18 Aprel 2025 18:06
645
SİYASƏT
A- A+
Azərbaycan və Türkiyənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib  

Azərbaycan və Türkiyənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib  


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonaqlar əvvəlcə Zəfər abidəsinin önünə əklil qoyub. Sonra Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları ziyarət olunub, xatirələri dərin hörmət və ehtiramla yad edilib. Onlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək əklil və gül dəstələri düzüblər.

Müdafiə naziri görüş zamanı onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında mövcud əməkdaşlığın, dostluq və qardaşlıq münasibətlərinin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını xüsusi olaraq qeyd edib.

Hər zaman qardaş ölkəyə səfərlərindən və orada keçirdiyi görüşlərdən razı qaldığını bildirən general-polkovnik Z.Həsənov Türkiyə Respublikasında keçirilən beynəlxalq təlimlərin təşkilatçılığını, eləcə də iştirak edən hərbi qulluqçularımızın peşəkarlığını yüksək qiymətləndirib.

Donanma admiralı E.Tatlıoğlu göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Yüksəkrütbəli qonaq strateji müttəfiqlik səviyyəsinə çatan hərbi əlaqələrin hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin inkişafına müsbət təsirini diqqətə çatdırıb.

Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilərək inkişaf etdirilməsi üzrə məsələlər müzakirə olunub, iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin imkan və perspektivlərindən danışılıb.

Sonra Azərbaycan Respublikasının müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüş keçirilib. Səmimi dialoq çərçivəsində keçən görüşdə Azərbaycan Ordusunun Türkiyə Respublikası Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərin müsbət nəticələri barədə geniş fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti Azərbaycan HDQ-ni ziyarət edib. Qonaqları qarşılayan Azərbaycan HDQ-nin komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov türkiyəli həmkarı ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Seneqal İraqı darmadağın edib

02:21
27 İyun

Futbol üzrə dünya çempionatı: Fransa Norveçi məğlub edib

01:44
27 İyun

Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub

22:53
26 İyun

Zelenski: Ukrayna Rusiyaya müharibənin sona çatması ilə bağlı təkliflər verib

22:17
26 İyun

Vitse-qubernator: Qarabağda uşaq bağçasının tikintisi Azərbaycanla dostluğun rəmzidir  

21:57
26 İyun

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

21:46
26 İyun

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

21:30
26 İyun

Tramp: İranın dron hücumu atəşkəs sazişinin pozulmasıdır

20:41
26 İyun

Peskov Rusiyanın ABŞ-nin gələcək vasitəçilik səylərinə açıq olduğunu bildirib  

19:37
26 İyun

Bakı AQEM Gənclər Şurasının 9-cu iclasına ev sahibliyi edib

19:17
26 İyun

Venesuelada baş verən zəlzələnin qurbanlarının sayı artır

18:26
26 İyun

Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir  

17:47
26 İyun

MDB İqtisadi Şurası 2030-cu ilədək əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

17:33
26 İyun

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub

16:57
26 İyun

Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi baş tutub

16:53
26 İyun

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib

16:34
26 İyun

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib  

16:08
26 İyun

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Silahlı Qüvvələr Günü Bərdədə hərbçilərin yürüşü ilə qeyd edilib

15:47
26 İyun

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub

15:41
26 İyun

Türkiyə hökuməti və iqtidar partiyası Azərbaycan Silahlı Qüvvələrini təbrik edib

15:28
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!