Azərbaycan yenə də ən islahatçı ölkələr sırasında yer aldı
Azərbaycan Dünya Bankının nüfuzlu "Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib. Bu, Azərbaycan dövlətinin apardığı məqsədyönlü və çoxşaxəli sosial-iqtisadi islahatlara verilən daha bir yüksək qiymətdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı, prinsipial və milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edən güclü ölkəyə çevrilib. Bu gün Azərbaycan artıq yüksək beynəlxalq nüfuza malik bir dövlət kimi tanınır və qəbul edilir.
Yürüdülən uğurlu siyasətin ürəkaçan nəticələri çoxdur. Bunlardan yalnız bir neçəsini göstərmək kifayətdir. Sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda güclü potensial yaradılması, əhalinin sosial təminatı sahəsində atılan inqilabi addımlar və s. dövlətimizin qarşıya qoyduğu prioritetlərdəndir.
İndi Azərbaycan iqtisadi inkişaf, həyata keçirilən böyük sosial-iqtisadi islahatlar, mühüm beynəlxalq tədbirlərə evsahibliyi etməkdə qazandığı zəngin təcrübə sayəsində haqlı olaraq bütün dünyada yüksək nüfuz qazanıb.
İslahatlar nəticəsində əldə olunan nailiyyətlər statistik rəqəmlərdə belə əks olunur: son 15 ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı 3,2 dəfə artıb. ÜDM-in qeyri-neft sahəsində 2,8 dəfə, sənaye məhsulu istehsalında 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesində 2,2 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalında 2 dəfəyə qədər çoxaldığı müşahidə edilib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 45 milyard dolları ötüb.
Aparılan islahatlar, ilk növbədə, ölkə əhalisinin maddi durumunda özünü göstərir. Əməkhaqların, pensiyaların, müavinətlərin, təqaüdlərin ardıcıl olaraq artırılması da məhz bu islahatların nəticələrindən qaynaqlanır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Dünya Bankının son hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni bu, onu göstərir ki, biz bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atırıq”.
Qeyri-neft sektorunun inkişafı, sahibkarlıq fəaliyyətinə getdikcə daha geniş meydan verilməsi islahatların bir qoludur və bu da ölkənin ümumi yüksəlişinə təkan verən amillərdəndir. Bu il iyulun 31-də Prezidentin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə qeyd edilib ki, birinci yarımillikdə sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılıb. İlin ikinci yarısında 120 milyon manat həcmində güzəştli kredit veriləcək. Bu istiqamətdə bir sıra layihələr müəyyənləşdirilib və hazırlanıb.
Biznes mühitinin yaxşılaşdırılması sahəsində də mühüm addımlar atılıb. Dünya Bankının "Doing Business” proqramı Azərbaycanın bu sahədəki fəaliyyətini də yüksək qiymətləndirir. Aparıcı beynəlxalq maliyyə qurumlarının ölkəmizin fəaliyyətinin dəyərləndirilməsi yeni investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır.
Azərbaycan "Doing Business”in hesabatında yenə də aparıcı yer alıb. Hesabata əsasən, ölkəmiz "Doing Business” üzrə dörd sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bunlar əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir.
Hesabatda eləcə də bildirilir ki, Bakının kadastr xəritəsinin tərtib olunması və paytaxtdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, həmçinin mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib. Minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorları üzərinə qoyulmasından sonra güclənib. Kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üçün maddi stimul əldə edə bilərlər.
Bir daha qeyd edək ki, Azərbaycan "Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəlib.
Bütün bunlar göstərir ki, Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar düzgün düşünülmüşdür və məqsədyönlüdür. Uğurlu nəticələr də məhz bu amillərə əsaslanır.
Flora SADIQLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!