13 Fevral 2024 10:10
806
CƏMİYYƏT
A- A+
Azərbaycanın səmasını qorumağa qadir olan Hərbi Hava Qüvvələri

Azərbaycanın səmasını qorumağa qadir olan Hərbi Hava Qüvvələri

 

Dünyanın bütün ölkə ordularının tərkibində Hərbi Hava Qüvvələri də mövcuddur. Çünki bu, böyük əhəmiyyət kəsb edən xüsusi bir qoşun növüdür. Ona görə də dünya ordularını döyüşdə misilsiz önəm daşıyan Hərbi Hava Qüvvələrsiz təsəvvür etmək mümkün deyil. Bu qoşun növü müharibədə üstünlük qazanmaq, döyüşlərdə dönüş yaratmaq, düşmənə qalib gəlmək üçün əvəzsiz bir qüvvədir. 
Piyadalar hücuma keçməzdən əvvəl Hərbi Hava Qüvvələri işğalçıların havadakı və yerdəki hədəflərini dəqiq atəş zərbələri ilə zərərsizləşdirməklə qələbəni təmin edir. Hərbi Hava Qüvvələrinin ən başlıca vəzifəsi isə ölkənin hava məkanını düşmən hücumlarından qorumaqdır. Hərbi Hava Qüvvələri yeganə qoşun növüdür ki, onun şəxsi heyəti həm dinc, həm də müharibə dövründə döyüş tapşırığını yerinə yetirir. Gecə-gündüz ölkəsinin səmasına ayıq-sayıq keşik çəkir.
Həmişə zəfərləri ilə öyündüyümüz Azərbaycan Ordusunun da tərkibində səmamızı düşmənlərdən ayıq-sayıq qoruyan Hərbi Hava Qüvvələri var. Bu qoşun növündə xidmət edən zabit və əsgərlər həm Birinci, həm İkinci Qarabağ müharibəsində, həm də Aprel döyüşlərində böyük qəhrəmanlıqlar göstəriblər. Onlar əməliyyatlar zamanı dəqiq atəş zərbələri ilə erməni işğalçılarının havadakı və yerdəki hədəflərini məhv ediblər. 
Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələri (HHQ) 14 fevral 1992-ci ildə yaradılıb. Həmin tarix Azərbaycanda Hərbi Hava Qüvvələri Günü kimi təntənə ilə qeyd olunur. 32 il ərzində Hərbi Hava Qüvvələri böyük inkişaf və şərəfli döyüş yolu keçib. Ötən müddət ərzində bu qoşun növünün yeni hərbi hissə və birləşmələri yaradılıb, ən müasir texnologiya və silahlarla təmin olunub. 
Ölkəmizdə hərbi təyyarəçiliyin tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbovdur. O, Birinci Dünya müharibəsində böyük qəhrəmanlıq göstərib. Almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib. Təəssüflər olsun ki, döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Birinci və İkinci Qarabağ müharibələrində və Aprel döyüşlərində pilotlarımız Fərrux ağa Qayıbovun döyüş yolunu şərəflə davam etdirdilər. 
Hərbi Hava Qüvvələrinin pilotları, əsasən, Heydər Əliyev adına Hərbi İnstitutda hazırlanır. Ali təhsillərini başa vurduqdan sonra təyyarəçilərimiz Türkiyədə və başqa ölkələrdə müvafiq ixtisasartırma kurslarında oxuyur və təlimlərdə iştirak edirlər. Daim bilik və bacarıqlarını artırırlar. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbində ilk milli hərbi təyyarəçilərimizin buraxılışı olub.
Yarandığı ilk günlərdən Hərbi Hava Qüvvələrinin yenidən qurulması üçün dövlət tərəfindən uğurlara ünvanlanmış islahatlar həyata keçirilməyə başlanıb. İlk addım olaraq ölkə üçün mühüm əhəmiyyət daşıyan bu qurumun strukturu milliləşdirilib. Atəşkəs elan olunduqdan, silahlar susduqdan sonra Azərbaycan Ordusunun başqa strukturlarında olduğu kimi, Hərbi Hava Qüvvələrində də köklü islahatlara start verilib. 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ-nin dirçəldilməsinə, inkişaf etdirilməsinə yönləndirilib.  Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində ölkə ərazisindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda bu aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib, köhnə binalar təmir edilib. Aerodromun texniki təminatı, paraşüt-desant xidməti və əyləc paraşütlərinin yığılması binalarının inşasına başlanılıb. 
Birinci Qarabağ müharibəsində olduğu kimi, Aprel döyüşlərində də Hərbi Hava Qüvvələrinin pilotları böyük igidlik və qəhrəmanlıqlar göstərərək düşmənə sarsıdıcı zərbələr endirdilər. Quru qoşunlarının irəliləməsi üçün əlverişli şərait yaratdılar. Təəssüflər olsun ki, əməliyyat zamanı döyüş tapşırığını yerinə yetirən Mi-24 helikopterin üç pilotu - Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə qəhrəmancasına şəhid oldular. 
27 sentyabr 2020-ci ildə ermənilərin təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Azərbaycan Ordusunun zabit və əsgərləri Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmri ilə düşmən təxribatının qarşısını almaq üçün döyüşə atıldılar. Sürətli və hərtərəfli düşünülmüş əks-hücum əməliyyatı ilə erməni işğalçıları illərdən bəri möhkəmləndikləri mövqelərdən geri oturduldu. 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Qarabağın, eləcə də başqa bölgələrimizin işğaldan azad olunması ilə yekunlaşan müharibədə Hərbi Hava Qüvvələrinin təyyarəçiləri ölkəmizin ərazi bütövlüyünün qorunmasında böyük şücaət və qəhrəmanlıq nümunələri göstərdilər. 
Hərbi Hava Qüvvələri pilotlarının təcrübə və peşəkarlıqlarının artırılması istiqamətində bu gün də çox mühüm addımlar atılır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq hər iki ölkənin quru qoşunları ilə yanaşı, Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. "TurAz Qartalı" birgə taktiki-uçuş təlimləri və  "Mustafa Kamal Atatürk - 2023" və başqa təlimlərdə iştirak edən təyyarəçilərimizin təcrübə və səriştəsi getdikcə artır. Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəçiləri MDB məkanında ən çox uçuş keçirmiş pilotlar hesab olunur. Bu, hər bir azərbaycanlı üçün çox qürurverici və sevindirici xəbərdir. 
Hərbi Hava Qüvvələrində başlanan islahatlar uğurla davam etdirilir. Bu gün ən müasir təyyarə və helikopterlərlə,  müasir texnologiya ilə arsenalını zənginləşdirən Hərbi Hava Qüvvələri Azərbaycan səmasını tam gücü ilə qorumağa hazır və qadirdir. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!