29 Yanvar 2020 01:01
1690
Mədəniyyət
A- A+
Azərbaycanda landşaft planlaşdırılmasının banisi

Azərbaycanda landşaft planlaşdırılmasının banisi


Görkəmli elm xadimi, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun yüksək analitik təfəkkürü, təşkilatçılıq istedadı, yeniliklərə olan hədsiz marağı onun coğrafiya elmi, o cümlədən Xəzər dənizinin tədqiqi sahəsində kifayət qədər sanballı və dəyərli elmi nəticələrin əldə etməsinə imkan vermişdir. Bu cəhətdən R.Məmmədovun landşaft planlaşdırılması istiqamətində apardığı elmi-tədqiqat işlərinin Azərbaycanda coğrafiya elminin nəzəri və praktiki əhəmiyyətinin artmasında rolu böyük olmuşdur.

Landşaft planlaşdırılması ərazinin ekoloji tarazlığının mühafizə edilməsi əsasında torpaqlardan istifadənin mümkün qədər balanslaşdırılmış, inteqrasiya edilmiş tövsiyələr sisteminin hazırlanmasıdır. Bu çətin və məsuliyyətli tədbirlər sisteminin hazırlanması mövcud coğrafi informasiya sistemləri bazasına əsaslanmaqla insanların sağlam və məhsuldar həyat fəaliyyətinə xidmət etməli və ərazi vahidinin davamlı inkişafının təminatçısı olmalıdır.

Görkəmli alimin landşaft planlaşdırılmasına aid ilk kitabı "Azərbaycanda landşaft planlaşdırılması (ilk təcrübə və tətbiq)” (Tbilisi, 2008) adlanırdı. Kitaba ad təsadüfən seçilməmişdi. Doğurdan da landşaft planlaşdırılması Azərbaycan coğrafiya elmi üçün təbii sistemlərə yanaşmanın daha mütərəqqi və praktiki əhəmiyyət kəsb edən sahəsi olmuşdur. Bu dövrə qədər Sovetlər İttifaqının coğrafiya elmində ətraf mühitin optimallaşdırılmasına aid kifayət qədər sanballı elmi-tədqiqat işləri həyata keçirilmişdi. Lakin optimallaşdırma əsasən insan tərəfindən dəyişdirilmiş və ya yenidən qurulmuş landşaftlar üçün tətbiq edilirdi. Landşaft planlaşdırılması isə əsasən landşaftların təbii əsasına istinad etməklə həyata keçirilirdi. Bu mənada landşaft planlaşdırılması optimallaşmadan nəzəri metodoloji yanaşma baxımından fərqlənirdi. Hər bir landşaft orijinal və təkrarolunmazdır. Bu mənada landşaft planlaşdırılması aparılarkən Azərbaycan landşaftlarının özünəməxsus xüsusiyyətləri, o cümlədən onlar üçün səciyyəvi olan ekoloji və sosial-iqtisadi problemlər də nəzərə alınmalıdır. Akademik Avropada istifadə olunan landşaft planlaşdırılması təcrübəsini Azərbaycan ərazisinə uyğunlaşdıraraq tətbiq etmişdir.

R.Məmmədov landşaft planlaşdırılmasını izah edərkən "nədir” və "nəyi öyrənir” suallarını çox qabarıq şəkildə önə çıxarır və bunlara sanballı və aydın cavablar verir: birinci, ətraf mühitin və komplekslərin müasir vəziyyəti, əhəmiyyəti və həssaslığı haqqında informasiyanın sistemləşdirilməsi və təhlilidir; ikinci, ərazinin geosiyasi vəziyyətinin, torpaqlardan istifadənin perspektivləri və beynəlxalq standartlara uyğun olaraq qoyulmuş tələblərə adaptasiyanın qiymətləndirilməsidir; üçüncü, idarəetmənin ayrı-ayrı səviyyələrində qərarlar qəbul edən təşkilatları və siyasətçiləri birləşdirən vasitədir; dördüncü, proseslərə ictimaiyyətin geniş şəkildə cəlb olunmasını təmin edir və əldə olunmuş məlumatların əlçatanlığına şərait yaradır; beşinci, resurslardan və təbii komplekslərdən istifadənin optimal variantının tapılmasına imkan yaradır; altıncı, investorlara layihələrə qoyulmuş tələbləri nəzərə almağa, onun icrasının məqsədəuyğunluğu barədə düzgün və vaxtında qərar qəbul etməyə imkan yaratmaqla regiona investisiya marağının artmasına kömək edir. Müəllif tərəfindən ümumiləşdirilmiş və sıralanmış cavablar landşaft planlaşdırılmasının mahiyyətini kifayət qədər dəqiqliklə izah edir.

Bir sıra ölkələrdə landşaft planlaşdırılması təbii-iqtisadi qiymətləndirmənin aparılması ilə müəyyən edilmişdir. Yüksək iqtisadi səmərəliyə və ekoloji cəhətdən təhlükəsizliyə çatmaq üçün təbii-təsərrüfat sistemlərinin inkişaf etdirilməsində əsasən texnogen metod və texnologiyaların tətbiqi daha çox vəsait tələb etsə də, lazımi nəticəni əldə etmək çətin olur. Məhz buna görə də bəzi ölkələrdə insanların təsərrüfat fəaliyyətinə, xüsusilə təbiətin qorunmasına əsaslanan landşaft-ekoloji ərazi planlaşdırılmasına geniş yer verilir.

Akademik R.Məmmədov landşaft planlaşdırılmasının nəzəri və metodoloji məsələlərini izah edərkən onun həyata keçirilməsini yeddi mərhələyə ayırır:

1. problemin aydınlaşdırılması; 2. təsvir və qiymətləndirmə; 3. məqsədli konsepsiya; 4. fəaliyyət proqramı; 5. plan;

6. reallaşdırma; 7. nəticələrin qiymətləndirilməsi və dəqiqləşdirilməsi. Bu mərhələlərin həyata keçirilməsi zamanı istifadə olunan üsulların sistemli şəkildə göstərilməsi planlaşdırma iştirakçılarının işini xeyli asanlaşdırır.

Landşaft planlaşdırılmasının məzmunu metodları və mərhələləri zaman-məkan münasibətlərindən asılı olaraq daim dəyişir və yeniləşmə tələb edir. Cəmiyyətlə təbiət arasındakı münasibətlərin strukturu mürəkkəbləşdikcə ekoloji problemlərin həlli də yeni elmi yanaşmalar tələb edir.

Ramiz Məmmədovun landşaft planlaşdırılmasına marağı 2003-cü ildə Qafqaz ölkələrində landşaft planlaşdırılması üzrə mütəxəssislər hazırlamaq məqsədi ilə Almaniya Federal Təbiəti Mühafizə İdarəsinin həyata keçirdiyi silsilə tədbirlərlə bağlı olmuşdur. Bu tədbirlərdə Azərbaycandan da xeyli mütəxəssislər iştirak etmişdir. Lakin onların içindən Ramiz müəllim landşaft planlaşdırılmasının mahiyyətini dərk etmiş və bu yeni istiqamətin Azərbaycan üçün vacib olduğunu qəbul etmişdir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda eyni adlı şöbə fəaliyyət göstərir.

Almaniya Federal Təbiəti Mühafizə İdarəsi tərəfindən Almaniya (Drezden, 2004) və Cənubi Qafqazda (Tbilisidə) layihə iştirakçıları və həmin ölkələrin Ekologiya nazirlikləri əməkdaşları üçün treninqlər təşkil olunur. Daha sonra tərəflərin hər birinə öz ölkələrində layihəni həyata keçirmək üçün model ərazinin seçilməsi və müvafiq nazirliklə razılaşdırılması təklif olunur.

Yuxarıda yazılanları və Almaniyanın Federal Təbiəti Mühafizə İdarəsinin təklifini nəzərə alaraq Ramiz müəllim Azərbaycanda landşaft planlaşdırılması aparmaq üçün Şirvan Milli Parkı və onun ətraf zonasını seçmişdi. Model ərazinin seçimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılasdırılmışdı.

Landşaft planlaşdırılmasının obyekti kimi Şirvan Milli Parkı və onun ətraf zonasının seçilməsi ərazinin xüsusi təbiəti, heyvanlar aləminin mühafizəsinin zəruriliyi (ceyranlar, köçəri quşlar və s.) və burada təbii və antropogen konfliktlərin mövcudluğu ilə əlaqədardır. Axırıncıları landşaft planlasdırılmasının vasitələrini tətbiq etməklə həll etmək nəzərdə tutulurdu.

Landşaft planlaşdırılması Azərbaycanda birinci dəfə aparıldığından torpaqdan istifadəni və təbiəti mühafizəni nizamlayan bəzi hüquqi məqamları təhlil etmək və onları dövlət, nazirlik və inzibati rayonlar səviyyəsində razılaşdırmaq zərurəti yaranmışdı.

Aparılmış kompleks tədqiqatlar, tərtib olunmuş cədvəllər və xəritələr öz bəhrəsini vermişdi. Bunların əsasında Ramiz Məmmədov Şirvan Milli Parkı üçün inteqrasiya olunmuş tədbirlər sistemi hazırlamışdır.

Zəngin fauna və flora növlərinin əhəmiyyətini nəzərə almaqla Şirvan Milli Parkı və onun ətraf ərazilərində aparılmış landşaft planlaşdırılması regionun davamlı və balanslaşdırılmış inkişafını təmin etmək üçün onu bioregion kimi elan etməyin münasib olduğu elmi cəhətdən əsaslandırılmışdı.

Bu kontekstdə, ərazinin iqtisadi dirçəlişinə və Milli Parkın səmərəli fəaliyyətinə mənfi təsirləri azaltmaq məqsədilə ən yaxşı konsepsiya və vasitə kimi biosfer rezervatının yaradılması irəli sürülmüşdür.

Biosfer rezervatını yaratmaq isə yalnız qorunan təbii komplekslərlə insanların həyat fəaliyyəti sahələri arasında əmələ gəlmiş konfliktləri elmi-praktiki cəhətdən balanslaşdırılmış şəkildə həll etdikdən sonra mümkündür. Bu məsələ də tədqiqatçı alim tərəfindən hərtərəfli öyrənildikdən sonra həll edildi və bu ilk dəfə tərtib olunmuş irimiqyaslı (1:25 000) "Konfliktlər” xəritəsində öz əksini tapmışdır.

Sonralar Ramiz müəllim landşaft planlaşdırılmasına aid tədqiqatlarını Samur-Yalama Milli Parkında davam etdirmişdir. Bildiyimiz kimi, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılan Samur-Yalama MP 12500 ha ərazini əhatə etməklə bura yeddi bələdiyyənin ərazisinə aid edilən yaşayış məntəqələri, əkin və otlaq sahələri, o cümlədən çoxsaylı nizamsız yaradılmış turizm obyektləri və s. daxildir. Ona görə də yaradılacaq milli parkın və bələdiyyələrin sərhədləri dəqiq müəyyənləşdirilməli, konfliktli şəraitin həlli və bu milli parkların ərazilərinin yerli əhali tərəfindən əsaslı şəkildə istifadəsi üçün sərhədlərə yenidən baxılmalı və funksional zonalaşdırmada dəyişiklik aparılmalıdır. Bu zaman mövcud hüquqi aktlar və ekoloji yönümlü landşaft planlaşdırmasının imkan verdiyi vasitələri nəzərə almaq zəruri sayılırdı.

İstənilən xüsusi mühafizə olunan ərazi təşkil edildikdə əsas məqsədlər təbiəti mühafizə olmaqla yanaşı, həm də bu ərazinin davamlı inkişafının təşkilidir. Ona görə də milli parklar yaranmazdan əvvəl mövcud təbii və sosial iqtisadi şərait öyrənilib qiymətləndirilməlidir. Daha sonra hər bir təbii komponentin sosial-iqtisadi potensialı araşdırılır və onlar arasında ümumi struktur əlaqələr qurulmaqla xəritələr tərtib edilir. Nəhayət bütün bunların hamısının mövcud və dəyişə biləcək sosial-iqtisadi şəraitlə gələcəkdə necə uzlaşması qiymətləndirilir. Təbii ki, belə araşdırmalar ictimaiyyətin aktiv və interaktiv iştirakı ilə aparılır. Ramiz müəllimin təbirincə desək, landşaft planlaşdırılması təbiətdən istifadəçilərin maraqlarını müəyyən edən və təbiətin mühafizəsi baxımından onları ortaq məxrəcə gətirən, konfliktləri həll edən və razılaşdırılmış fəaliyyət və tədbirlər planı işləyən kommunikativ bir prosesdir. Bu tədqiqatlardan sonra Ramiz müəllimin landşaft planlaşdırılmasına həsr olunmuş ikinci kitabı 2016-cı ildə işıq üzü gördü (Landşaft planlaşdırılması: mahiyyəti və tətbiqi, Bakı, 2016). Kitab bu dəfə də tədqiqatçılar, magistrlər, bakalavrlar və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılandı.

Akademikin tədqiqat sahələrindən biri də Azərbaycan təbiəti üçün aktuallığını yüksək qiymətləndirdiyi və hazırda planetimiz üçün qlobal məsələyə çevrilmiş səhralaşma problemidir. Bu problemə aid Ramiz müəllimin kifayət qədər elmi dəyərə malik həm ölkə, həm də ölkədən xaricdə məqalələri dərc olunmuşdur. O, əsərlərində səhralaşmanın nəzəri-metodoloji problemlərini, dünyada öyrənilmə səviyyəsini məntiqi ardıcıllıqla təhlil etməklə elmi ümumiləşdirmələr aparmışdır. Azərbaycanın təbii-coğrafi xüsusiyyətlərini nəzərə alaraq yerli şəraitə uyğun ilk dəfə səhralaşma meyarlarını və indikatorlarını müəyyən etmişdir. Onun Xəzər dənizinin sahilboyu ərazilər timsalında tərtib etdiyi irimiqyaslı "Səhralaşma dərəcələri” xəritəsi respublikamızda aparılan meliorativ tədbirlər üçün əsas vasitəyə çevrilmişdir.

Alimin son uğurlu tədqiqatlarından biri də ilk dəfə hazırladığı "Azərbaycanın ekoloji risk xəritəsi”dir. Xəritənin hazırlanmasında respublika ərazisində müşahidə edilən əsas təbii-texnogen mənşəli təhlükələri nəzərə alınmaqla, peyk təsvirlərindən və uzunmüddətli çöl tədqiqat materiallarından geniş istifadə edilmişdir. Belə xəritələr Azərbaycanda sürətlə həyata keçirilən tikinti işlərinin, infrastruktur layihələrinin, əhali məskunlaşmasının ekoloji təhlükəsizliyinin təminatı üçün elmi mənbə rolunu oynayır.

Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı akademik Ramiz Məmmədov bu gün də elm adlanan dünyanın sonu görünməyən gözəllikləri arasında tədqiqatlarını həvəslə davam etdirir, Azərbaycan təbiətinin və Xəzər dənizinin öyrənilməsinə əvəzsiz töhfələr verir.

İbrahim QULİYEV,

AMEA-nın birinci vitse-prezidenti, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!