29 Iyun 2024 00:04
1842
ELANLAR
A- A+

Azercell abunəçilərinin nəzərinə!

 

Təqdim edilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və müştərilərə təklif olunan xidmətlərin optimallaşdırlması məqsədi ilə 30 iyul 2024-cü il tarixindən etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Tiktok internet paketi" və "Günlük Bölgə" kampaniyaları ləğv ediləcək. Həmin kampaniyalara qoşulmuş abunəçilər müvafiq kampaniya çərçivəsində təqdim edilən paketlərdən istifadə müddəti bitənədək istifadəyə davam edə biləcəklər.
30 iyul 2024-cü il tarixindən etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Duet Kart", "Əkiz Kart" və "Video Zəng" xidmətləri ləğv ediləcək.
"Duet Kart" və "Əkiz Kart" xidmətindən istifadə edən abunəçilər 30 iyul 2024-cü il tarixinədək Müştəri Xidmətlərinə yaxınlaşaraq ödənişsiz əsaslar ilə SIM kart dəyişikliyi əməliyyatını həyata keçirə bilərlər. 
Qeyd: Abunəçilər müxtəlif güzəştli danışıq, internet xidmətləri ilə də bağlı əlverişli istifadə şərtləri olan digər paketlərdən yararlana, həmçinin internet və danışıq dəqiqələrinin bir araya gəldiyi sərfəli tarif paketlərindən istifadə edə bilərlər. Abunəçilər göstərilən dəyişikliklər, tarif paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video