14 May 2025 00:51
2349
ELANLAR
A- A+
"Bakı-Pivə" ASC səhmdarlarının nəzərinə

"Bakı-Pivə" ASC səhmdarlarının nəzərinə


"Bakı-Pivə" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq nəzərinizə çatdırır ki, 30.06.2025-ci il tarixində saat 10:00-da AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi (Xırdalan), ev 1 ünvanında cəmiyyətin səhmdarlarının növbəti Ümumi yığıncağı (qiyabi səsvermə formasında) keçiriləcəkdir.

"Bakı-Pivə" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 6.6 və 6.7-ci maddəsinə uyğun olaraq səsvermənin qiyabi şəkildə keçirilməsi nəzərdə tutulmuşdur. Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilir:

1. Ümumi yığıncağın sədri və katibin seçilməsi.

2. Təftiş komissiyasının buraxılması və yeni üzvlərin seçilməsi.

3. Hesablama komissiyasının buraxılması və yeni üzvlərinin seçilməsi.

4. Cəmiyyətin Müşahidə Şurasının sədri və üzvlərinin seçilməsi.

5. 2023-cü və 2024-cü maliyyə ilinin nəticələrinə əsasən şirkətin hesabatlarının, şirkətin 2023-cü və 2024-cü il üçün balans hesabatlarının mənfəət və zərər hesabatlarının təsdiq edilməsi.

6. 2023-cü və 2024-cü maliyyə ilinin nəticələrinə əsasən dividendlərin ödənilməsi.

7. Cəmiyyətin balansında olan daşınmaz əmlakın yanı Abşeron ray., Xırdalan şəh., Şamaxı şosesi, (Xırdalan), ev 1 ünvanında yerləşən ofis binasının və istehsalat sahəsinin bazar dəyərinə (rəsmi qiymətləndirmə hesabatına əsasən) satılması.

Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səsvermə bülleteni 13.05.2025-ci il tarixindən etibarən hər bir səhmdara bildirişə əlavə olunmuş qoşma şəklində göndəriləcəkdir.

Hər bir səhmdar ümumi yığıncağın gündəliyində olan məsələyə münasibətini (bülleteni çap edərək müvafiq qaydada dolduraraq) dəqiq və şərtsiz bildirməklə (lehinə, əleyhinə, bitərəf) iştirak edə bilər (gündəlikdəki hər bir məsələyə ayrı-ayrılıqda münasibət bildirməklə) və imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilmək (notarial təsdiqli sənədin əsli əlavə edilməklə), həmçinin şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etmək şərti ilə qapalı zərfdə AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi (Xırdalan), ev 1 poçt ünvanına bülletenlərin qəbulu üçün nəzərdə tutulmuş son tarix olan 30.06.2025-ci il tarixədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilər. Bülletenlər, onların qəbulu üçün nəzərdə tutulmuş müddətdə və qaydada təqdim edilmiş, qiyabi şəkildə keçirilmiş Ümumi yığıncaqda iştirak etmiş hesab edilirlər.

Yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması, verilmiş səslərin sayılması növbəti ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir.


 "Bakı-Pivə" ASC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində ölənlər var

22:21
09 Mart

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

22:19
09 Mart

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə tanış olub

22:16
09 Mart

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub 

22:01
09 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:53
09 Mart

Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır

21:37
09 Mart

Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı

21:08
09 Mart

Misli Premyer Liqası: "Kəpəz" "Zirə"dən xal alıb

20:59
09 Mart

“JP Morgan”: ABŞ və İsrail Xarq adasını ələ keçirsə, neft böhranı dərinləşəcək

20:56
09 Mart

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

20:33
09 Mart

Prezident Ərdoğan: Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik  

20:25
09 Mart

Nazirlərdən ortaq mesaj: Qonşu ölkələrin suverenliyinə yönəlmiş hücumlar qəbuledilməzdir  

20:07
09 Mart

Bakı-Naxçıvan aviareysi üzrə təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına eniş edib 

19:53
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:50
09 Mart

Meksikanın İrandakı səfiri təxliyə olunub 

19:43
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!