09 Yanvar 2024 09:20
4128
İQTİSADİYYAT
A- A+
Bakının baş planı hazırdır

Bakının baş planı hazırdır

 

Bəs paytaxtın yeni nəqliyyat sistemi necə formalaşacaq?

 

Son illərdə Bakıda əhalinin çoxalması, iqtisadi artım nəticəsində bir sıra sahələrdə yaranan problemlər paytaxtın baş planının olmaması ilə əlaqələndirilirdi. Xüsusən də yol infrastrukturu ilə bağlı məsələlər, şəxsi avtomobillərin artması, ictimai nəqliyyatda mobilliyin təminatının zəif olması ilə əlaqədar yollarda yaranan tıxaclar, avtomobil sıxlığı Bakı sakinlərini ən çox narahat edən məsələlər idi. 
Buna görə də dövlət başçısının göstərişinə əsasən, aparıcı qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq şəhərin planlı və sistemli inkişafını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin baş planı hazırlandı və Nazirlər Kabineti tərəfindən təsdiq edildi.
Baş plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir.
Bakı şəhərinin əhalisinin 2040-cı ilə 3,17 milyon nəfər təşkil edəcəyi proqnozlaşdırılıb. Bu da əlavə çətinliklər yaradacaq. Odur ki, baş plan sonradan yaranan və yuxarıda sadaladığımız müəyyən problemlərin vaxtında həllini tapmasını şərtləndirir. 
Şəhərin küçə-yol şəbəkəsinin genişləndirilməsi, ictimai nəqliyyatın təkmilləşdirilməsi, şaxələndirilməsi, metro nəqliyyat sisteminin inkişafı prioritetlər arasında yer alır. Bu hədəflərin reallaşması üçün baş planda nəqliyyat məsələləri öz əksini tapıb. Belə ki, hazırda paytaxtın küçə-yol şəbəkəsi əsasən radial-həlqəvi nəqliyyat marşrutları üzrə təşkil edilsə də, gələcəkdə onların diaqonal marşrutlara çevrilməsi ilə məntiqi tamamlandırılması prinsipi əsas götürülərək paytaxtın yeni nəqliyyat planlaşdırılma sxemi hazırlanıb.

 

Xırdalan və "20 Yanvar" dairələrində tıxac problemi həll oluna bilər

 

2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirəcək yeni magistral avtomobil yolunun tikintisi planlaşdırılıb. Bundan başqa, "Xarici Dairəvi Yolu-Böyükşor-Ziya Bünyadov" həlqəvi marşrutunun, habelə "Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu" xarici həlqəvi yolunun, "Xırdalan-M1 avtomobil yolu-Digah-Zabrat-Hava Limanı" həlqəvi magistralın yaradılması nəzərdə tutulur.
Paytaxtın mərkəzi hissəsinin əlavə nəqliyyat yükündən qorunması məqsədilə isə "Mehdiabad-Dərnəgül-Ziya Bünyadov prospekti-Keşlə-Babək prospekti-"Ağ şəhər"-Nobel prospekti" yeni diaqonal nəqliyyat marşrutunun yaradılması da planlaşdırılır.
Paytaxt sakinlərinin ən çox tıxacda qaldığı, günün istənilən vaxtında avtomobil sıxlığının müşahidə olunduğu  Xırdalan və "20 Yanvar" dairələri ilə bağlı da yeniliklər var. Belə ki,"Bakı-Sumqayıt" şosesində, Xırdalan və "20 Yanvar" dairələrində nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması nəzərdə tutulur.
Baş planda bunlarla yanaşı, mövcud nəqliyyat tıxaclarının qarşısının alınması və paytaxtın küçə-yol şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə əlavə bir sıra zəruri tədbirlər də planlaşdırılır. Qeyd edilən tədbirlərin həyata keçirilməsi sayəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 2668 kilometrə çatdırılması gözlənilir. 

 

285 kilometr uzunluğunda velosiped zolaqları şəbəkəsi yaradılacaq

 

Son illərdə ekoloji təmiz şəhər naminə, atmosferin çirklənməsinin müəyyən qədər qarşısının alınması üçün, eyni zamanda insanların sağlamlıqları nəzərə alınaraq gündəlik istifadədə velosiped, e-skuter kimi nəqliyyat vasitələrindən istifadə edilməsi təşviq olunur.  Bir çox Avropa ölkəsində uzun illərdir ki, velosiped zolaqları salınıb və bu, getdikcə inkişaf etdirilir. Eyni zamanda son illərdə geniş istifadə olunan skuterlər üçün bəzi ölkələrdə ayrıca zolaqlar yaradılır, bəzilərində isə həmin istifadəçilərin velosiped yollarında hərəkətinə icazə verilir. 
Bakı şəhərinin baş planında da velosiped nəqliyyatının inkişafı və bu məqsədlə müvafiq infrastrukturun yaradılması planlaşdırılır. 2040-cı ilədək velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 kilometr təşkil edəcəyi planda əksini tapıb. 
Ekspertlər ictimai nəqliyyatın inkişafı ilə şəxsi minik avtomobillərindən istifadənin məhdudlaşdırılması fonunda paytaxtda tıxacların azalacağını qeyd edirlər. İctimai nəqliyyatın inkişafı və maneəsiz hərəkəti üçün isə avtobuslar üçün xüsusi xətlərin olması ən vacib məsələlərdən biridir. Baş plana əsasən, ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının 2040-cı ilədək ümumi uzunluğunun hazırkı 16 zolaq-km-dən 112,2 zolaq-km-ə qədər genişləndirilməsi nəzərdə tutulur.

 

Metro stansiyalarının sayı 46-ya çatdırılacaq

 

Həm sürət, həm də maneəsiz hərəkət baxımından yeraltı nəqliyyata üstünlük verən ölkələr çoxdur. Azərbaycanda da hər gün on minlərlə sərnişin metrodan istifadə edir. Bu gün Bakıda metropoliten xətlərinin uzunluğu 40,7 kilometrdir, 3 xətt üzrə stansiyaların sayı isə 27-dir. İctimai nəqliyyat sistemində aparıcı rola malik olan metro stansiyalarının sayının artırılması, paytaxtın müəyyən ərazilərinə xətlərin çəkilməsi qarşıda duran məsələlərdəndir.
Bu baxımdan metro nəqliyyatı sisteminin inkişafı ilə əlaqədar 2027-ci ilədək "28 May"-"Cəfər Cabbarlı" keçid stansiyasında yaşıl və qırmızı xətlərin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır. Dairəvi metro şəbəkəsinin tamamlanması, bənövşəyi xətt üzrə mövcud xətlərin uzadılması ilə "Ağ şəhər" və "Port Baku" ərazisinin xidmətə çıxışının təmin edilməsi, perspektivdə Xırdalan şəhərinə metro xəttinin çəkilməsi də nəzərdə tutulur.
"28 May" stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalmaqla, 2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğu 73,4 kilomterə, stansiyaların sayı isə 46-ya çatdırılacaq.

 

Heydər Əliyev Hava Limanına yeni dəmir yolu xətti çəkiləcək

 

Dəmir yolu şəbəkəsinə gəlincə isə baş plana əsasən, 2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 sərnişin stansiyasının yenidən qurulması, aktivləşdirilməsi və ya inşası, o cümlədən Biləcəri stansiyası ilə Bakı Dəmir Yolu Vağzalı arasında "Şimal-Cənub" istiqamətindəki dəhliz boyu 4 yeni stansiyanın tikintisi nəzərdə tutulur.
Lökbatan qəsəbəsindən keçən dəmir yolu infrastrukturunun yenidən qurulması və sərnişin stansiyası kimi xidmət göstərməsi, Lökbatandan Bakı Dəmir Yolu Vağzalına müntəzəm şəhərətrafı dəmir yolu reyslərinin açılması da planlaşdırılır.
Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndi və Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, habelə "Qaradağ-Güzdək", "Zabrat-Maştağa-Zağulba" dəmir yolu dəhlizlərinin və Qaradağ rayonu ərazisində 2 yeni dayanacaq məntəqəsinin yaradılması qərara alınıb.
Bunlarla yanaşı, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yeni dəmir yolunun çəkilməsi, aeroportdan Yeni Suraxanı və Binə qəsəbələrinə doğru uzanan yeni dəmir yolu xəttinin inşası, o cümlədən Hövsan dəmir yolu stansiyasının fəaliyyətinin bərpası, həmçinin yeni "Binəqədi-Mehdiabad-Fatmayi-Pirşağı" dəmir yolu dəhlizinin yaradılması planda əksini tapıb. 
Beləliklə, Bakı şəhəri üzrə dəmiryol şəbəkəsinin ümumi uzunluğunun 195,4 km-dən 338,6 km-ə, stansiyaların sayının isə 26-dan 54-ə çatdırılması nəzərdə tutulur.

 

"Tramvay-elektrik qatarı" sisteminin tətbiqi

 

Baş planda tramvay xətləri ilə bağlı məsələ də yer alıb. Qeyd olunub ki, hazırda şəhər ərazisində bir sıra istifadə olunmayan dəmiryol təhkim zolağı və istifadə olunmayan yük xətləri yenidən aktivləşdirilə və "tramvay-elektrik qatarı" sisteminin tətbiqində bu infrastruktur imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı infrastrukturun genişlənməsi imkanı yarana bilər. 
İctimai nəqliyyat sisteminin səmərəli fəaliyyətinin təmin edilməsi, o cümlədən artan tələbatın ödənilməsi, fərdi nəqliyyat vasitələrinin xüsusi çəkisinin azaldılması yalnız metro, metrobus, sürətli dəmir yolları və tramvay-elektrik qatarı sistemlərinin inteqrasiyası yolu ilə mümkün ola bilər. Buna baxmayaraq, gələcəkdə də fərdi minik avtomobillərinin nəqliyyat sistemində mühüm paya sahib olmasının davam edəcəyi proqnozlaşdırılır. Bu, eyni zamanda şəhərin küçə-yol şəbəkəsi sisteminin yenidən qurulmasını zəruri edir. Növbəti mərhələlərdə təkmilləşdirmə tədbirləri yalnız yolların genişləndirilməsi deyil, mövcud sistemlərdən səmərəli istifadəni də nəzərdə tutacaq. 
Son illərdə əhalinin ən çox istifadə etdiyi taksi xidmətləri ilə bağlı məsələlər də baş planda əksini tapıb. Məlumata görə, taksi nəqliyyatının sərnişindaşımada payı azalacaq. Bunun isə bir sıra səbəbləri var: ictimai nəqliyyatın keyfiyyət və kəmiyyətinin əhəmiyyətli dərəcədə artması, ictimai nəqliyyatın taksi nəqliyyatından daha ucuz qiymətə xidmət göstərməsi, fərdi avtomobillərin sayının artması.
Gələcəkdə fərdi minik avtomobillərinin əhəmiyyətli dərəcədə artacağı da proqnozlaşdırılır. Bu da təbii ki, ictimai nəqliyyatın üzərinə nə qədər yükü götürəcəyindən asılı olaraq dəyişəcək. İctimai nəqliyyatın bölgüdə daha yüksək paya sahib olması üçün baş planda məhdudlaşdırıcı parklama siyasətinin, şəhərin mərkəzinə daxil olan avtomobillər üçün ödənişlərin tətbiqinin, nəqliyyat vasitələri üçün ayrılmış yolların məhdudlaşdırılması ilə şəhərdaxili magistralların konservativ inkişafı mütləqdir.
Ümumiyyətlə, Bakı şəhərinin baş planının təsdiqi bəzi qurumların paytaxtda müəyyən problemlərin həlli istiqamətində atılacaq addımlar, görüləcək işlərlə bağlı gətirdiyi bəhanələrə son qoyması baxımından da böyük əhəmiyyətə malikdir. Sənəddə problemlərin, narazılıqların həllinə yönəlik hədəflər müəyyənləşdirilib. Geriyə işlərin icrası qalır. Zaman aidiyyəti qurumların uzun illər baş planın yoxluğu ilə əlaqələndirdiyi problemlərin həlli istiqamətində hansı işlər görəcəyini göstərəcək. 
Ümumilikdə "Küləklər şəhəri"nin yeni siması üçün atılacaq addımlar bütün Bakı sakinləri kimi bizim üçün də maraqlıdır. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!