23 Aprel 2024 03:51
874
ELANLAR
A- A+

"AzerGold" QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

 

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ilin yanvar-mart aylarında hasilat və satış əməliyyatlarını uğurla davam etdirib. 
QSC tərəfindən sözügedən dövr ərzində 11.5 min unsiya qızıl, 25.5 min unsiya gümüşün hasilatı həyata keçirilib. Bununla cari ilin ilk 3 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 2%, gümüş hasilatı planı isə 1% artıq icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qızıl hasilatında 58%, gümüş hasilatında 25% artıma nail olunub.
Həmçinin səhmdar cəmiyyət tərəfindən cari ilin 1-ci rübü ərzində 6.6 min unsiya qızıl, 23.7 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib və nəticədə ölkə iqtisadiyyatına 25.2 milyon manat vəsait cəlb edilib.
1 aprel 2024-cü il tarixinə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə olunmuş ümumi gəlir isə 1 milyard 213 milyon 911 min manata çatıb. Vəsaitin 1 milyard 158 milyon 829 min manatını ixrac gəlirləri, 55 milyon 82 min manatını isə daxili bazar satışlarından əldə edilmiş gəlirlər formalaşdırır.
Qeyd edək ki, "AzerGold" QSC tərəfindən cari il üzrə 70 min unsiya qızıl hasilatı və satışı planlaşdırılıb. Bu, ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 10%, satışda isə 3% daha artıq hədəfdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video