Azərbaycanda keçən ilin eyni dövründəkinə nisbətən neft hasilatı artıb
Artım əsasən OPEC+ razılaşması çərçivəsində tətbiq olunan məhdudiyyətlərin nisbətən yumşaldılması ilə bağlıdır
Azərbaycanda həyata keçirilən neft, qaz və ixrac layihələri dünyaya səs salıb. Ölkəmiz təşəbbüskarı və aparıcı qüvvəsi olduğu “Cənub qaz dəhlizi” layihəsini gerçəkləşdirməklə Avropanın enerji xəritəsini yenidən çəkib. Bütün bu layihələr çərçivəsində etibarlı, möhkəm beynəlxalq əməkdaşlıq platforması yaradılıb.
Son iki-üç onillik ərzində mərhələ-mərhələ işlənən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqları Azərbaycana önəmli gəlirlər gətirməkdə, regionun digər ölkələrinin əhalisinin həyatına müsbət təsir göstərməkdədir. Bununla yanaşı, Xəzərin Azərbaycan sektorunda yeni karbohidrogen yataqları kəşf olunub və onlarla bağlı layihələr nəzərdə tutulan plan üzrə irəliləyir.
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından hasilat təhlükəsiz şəkildə davam edir. Bu ilin birinci yarısında AÇG-dən ümumi hasilat təxminən 85 milyon barel, yəni 11 milyon ton olub. Gündə AÇG-dən ümumilikdə orta hesabla 468 min barel - “Çıraq” platformasından 30 min, “Mərkəzi Azəri”dən 111 min, “Qərbi Azəri”dən 118 min, “Şərqi Azəri”dən 78 min, “Dərinsulu Günəşli”dən 88 min və “Qərbi Çıraq”dan 43 min barel neft çıxarılıb.
AÇG yataqlar blokunda 131 neft hasilatı quyusu, 44 su injektor quyusu və 8 qaz injektor quyusu istismar olunur. Birinci yarımildə burada 6 neft hasilatı və 3 suvurma quyusu qazılıb. Bu dövrdə AÇG-dən SOCAR-a, əsasən, Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9,1 milyon kubmetr, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
“Şahdəniz” yatağından da hasilat ahəngdar davam edir və çıxarılan mavi yanacaq Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC-yə), Türkiyə (BOTAŞ-a ) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə çatdırılır. “Şahdəniz” qazı 2020-ci ilin son günündən başlayaraq Avropa bazarlarına da ixrac edilir.
İlin ilk altı ayı ərzində yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 10 milyard standart kubmetr qaz və təqribən 1,9 milyon ton (15,1 milyon barel) kondensat hasil olunub. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.
Prezident İlham Əliyev ölkənin neft-qaz sənayesi qarşısında köhnə yataqları da yaddan çıxarmamaq, hasilatı sabit saxlmaq üçün müntəzəm tədbirlər görmək vəzifəsini qoyub. Azərbaycan neftçiləri bu vəzifənin də öhdəsindən layiqincə gəlirlər.
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) dənizdə və quruda oniliklərdir istismar olunan yataqlarda işi uğurla davam etdirir. Hasilatı sabit saxlamaq üçün yeni texnika və texnologiyalardan, bütün mümkün vasitə və tədbirlərdən istifadə olunur. Nəticədə hətta hasilatın artması da müşahidə edilir.
Qazma işləri də ardıcil şəkildə aparılır. Məsələn, bu ilin doqquz ayında qazma üzrə artıma nail olunub. Belə ki, şirkət üzrə 20 min metrdən artıq qazma işi həyata keçirilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 82 faiz çoxdur.
SOCAR-ın istismar etdiyi yataqlarda sözügedən dövrdə 2 milyon tona yaxın neft və 2 milyard kubmetrə yaxın qaz çıxarılıb. Beləliklə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 10, qaz hasilatı isə 9 faiz artıb. Bu da şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədilə həyata keçirilən kompleks tədbirlər planının davamlı şəkildə icra olunduğunu bir daha təsdiqləyir.
Qeyd edək ki, cari ilin üçüncü rübündə ölkə üzrə 8,7 milyon tona yaxın neft, 11,3 milyard kubmetrdən artıq qaz hasil edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 6, qaz hasilatında 38,6 artım deməkdir. Onu da diqqətə çatdıraq ki, neft hasilatının artımı əsasən OPEC+ razılaşması çərçivəsində hasilata tətbiq olunan məhdudiyyətlərin nisbətən yumşaldılması ilə bağlı olub.
Flora SADIQLI,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!