08 Fevral 2025 11:45
462
CƏMİYYƏT
A- A+
Bakıda Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu keçirilib

Bakıda Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu keçirilib


Fevralın 8-də “Azərkosmos”un Kosmik Akademiyasında Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”), “Nargis” Fondunun və Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi və “Uşaqlarımıza öyrədək” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə keçirilən forumda orta məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən “Uşaqlarımıza öyrədək” İB-nin sədri və təsisçisi Yusif Kərimli bildirib ki, forumun keçirilməsində əsas məqsəd gənclərə müxtəlif mövzularda, əsasən təbiət və dayanıqlılıqla bağlı fikirlərini sərbəst ifadə etmək, innovativ layihələrini və yaradıcı ideyalarını nümayiş etdirmək üçün platforma yaratmaqdır. “Tədbirdə gənclərin qlobal məsələləri paneldə müzakirə etməsi və sahələrində böyük təcrübəyə malik şəxslərdən dəyərli məsləhətlər alması üçün dinamik bir mühit yaradılacaq. Forumun əsas məqsədlərindən biri ideyaların mübadiləsi üçün platforma yaratmaqla yanaşı, iri şirkətlərlə gənclər arasında körpü qurmaqdır”, - deyə Yusif Kərimli əlavə edib.

Daha sonra İB-nin nümayəndəsi Səbinə Abışova “Uşaqlarımıza öyrədək” İB-nin yaradılması və fəaliyyəti barədə məlumat verib.

Sonra İB-nin fəaliyyətinə dair video təqdim olunub.

“Azərkosmos”un təhsil və tanıtım üzrə meneceri İmran Muxtarov iştirakçılara qurumun fəaliyyəti və Kosmik Akademiya barədə məlumat verib. “Bu təqdiredici təşəbbüsə görə sizi təbrik etmək istəyirəm. Əminəm ki, belə tədbirlər gənclərin kosmik biliklərinin genişləndirilməsi və marağının artırılması istiqamətində mühüm rol oynayacaq”, - deyə İ.Muxtarov bildirib.

Sonra İmran Muxtarov “Azərkosmos”un fəaliyyətinə dair təqdimatla çıxış edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!