19 Oktyabr 2023 09:50
872
SİYASƏT
A- A+
Azərbaycanın yeni və parlaq erası 

Azərbaycanın yeni və parlaq erası 

 

Qarabağ və Şərqi Zəngəzurda da rahat, firavan, rifah içərisində yaşam başlayıb

 

"Necə də gözəl bir gündür. Siz mənə "Xoş gəlmisiniz!" deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə "Xoş gəlmisiniz!" deyəcəksiniz və bu gün gəldi". 
Prezident İlham Əliyevin oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi kimi, vaxtı ilə bir həyat nişanəsi belə tapmaq mümkün olmayan torpaqlarımız indi cənnətməkana çevrilib, yurdlarından, ev-eşiklərindən zorla didərgin salınan insanlarımız bu gün öz isti od-ocaqlarında əziz qonaqlarına sevinclə "Xoş gəlmisiniz" deyirlər. 
Artıq qayıdış karvanları ilə yurdlarına dönən ağalılılar, talışlılar, laçınlılar, füzulililər doğma torpaqda yeni və xoşbəxt həyata qədəm qoyublar və gün keçdikcə sakinlərinə qovuşan bəxtəvər diyarların sayı artır...  

 

O böyük gün gəldi

 

44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasından ötən üç ilə yaxın müddət ərzində Azərbaycan xalqı çox müstəsna hadisələrə şahidlik etdi, çox yeniliklərə imza atdı, çox qələbələr qazandı. Mübaliğəsiz deyə bilərik ki, xalqımız üçün ötən bu zamanın hər günü bayram ab-havasında, sevinclə keçdi. Təqvimlərimizdə yer alan qara dairəli işğal günləri yerlərini al-qırmızı haşiyəli bayram günlərinə verdi. Müharibə bitdi, Qarabağda suverenliyimiz bərpa olundu, bütün torpaqlarımızda müqəddəs bayrağımız dalğalandırıldı.
Vətən müharibəsindəki tarixi qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng bərpa və quruculuq işləri, Böyük qayıdış proqramının uğurla həyata keçirilməsi xalqımız adına qazanılan daha bir möhtəşəm zəfərdir. 
Düz bir qərinə bu günlərin həsrəti ilə yaşadıq, amma bir gün də olsa ürəyimizdə dədə-baba torpaqlarımıza qayıdış ümidi, inamı sönmədi. Yüz minlərlə keçmiş məcburi köçkün əmin idi ki, mütləq öz doğma yurdlarına qaytarılacaqlar. Çünki bu sözü onlara ürəkdən dəstəklədikləri, ətrafında sıx birləşdikləri qüdrətli Prezident İlham Əliyev vermişdi.  
Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümünü füzulililərlə birgə doğma yurdda qeyd edən qalib lider İlham Əliyev də çıxışında elə bu məqama toxundu: "Mənim yadımdadır, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz oxşayır".

 

Bütün şəhərlərimiz Füzuli kimi olacaq

 

Bu gün Qarabağ və Şərqi Zəngəzurda anbaan baş verən dəyişiklik, erməni barbarlığının izlərinin sürətlə silinməsi, viran qalan yurdlarımızda həyatın öz axarına düşməsi sayəsində dünya da bir daha Azərbaycanın qüdrətini, xalqımızın nələrə qadir olduğunu görür. Beynəlxalq aləm Prezident İlham Əliyevin şəxsi əzmi, qətiyyəti sayəsində tarixdə bənzərinə az rast gəlinən möhtəşəm işlərə imza atmasını heyrətlə izləyir. Təkcə onu nümunə gətirək ki, Tanrı Prezident İlham Əliyevin taleyinə yüzlərlə yaşayış məntəqəsinin - şəhərlərin, qəsəbələrin, kəndlərin yenidən bünövrəsini qoymaq kimi müstəsna qismət nəsib edib.  
"Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və orada bizim bütün layihələrimiz təqdim edilmişdir", - deyən İlham Əliyev Füzuli Şəhəri Günündə bir daha vurğuladı ki, beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib: "Yəni rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Bizim bütün şəhərlərimiz, bax Füzuli kimi olacaq".

 

Heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq

 

Füzuli şəhərinin işğaldan azad edilməsinin üçüncü ildönümünü füzulililərlə birgə qeyd edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Qarabağın qədim yurdundan bütün dünyaya erməni vəhşiliyinin sərhəd tanımadığını bəyan etdi: "Füzulinin timsalında, eyni zamanda bütün dünya, hətta bunu görmək istəməyənlər görürlər və görməlidirlər ki, erməni vəhşiliyi nədən ibarətdir". 
Prezident Füzulinin azad olunduğu zaman yaşanan mənzərəni bir daha xatırladaraq dedi: "Bir salamat bina tapa bilmədik ki, bayrağımızı qaldıraq, bir hərbi hissədən başqa: Onun da həyətində dirəkdə bayrağımızı ucaltdıq və buraya ilk dəfə gələndə, vallah, hər bir azərbaycanlı kimi adamın ürəyi ağrıyırdı, məəttəl qalırdı, dəhşətə gəlirdi insan ki, bu dərəcədə düşmənçiliyin mənbəyi nədir?! Axı biz ermənilərə nə etmişdik?! Biz onlarla yanbayan yaşamışdıq. Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər qurulmuşdu, infrastruktur yaradılmışdı. Sovet dövründə bütün bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülmüşdür".
Prezident vaxtilə ermənilərin torpaqlarımızı işğal etməsini, xalqımıza qarşı törətdiyi cinayət əməllərini gənc nəslimizin də mütləq bilməsinin əhəmiyyətini vurğuladı: "Biz onu bilməmişik o vaxt. Biz bir növ sadəlövh olmuşuq. Ona görə mən deyirəm, biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün bu məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb. İnanıb ki, bu gün gələcək, biz burada durub sizinlə bu bayram gününü qeyd edəcəyik".

 

"Qarabağ münaqişəsi mövzusu birdəfəlik bağlandı!"

 

Dövlətimizin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində işğaldan azad edilən torpaqlara mərhələli və sürətli qayıdış gerçəkləşdirilir.  
Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərə üç minə yaxın keçmiş məcburi köçkün qaytarılıb. İlin sonuna qədər isə 5300 şəxsin qayıdışı nəzərdə tutulub.
Ümumiyyətlə, Böyük qayıdış proqramının birinci mərhələsinin - 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. 
Böyükdən kiçiyə bütün keçmiş məcburi köçkünlərimizin hədsiz sevinclə yurdlarına qayıdıb burada xoşbəxt həyata başlaması isə həm də xarici məkrli qüvvələrə gözdağı, bu yerlərin əzəli və əbədi Azərbaycan torpağı olmasının mühüm mesajıdır. 
Prezident İlham Əliyev Füzulidən bir daha hər kəsə səslənərək artıq münaqişənin bitdiyini, separatizmin məhv edildiyini bəyan etdi: "…Bu mövzu bağlandı! Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir".
Müzəffər Ali Baş Komandan onu da vurğuladı ki, dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək. Bu gün onların ruhu şaddır ki, biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da, onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var.

 

Vətənə bağlı uşaqlar yetişdirin

 

Qalib, qüdrətli Azərbaycan tarixindəki ən qürurlu çağlarını yaşayır. Son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atan, misilsiz qələbələrə nail olan, torpaqlarını işğaldan azad edən, suverenliyini bərpa edən, yüz minlərlə vətəndaşını yurd həsrətindən qurtaran Azərbaycan daha işıqlı və parlaq sabahlara doğru inamla addımlayır. 
Heç şübhəsiz uşaqlarımızın, gənc nəslimizin vətənpərvər yetişdirilməsi  Azərbaycan adını daha da ucalara, zirvələrə qaldıracaq. 
Füzuli sakinləri ilə görüşündə səmimi hisslərini kövrələrək dilə gətirən Pezident İlham Əliyevin söylədiyi kimi: "...Uşaqlara yaxşı baxın, yetişdirin, vətənpərvər olsunlar, Vətənə bağlı olsunlar, bizim qəhrəmanlar kimi olsunlar, şöhrətimizi göylərə qaldırsınlar". 

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah respublika üzrə aprel ayının pensiyalarının ödənişi tam yekunlaşdırılacaq

13:43
20 Aprel

BMT: Qadınlar və kişilər üçün rəqəmsal texnologiyalara bərabər çıxış təmin edilməlidir 

13:29
20 Aprel

Media: İran müdafiə və raket proqramlarını ABŞ ilə müzakirə etmir

13:05
20 Aprel

İbrahim Əzizi: İran mənasız danışıqlara vaxt itirmək niyyətində deyil

13:03
20 Aprel

Qlobal qeyri-müəyyənlik şəraitində Azərbaycan iqtisadiyyatı: Neftdən asılılığın azaldılması və yeni fiskal prioritetlər  

13:02
20 Aprel

Ali Məclisin komitə iclasında 2 məsələ müzakirəyə çıxarılıb

13:02
20 Aprel

Şri-Lanka tərəfi Azərbaycanın humanitar yardımına görə minnətdarlığını bildirib

13:00
20 Aprel

Yaponiyada sunami xəbərdarlığı elan edilib

12:57
20 Aprel

Sabah yağış yağacaq, axşam tədricən kəsiləcək

12:56
20 Aprel

Orta Dəhlizin aktuallığı artıb

12:56
20 Aprel

Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib  

12:55
20 Aprel

BMT-nin sessiyasında Bakı-Banqkok Bəyannaməsi qəbul edilib

12:53
20 Aprel

Komitə sədri: Dünya azərbaycanlıları müxtəlif beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər  

12:49
20 Aprel

ABŞ, Yaponiya və digər ölkələrin 17 mindən çox hərbçisi Filippində təlimlərə başlayıb

12:19
20 Aprel

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  

12:17
20 Aprel

Bolqarıstanda parlament seçkilərinin ilkin rəsmi nəticələri açıqlanıb  

11:37
20 Aprel

Rusiyanın Tuapse limanına dron hücumu nəticəsində bir nəfər ölüb

11:36
20 Aprel

Həftəsonu 85 cinayətin açılması təmin olunub

11:34
20 Aprel

Premyer Liqada son 10 mövsümün rekordu  

11:32
20 Aprel

"Zirə” Premyer Liqada 100-cü dəfə heç-heçə edib

11:30
20 Aprel

İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal dövlətin intellektuallaşdırılması problemləri tədqiq olunur

11:26
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!