Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qazaxıstanda keçirilən növbəti zirvə görüşündə iştirakı son dövrlərin ən mühüm yeniliklərindəndir. Səfər çərçivəsində dövlətimizin başçısının Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan prezidentləri ilə görüşləri olub, bu ölkələrlə Azərbaycan arasındakı münasibətlərə dair bir çox strateji məsələlər müzakirə edilib.
Azərbaycan adını çəkdiyimiz ölkələrin hər biri ilə getdikcə inkişaf edən xoş münasibətlərə malikdir. Bu əlaqələrdə Azərbaycan Prezidentinin liderlik xüsusiyyətlərinin, beynəlxalq aləmdə ona olan dərin rəğbətin, cənab İlham Əliyev şəxsiyyətinə inam və güvənin, təbii ki, çox böyük rolu var. Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları ilə keçirilən görüşlər də Azərbaycan Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri arasında qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli münasibətlərin daha bir göstəricisi oldu.
Əməkdaşlığa doğru addımlar
Bu qurumun əsas məqsədi ölkələr arasında mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılmasıdır.
Şanxay Əməkdaşlıq Təşkilatı 15 iyun 2001-ci ildə yaradılıb. Quruma üzv dövlətlər Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistandır. Əfqanistan, İran, Monqolustan və Belarus təşkilatda müşahidəçilər kimi təmsil olunurlar. Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka isə Şanxay Əməkdaşlıq Təşkilatında "Dialoq üzrə tərəfdaş" ölkələrdir.
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında fəal təmsilçiliyi daha çox 2015-ci ildən başlanıb. 2015-ci ildə təşkilata üzv dövlətlərin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusunun verilməsi ilə bağlı qərar qəbul edilib. 2016-cı ildə isə Pekində Azərbaycana "Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı" statusunun verilməsi haqqında memorandum imzalanıb. 2022-ci ildə isə qurumun Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev fəxri qonaq statusunda iştirak edib.
Qazaxıstanda keçirilən zirvə görüşünü də nəzərə alsaq, Azərbaycanın dövlət rəhbəri artıq ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə toplantısına dəvət olunur. Bu, təbii ki, Azərbaycanla təşkilat arasındakı əlaqələrin güclənməsinin, ölkəmizin qlobal önəminin hər cəhətdən artmasının, eyni zamanda təşkilata üzv ölkələrlə ikitərəfli əlaqələrimizin getdikcə inkişafının təzahürüdür. Siyasi, iqtisadi, xüsusilə nəqliyyat, kommunikasiya, enerji və digər istiqamətlərdə genişlənən əməkdaşlıqlar, bütün bunların qarşılıqlı faydaları Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanla münasibətlərin daha da inkişafına olan böyük marağı şərtləndirir.
Yeni reallıqların mərkəzindəki lider ölkə
Bu gün Azərbaycan böyük bir coğrafiyadakı yeni reallıqların mərkəzində irəliləyən lider ölkələrdəndir. Dövlətimizin beynəlxalq arenada nüfuzu getdikcə artır. Qlobal proseslərdə respublikamızın mövqeləri möhkəmlənir. Bu, təbii ki, zəmanəsinin ən parlaq liderlər kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, verdiyi doğru qərarların sayəsindədir.
Hazırda ölkəmiz iştirak etdiyi qlobal kommunikasiya layihələri ilə, qurduğu müasir infrastrukturla Avrasiya məkanında əsas tranzit qovşağına çevrilir. Belə faktorlar ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı üçün əhəmiyyətini daha da artıran əsas səbəblərdəndir. Öz növbəsində, Azərbaycan da qlobal məkanda həm təhlükəsizlik, həm iqtisadi inkişaf cəhətdən rolu güclənən Şanxay Əməkdaşlıq Təşkilatı ilə daha sıx əlaqələrdə maraqlıdır. Dövlətimiz bu təşkilatla əməkdaşlıq çərçivəsində "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri üzrə tarixi nailiyyətlər yaradır. Nəzərə alaq ki, Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu məhz Azərbaycanın sərmayələri hesabına başa gəlib.
Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatının münasibətlərini uğurlu edən ən mühüm cəhətlərdən biri budur ki, bu əməkdaşlıqlar hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir. İqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizmlə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatələyir. Bu məsələlərin hər biri Azərbaycanın həyata keçirdiyi dövlət siyasətinin mühüm prioritetlərindəndir.
Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatında bir araya gələn dövlətlərin hər biri ilə ayrı-ayrılıqda yüksək səviyyəliikitərəfli münasibətlərə malik olması, bu ölkələrin dövlətimizə inam və etimadı əməkdaşlığın inkişafını şərtləndirir, münasibətlərə öz töhfəsini verir, Azərbaycanın regional güc kimi dəstək qazanmasına imkan yaradır.
Mühüm platforma
Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq səviyyədə ölkəmizin səsinin eşidilməsi, mövqeyinin çatdırılması üçün bütün mümkün platformalardan məharətlə istifadə edir. Şanxay Əməkdaşlıq Təşkilatı da bu platformaların ən vaciblərindəndir. Dövlətimizin başçısının zirvə görüşlərində iştirakı və etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasına xidmət göstərir.
Azərbaycan Prezidenti Astanada "ŞƏT plyus" formatında keçirilmiş görüşdəki çıxışında ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyinin tam bərpa olunmasını da xüsusi vurğuladı və dedi: "Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi".
Görüşdə bu il ölkəmizdə keçiriləcək COP29-a hazırlıq kontekstində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq məsələlərinin önəmi də qeyd olundu. Azərbaycan Prezidenti bu məsələyə də münasibətini bildirdi: "Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a evsahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.
Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib".
Görüşdə o da vurğulandı ki, Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Ölkəmiz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsi, Gənclər Təşkilatı təsis edildi, habelə Qadın Platformasının da əsası qoyuldu.
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq əlaqələrinin inkişafında Heydər Əliyev Fondunun, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələrin isə özünəməxsus rolu var. Belə ki, fondun təşkilatçılığı ilə Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qərargahında 2018-ci ildə Azərbaycan mədəniyyəti günü, 2021-ci ildə isə görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qərargahda Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətə çatdıraq ki, Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir. Bu da təşkilatın Azərbaycana verdiyi dəyərin, ölkəmizlə ən müxtəlif müstəvilərdə, o cümlədən mədəniyyət diplomatiyası işığında əlaqələrin inkişafına yüksək marağının daha bir göstəricisidir. Bu baxımdan, Astana zirvə görüşü Azərbaycanın bu təşkilatla əməkdaşlığını yeni səviyyəyə yüksəltməklə gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürü olmaqla bir daha göstərir ki, respublikamız təkcə regional deyil, qlobal səviyyədə siyasət yürüdən ölkədir, müasir dünyamızın qlobal aktorlarından biridir və dünyanın aparıcı dövlətləri Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlıdır.
İradə ƏLİYEVA,
"Azərbaycan"
Meksikada narkokartelin 19 üzvü öldürüldü
ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı
Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq
Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib
BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub
Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb
Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq
Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq
Ukraynanın baş prokuroru istefa verdi
Xavi "Mançester Yunayted"də?
Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq
Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq
Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”
BMT-nin baş katibi BRİCS sammitinə getdi
Paşinyan BRİKS sammitində iştirak edəcək
Baydendən hərbi xərclərlə bağlı açıqlama
Braziliyada qırıcı qəzaya uğradı
Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK
DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!