Bakıda “Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq” mövzusunda “dəyirmi masa” keçirilib
İyulun 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Rusiyanın Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiasiyasının təşkilatçılığı ilə Bakıda “Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Həştərxan vilayəti ilə Azərbaycan arasında münasibətlərin dinamik inkişaf etdiyini deyib. Qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxan vilayətində bir sıra işgüzar, humanitar və sosial layihələr icra olunur. Bu ilin may ayında Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı işgüzar və dostluq münasibətlərinin potensialının genişlənməsinə imkan verir.
Hicran Hüseynova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan ilə Rusiya arasındakı əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr verirlər. Dostluğun möhkəmlənməsində və Həştərxan vilayətində müxtəlif layihələrin həyata keçməsində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın rolunu da xüsusi qeyd etmək lazımdır.
Azərbaycan cəmiyyətində qadınların rolundan bəhs edən komitə sədri qeyd edib ki, qadın ana kimi gələcək nəsli formalaşdırır. İnsanlığın necə olması qadının savadından, sosial statusundan asılıdır. Bu məsələ bizim ölkəmizdə hər zaman aktual olub. Məsələn, 1901-ci ildə bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb Bakıda yaradılıb. Həmçinin 1911-ci ildə Xədicə Əlibəyovanın redaktorluğu ilə ilk dəfə qadın mətbu orqanı yaradıldı. “İşıq” qəzeti qadınların hüquqlarının qorunması, onların maariflənməsi üçün bütün ziyalı vətəndaşları səfərbər etdi. 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilib.
Diqqətə çatdırılıb ki, gender siyasətinin gücləndirilməsi dövlət strategiyasının əsas istiqamətlərindən biridir. 1998-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə postsovet məkanında ilk dəfə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi təsis edilib. Prezident İlham Əliyevin fərmanı ilə 2006-cı ildə bu komitənin səlahiyyətləri genişlənərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Hicran Hüseynova bildirib ki, son illər ərzində qadın sahibkarlarının sayı 28 faizə qədər artıb. Onların arasında holdinq və böyük maliyyə kompaniyalarının rəhbərləri var. “Biz bu rəqəmlərin artırılmasında maraqlıyıq və ölkəmizdə qadın biznesinin inkişafı üçün böyük işlər görülür. Nümunə kimi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım, “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” layihələrini qeyd etmək olar”,- deyə komitə sədri vurğulayıb.
Həştərxan regionu “İşgüzar Qadınlar” Assosiasiyasının üzvü İrina Brıntseva deyib ki, Azərbaycanda sahibkar qadınların fəaliyyətləri bir çox dövlətlər üçün nümunədir. Azərbaycan ilə Rusiya arasındakı münasibətlərdən danışan İrina Brıntseva qeyd edib ki, Həştərxan vilayətini Azərbaycan ilə sıx dostluq əlaqələri birləşdirir. Azərbaycanda ölkənin inkişafı üçün böyük işlər görülür. Sosial məsələlərə böyük diqqət ayrılır, Azərbaycanın bu təcrübəsini gələcək inkişaf üçün öyrənmək olar.
AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, “Made in Azerbaijan” brendi altında bir çox tədbirlər keçiririk və bu tədbirlərdə sahibkar qadınlar fəal iştirak edirlər. Dövlətimiz tərəfindən qadın sahibkarlığının inkişafına yüksək qiymət verilir. Bu sahədə böyük islahatlar həyata keçirilir. Y.Abdullayev qeyd edib ki, iki ay bundan əvvəl Həştərxanda Azərbaycan Biznes Mərkəzi açılıb. Açılış çərçivəsində sərgi də təşkil edilib. Həmin sərgidə bir çox Azərbaycan şirkətlərinin məhsulları təqdim olunub.
Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva və digərləri çıxış edərək tədbirin məqsədindən danışıblar. Bildirilib ki, bu tədbirin məqsədi qadınlar arasında sahibkarlığın təşviqini təmin etməkdir.
Qeyd edilib ki, son illər ölkəmizdə bu istiqamətdə aparılan siyasət uğurlu nəticələr verir. Prezident İlham Əliyevin imzaladığı sənədlər, qəbul etdiyi qərarlar sahibkarlığın inkişafına böyük dəstək verir. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının inkişafına müsbət təsir göstərir.
Sonda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!