Bakıda Azərbaycan-alman tibbi təlim kursu açılmışdır
Sentyabrın 29-da Azərbaycan Tibb Universitetində (ATU) birinci Azərbaycan-alman tibbi təlim kursu açılmışdır.
Azərbaycan Gənclər Fondunun (AGF) dəstəyi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, ATU və "İrəli" İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə keçirilən kursların açılış mərasimində ölkənin tibb elmi sahəsində tanınmış alimləri, Milli Məclisin deputatları, ictimai təşkilatların nümayəndələri və Almaniyadan gəlmiş mütəxəssislər iştirak etmişlər.
Mərasimdə çıxış edən ATU-nun prorektoru, Milli Məclisin deputatı, professor Rafiq Məmmədhəsənov Azərbaycan Tibb Universitetində mütəmadi olaraq beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirmişdir. Qeyd etmişdir ki, təhsilə, tibbin ayrı-ayrı sahələrinə aid seminarların, konfrans və konqreslərin təşkili yeni dərs ilinin ilk günlərindən daha da intensivləşmişdir. Belə tədbirlərin davamı olaraq təşkil edilən Azərbaycan-alman tibbi təlim kurslarının gənc təbiblərin inkişafında və onların müasir tibbin yenilikləri ilə bağlı məlumatlar əldə etmələrində böyük əhəmiyyəti vardır.
R.Məmmədhəsənov yeni layihənin Azərbaycan-Almaniya münasibətlərinin möhkəmlənməsinə və gənclərimizin inkişafına töhfə verəcəyinə əminliyini bildirmiş, təlim iştirakçılarına uğurlar arzulamışdır.
Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurban Müslümov layihə haqqında geniş məlumat vermişdir.
Bildirilmişdir ki, təlim kursları təbabətin ən aktual sahələrini - ümumi və laparoskopik cərrahiyyə, ginekologiya, anesteziologiya-reanimatologiya, radiologiya, endoskopiya və digər sahələri əhatə etməklə, ən müasir təlim modelləri üzərində xüsusi proqram əsasında həyata keçiriləcəkdir.
Təlimlər iki il əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin nəzdində təsis olunmuş Azərbaycan-Alman Tibbi Treninq Mərkəzi tərəfindən təmin ediləcəkdir. Kurslardan əksəriyyəti rezidentlər və tələbələr olmaqla 500-dək mütəxəssis yararlanacaqdır. Layihə çərçivəsində əməliyyat tibb bacıları üçün də xüsusi təlimlər keçiriləcəkdir.
Davamlı olaraq təşkili nəzərdə tutulan Azərbaycan-alman tibbi təlim kurslarında açıq və laparoskopik cərrahiyyə, ginekologiya, uronefrologiya, reanimatologiya, radiologiya və endoskopiya üzrə adi tibbi vərdişlərlə yanaşı, mürəkkəb cərrahi, invaziv, diaqnostik və digər müalicəvi texnikalar təcrübəli mütəxəssislər tərəfindən xüsusi simulyatorlar və heyvanların orqan və toxumaları üzərində iştirakçılara öyrədiləcəkdir.
Təlimləri Almaniyanın Haydelberq və Siegen universitet klinikalarından dəvət olunmuş mütəxəssislər aparacaqlar.
Tədbirdə ATU-nun tədris-terapevtik klinikasının direktoru, professor Surxay Musayev, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Jalə Əliyeva, Ceyhun Osmanlı, AGF-nin sektor müdiri Vaqif Seyidbəyli, "İrəli" İB-nin baş katibi Nərmin Məmmədova və başqaları təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan hər addımın xüsusi önəm daşıdığını vurğulamış, təlim kursunun işinə uğurlar arzulamışlar.
Tədbir çərçivəsində Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin Almaniyanın bəzi universitetləri ilə birgə planlaşdırdığı "Elmi-kliniki tədqiqatların müasir əsasları və istiqamətləri" layihəsinin təqdimatı keçirilmiş və növbəti kliniki tədqiqatlar layihəsinə start verilmişdir. Eyni zamanda, Azərbaycanda bu ildən başlayaraq ingilis dilində nəşr ediləcək Almaniya-Azərbaycan birgə tibb jurnalının təsis edilməsi barədə razılıq əldə olunmuşdur.
Azərbaycan-alman tibbi təlim kursları oktyabrın 2-dək davam edəcəkdir.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!