“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması məqsədi ilə təkliflər sorğusu elan edir
LOT - 1. Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması
Təkliflər sorğusu iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün prosedur iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır. Təkliflər sorğusunda iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. (Əlaqələndirici şəxs: Əhməd Məmmədov, 496-52-05)
İştirak haqqı - 2000.00 manat
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti
H/h: AZ22IBAZ38030019446253269215
VÖEN:1702563281
Kod: 805625
VÖEN: 9900001881
M/h:AZ03NABZ01350100000000002944
SWIFT-IBAZAZ2X
İştirak haqqı heç bir halda qeri qaytarılmır.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
2. Tender təklifinin qüvvədə olma müddəti zərflərin açılış tarixindən sonra azı 60 bank günü qüvvədə olmalıdır.
3. Tender təklifinin təminatı tender təklifinin qüvvədə olma müddətindən sonra azı 30 bank günü qüvvədə olmalıdır.
4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı.
5. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış.
6. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.
7. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti.
8. İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd.
9. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.
10. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd.
11. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.
12. İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə).
İxtisas uyğunluğu sənədləri:
a) Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi;
b) Malgöndərənin kadr imkanları;
c) Malgöndərənin texniki imkanları.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki təkliflər sorğusu sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar təkliflər sorğusu ilə bağlı sualları satınalan təşkilata ünvanlaya bilərlər. Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar öz təkliflərini Əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, ayrı-ayrı möhürlənib imzalanmış ikiqat zərflərdə 25 oktyabr 2021-ci il saat 12:00-dək Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev 17 ünvanına (əlaqələndirici şəxs: Əhməd Məmmədov, telefon: (012) 496-52-05) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 26 oktyabr 2021-ci il saat 12:00-da Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev 17 ünvanında açılacaqdır.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!