.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya həm DOST, həm də Qafqazda ilk və yeganə peyk operatoru olan "Azərkosmos”un təqdim etdiyi telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri haqqında da məlumat verilib. Dövlət başçısı şoranlaşma ilə bağlı peyk vasitəsi ilə aparılan müşahidələrlə də tanış olub.
Təbii ki, "Bakutel”də müxtəlif robotlar da nümayiş etdirilir. Dövlət başçısı və birinci xanım robotların danışığına qulaq asıblar, rəqsinə tamaşa ediblər və pianoda ifasını dinləyiblər. Robotların bu "çıxış”ı tədbirin gedişinə daha bir xoş ovqat gətirib.
Flora SADIQLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!