Bakıda Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı keçirilir YENİLƏNİB
Səhiyyə Nazirliyi və nazirliyin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) birgə təşkilatçılığı ilə aprelin 19-dan 21-dək Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, Milli Məclisin deputatları, Azərbaycan Tibb Universitetinin tələbələri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, tanınmış elm xadimləri və “ETKİ könüllüləri” iştirak edirlər. Birinci Türk Dövlətləri Kardioloji Qurultayına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Türkmənistan, Bosniya və Herseqovina, Şimali Kipr Türk Respublikasından kardiologiya sahəsində ixtisaslaşmış elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri qatılıblar.
Birinci Türk Dövlətləri Kardioloji Qurultayının rəsmi açılış mərasimi aprelin 20-də keçirilib. Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılışda Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxış edərək Qurulayın vacibliyini vurğulayıb: “Qardaş ölkələrin iştirakı ilə ilk dəfə təşkil olunan Birinci Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasındakı münasibətlərin yeni mərhələyə keçdiyinin və təşkilatın dayanıqlı platforma kimi artan nüfuzunun göstəricisidir”.
Onun sözlərinə görə, Qurultay təmsil olunan ölkələrin tibb mütəxəssisləri, eyni zamanda, digər ölkələrdə fəaliyyət göstərən türk əsilli peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır: “Qurultay kardiologiya sahəsində tibbin ən son yeniliklərinə dair məlumatlarla tanış olacağınıza və ölkə vətəndaşlarının sağlamlığının möhkəmləndirilməsinə yönəlmiş faydalı biliklər əldə edəcəyinizə zəmin yaradır”.
Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində respublikamızın suverenliyinin tam bərpa olduğunu vurğulayan Teymur Musayev azad olunan torpaqlarımızda qardaş Türk dövlətlərinin bərpa-quruculuq işlərində aktiv şəkildə iştirak etdiklərini qeyd edib.
Sonda Azərbaycanın səhiyyə naziri Qurultayın təşkilinin ənənə halını almasını və hər il bir ölkənin tədbirə ev sahibliyi etməsini təklif edib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxış edərək vurğulayıb ki, tarix boyu Türk xalqlarının ürəyi hər zaman bir-biri üçün döyünüb. Onun sözlərinə görə, beynəlxalq tədbir Türk Dünyasından olan kardiologiya mütəxəssislərini bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini artırmasına töhfəsini verəcək.
ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova çıxışında qeyd edib ki, Qurultayın proqramına yeni tibbi texnologiyaların və fundamental tibbin nailiyyətlərinin tətbiqinin praktiki aspektlərinə həsr olunan plenar və bölmə iclasları, orijinal tədqiqatın nəticələri, real klinik təcrübədən olan hallar əsasında klinik müzakirələr, debatlar və yeni klinik tövsiyələr daxildir.
Açılış mərasimində, həmçinin Türkiyənin ürək nəqli edən ilk qadın doktoru, professor Serap Aykut, Qazaxstan Respublikasının baş kardioloqu, prrofessor Maxabat Bekbosınova, Özbəkistan Səhiyyə Nazirliyinin baş kardioloqu Xurşid Fozilov və digərləri çıxış ediblər.
Qeyd edək ki, I Türk Dövlətləri Kardioloji Qurultayı çərçivəsində Azərbaycanda ilk dəfə kardiologiya üzrə kurslar təşkil edilib. “Ürək-damar xəsətliklərində kardiak görüntüləmə” kursu zamanı ürək-damar xəstəliklərinin diaqnostikasında MRT görüntüləmə, kardiak KT angioqrafiya kimi müasir üsulların səmərəliliyi və əhəmiyyəti interaktiv şəkildə müzakirə edilib. Xarici həkimlərin iştirakı ilə baş tutan “Ürək qapaq xəstəliklərində yeniliklər: transkateter aorta qapağı implantasiyası (TAVI)” adlı kursda qapaq xəstəliklərinin açıq cərrahi müdaxilə olmadan invaziv üsulla bərpası, transkateter aorta qapağının implantasiyası (TAVI simulyasiyası) nümayiş etdirilib.
Eyni zamanda, “Endovaskulyar anevrizmanin (EVAR) və torakal endovaskulyar anevrizmanın (TEVAR) bərpası və müalicəsi” kursunda bu əməliyyatlar barədə ətraflı məlumat verilərək, EVAR və TEVAR əməliyyatlarının simulyasiyası aparılıb. Həmçinin ilk dəfə keçirilən “Renal denervasiya” adlı kursda Rezistent hipertenziya (dərman müalicəsinə cavab verməyən davamlı yüksək təzyiqin müalicəsi üçün minimal invaziv bir prosedur) haqqında məlumat verilib.
Daha sonra Azərbaycan və Türk dövlətləri haqqında videoçarxlar nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.
Ümumilikdə, üç gün davam edən Qurultaya 1000-dən çox yerli və xarici mütəxəssislər qatılıb.
Qeyd edək ki, Birinci Türk Dövlətləri Kardioloji Qurultayı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 51 DTT kredit balı ilə qiymətləndirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qərbi Azərbaycan İcması Azərbaycan həqiqətlərini dünyaya çatdırır
03 May
Birbaşa dialoq yaxşı nəticə verir
03 May
Əbədiyaşar
03 May
Azərbaycanda vətəndaş cəmiyyətində qadınların rolu artır
03 May
Bakı qlobal problemlərin həlli mərkəzinə çevrilib
03 May
"Bakı Prosesi" mədəniyyətlərarası dialoqun vacib platformasıdır
03 May
110 ölkə, 700 mötəbər qonaq
03 May
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar v...
03 May
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin...
03 May
H.X.Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!