10 Iyul 2024 12:15
280
İQTİSADİYYAT
A- A+

“AzerGold”: dağ-mədən sənayesinin inkişafında yeni hədəflər

 

Milli dağ-mədən sənayesinin inkişafına davamlı töhfə verməyi qarşıya məqsəd qoyan “AzerGold” QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, ölkə ərazisində mövcud olan filiz, qeyri-filiz yataq və təzahürləri üzrə geoloji kəşfiyyat proqramının icrasına dəstək göstərir.

QSC-dən bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə icra olunan proqram 15409 kvadratkilometr ərazini əhatə edir. “AzerGold” QSC-nin tədqiqat sahəsi isə 6080 kvadratkilometrdir:

∙ Gəncə-Daşkəsən iqtisadi rayonunun cənub-qərb hissəsi;

∙ Şərqi Zəngəzur iqtisadi rayonunun şimal hissəsi;

∙ Naxçıvan Muxtar Respublikasının şimal-qərb hissəsi.

Proqram ən müasir yanaşmalar – hiperspektral və aeroelektromaqnetik tədqiqatlar vasitəsilə icra olunur. Bu tədqiqat üsulları perspektivli sahələrin qısa vaxtda müəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruqqazma işlərinə qənaət edilməsi, daha kiçik arealı əhatə edən, dəqiq koordinatlar üzrə aparılmasına imkan verir. Proqramın 2026-cı ilin sonunadək ilkin texniki-iqtisadi hesablamaların aparılması, yekunlaşdırılması nəzərdə tutulub. Tədqiqatların yekunu olaraq toplanmış geoloji məlumatlar yeni mədən layihələrinə yerli və xarici investorların cəlb edilməsinə imkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video