Azərbaycanda miqrasiyanın saldosu müsbət olaraq qalır
Nikahların sayı artıb, boşanma və ölüm halları azalıb
Hər bir ölkənin demoqrafiyasını əks etdirən təkcə doğumun, təbii artımın səviyyəsi deyil. Ölüm hallarının, nikahların, boşanmaların çoxalması, yaxud azalması, miqrasiyanın vəziyyəti və s. də demoqrafiyanı şərtləndirən əsas amillərdir. Bu il iyul ayının 1-i vəziyyətinə Azərbaycanda əhalinin sayı 9 milyon 936 min 134 nəfər olub. İlin birinci yarısında ölkədə 66 min 166 uşaq dünyaya göz açıb. Beləliklə, hazırda respublika əhalisinin sayı 10 milyona yaxınlaşır. Digər demoqrafik göstəricilərimiz necədir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, yarım ildə həyatdan köçənlərin sayı 29 min 292 nəfər olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 185 nəfər azdır. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ölümün əmsalı da 6,1-dən 6-ya enib. Xatırladaq ki, keçən il ölkədə dünyasını dəyişənlərin sayı ondan əvvəlki ilə nisbətən 461 nəfər çox olmuşdu.
Ölüm hallarının azalması mühüm demoqrafik göstəricilərdən biridir və cari ilin birinci yarısında vəziyyətin keçən ilkinə nisbətən müsbətə doğru xeyli dəyişməsi ürəkaçandır. Azərbaycan dövlətinin insanların sağlamlığına, sosial rifahına yönəltdiyi ardıcıl tədbirlərin özünü əyani göstərdiyi nəticələrdən biri də məhz budur.
Ölkədə insanların sağlamlığına böyük diqqət ayrılır. Son illərdə tibb müəssisələrinin şəbəkəsinin daha da genişləndirilməsi, xəstəxanaların ən müasir tibbi cihaz və avadanlıqlarla təchiz edilməsi əhalinin sağlamlığını möhkəmləndirən əsas səbəblərdən biridir. Bir sıra rayonlarda müalicə-diaqnostika mərkəzləri fəaliyyət göstərir ki, bu da əhalinin vaxtında öz səhhətinin qayğısına qalmasına şərait yaradır. Həmin bölgələrdə və ətraf yaşayış məntəqələrində məskunlaşan insanların vaxt itirib, vəsait xərcləyib paytaxta gəlmələrinə, yaxud digər ölkələrə üz tutmalarına artıq ehtiyac qalmır.
Ölüm hallarının qarşısını alan faktorlardan biri də sosial rifahdır. Son illərdə pensiyaların və müavinətlərin artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması insanlarin sağlamlığına və ömür uzunluğuna yönəldilir.
2017-ci ilin yekunlarına görə, Azərbaycanda gözlənilən orta ömür uzunluğu 75,4, o cümlədən kişilərdə 73,1, qadınlarda 77,8 yaş olub. Azərbaycan həmin göstəriciyə görə də bir sıra ölkələrdən irəlidədir ki, bu da dövlətin insana, onun maddi-mənəvi vəziyyətinə göstərilən qayğıdan qaynaqlanır. Bəlkə də dünyada ikinci belə bir ölkə yoxdur ki, onun bütün vətəndaşları dövlət başçısının tapşırığına əsasən hər il pulsuz tibbi müayinədən keçirilir.
Ömrü uzadan əsas səbəblərdən biri də insanların bir-birinə xoş münasibəti, qayğısıdır. Bunlar isə Azərbaycan ailəsinin ən ümdə xüsusiyyətləridir. Övladların, nəvələrin hərtərəfli qayğısı, sevgi və nəvazişi yaşlıların yaşının üstünə yaş gətirir. Qohum-əqrəbanın, dost-tanışın bir-birinə dəstəyi, şad gündə sevincə şərik çıxmaq, dar gündə dərdi bölüşmək xüsusiyyətləri xalqımızın nümayəndələrini stresslərdən, bədbinlikdən qoruyan mühüm şərtlərdir.
Keçən ilə nisbətən demoqrafiyamızın mənzərəsində ürəkaçan bir hal da boşanmaların sayının azalmasıdır. Əgər 2016-cı ilə nisbətən 2017-ci ildə boşanmaların sayının artımı 1400 olmuşdursa, bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə onların sayı azalmışdır. Belə ki, cari ilin əvvəlindən 7219 boşanma halı baş vermişdir. Keçən ilin birinci yarısında isə onların sayı 7287 idi. Bu faktın özü də göstərir ki, Azərbaycan ailəsi dünyanın ən yaxşı ailə modellərindən biri olaraq qalır. Xalqımızın milli-mənəvi dəyərləri həmişə üstün tutması, onları əziz bir əmanət kimi qoruyub saxlaması və dövlətimizin ailəyə qayğısı, onun möhkəmlənməsinə önəm verməsi Azərbaycan ailəsinin bundan sonra da xoşbəxt və hamıya nümunə olmasına xidmət edir.
Qeyd edək ki, hazırda ilk dəfə nikaha girən gənclərin orta yaşı qadınlar arasında 24,2, kişilər arasında 28,8-dir. Bu, cavanların ailə qurarkən tələsmədiklərini, düşünüb-daşındıqlarını göstərir, təhsil aldıqdan, peşə, sənət qazandıqdan, məşğulluq problemini həll etdikdən sonra nikaha girmək qərarına gəldiklərinə dəlalət edir.
Sevindirici haldır ki, bu ilin birinci yarısında nikahların da sayı artıb. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə qurulan ailələrin əmsalı 5,6-dan 5,7-yə çatıb.
Hazırda Azərbaycanda miqrasiyanın da saldosu müsbətdir. Ölkəyə daimi yaşamağa gələnlərin sayı buradan birdəfəlik köçüb gedənlərin sayını üstələyir. Bu ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana 1859 nəfərin daimi yaşamağa gəldiyini qeydə alıblar. Həmin dövrdə ölkəni 684 nəfər biryolluq tərk edib. Beləliklə, Azərbaycanı daimi yaşayış yeri seçənlərin sayı buradan köçüb gedənlərdən üç dəfəyə qədər çoxdur. Bu da öz növbəsində göstərir ki, Azərbaycanda yaşamaq və işləmək xoşdur. İnsanlar üçün yaradılan bu şərait dövlətin məqsədyönlü sosial-iqtisadi siyasətinə, aparılan düzgün islahatlara, bütün regionların tarazlı şəkildə inkişafına, ən başlıcası, vətəndaşın maraqlarının yüksək qiymətləndirilməsinə əsaslanır.
Flora SADIQLI,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!