Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 7-ci iclası keçirilib
İclasın yekununda gələcək iqtisadi əməkdaşlıq istiqamətlərini əhatə edən protokol imzalanıb
Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində "Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiya”nın 7-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
İclasdan əvvəl S.Babayevlə komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto arasında ikitərəfli görüş olub, ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Komissiyanın 7-ci iclasında Azərbaycan-Macarıstan əlaqələrinin ildən-ilə inkişaf etdiyini vurğulayan S.Babayev iki ölkənin dövlət başçıları tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsində mühüm addım olduğunu qeyd edib. Bildirib ki, xüsusilə də bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini əks etdirən müddəaların yer alması Azərbaycan və Macarıstan arasında yüksəksəviyyəli siyasi dialoqun və strateji tərəfdaşlığın daha bir göstəricisidir.
Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin ölkəmizdə bütün sahələrdə dinamik inkişafı təmin etdiyini vurğulayan S.Babayev, eyni zamanda, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunduğunu, xarici ölkələrlə qarşılıqlı maraqlar əsasında uğurlu əməkdaşlıq əlaqələrini daim genişləndirdiyini diqqətə çatdırıb.
Nazir ötən dövrdə Macarıstanla imzalanan əməkdaşlıq sənədlərinin əlaqələrin hüquqi bazasını formalaşdıraraq genişlənməsinə zəmin yaratdığını deyib. O, xüsusilə enerji sahəsində Macarıstanla fəal əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əməkdaşlığın davam etdirilməsinin, eləcə də bərpaolunan enerji sahəsində əməkdaşlıq potensialının araşdırılmasının əhəmiyyətini qeyd edib.
İqtisadi əməkdaşlıqda ticarət əlaqələrinin önəmindən bəhs edən S.Babayev 2019-cu ildə Azərbaycanın Macarıstan ilə ticarət dövriyyəsinin həcminin 35,70 milyon ABŞ dolları təşkil etdiyini bildirib. Ticarət əlaqələrinin inkişafı məqsədilə aparılan işləri, həmçinin ölkəmizin ixrac missiyasının Macarıstana səfərinin, Macarıstan da daxil olmaqla, Mərkəzi Avropa üzrə Azərbaycanın ticarət nümayəndəsinin təyin edilməsinin və s. mühüm rolunu diqqətə çatdırıb. O, ticarət, nəqliyyat, kənd təsərrüfatı, xidmət sahələri üzrə Macarıstan şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətini, investisiya sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. S.Babayev iki ölkə arasında əməkdaşlıq üçün mövcud olan potensialın əlaqələrin daha geniş miqyasda və daim yüksələn xətt üzrə inkişafına imkan yaratdığını bildirib.
P.Siyyarto ölkəsinin Azərbaycanla əlaqələrinin dost münasibətlər əsasında inkişaf etdirilməsində maraqlı olduğunu deyib. O, iqtisadi sahədə əməkdaşlıq istiqamətləri üzrə əldə olunan təcrübəni qeyd edib, birgə səylər nəticəsində bu əlaqələrin ildən-ilə genişlənəcəyinə, əməkdaşlıqda yeni müsbət nəticələrin olacağına əminliyini ifadə edib.
İclasda enerji sahəsində əməkdaşlığın davam etdirilməsi, bərpaolunan enerji sahəsində əməkdaşlıq potensialının araşdırılması, ticarət və investisiya, qeyri-neft mallarının ixracı məsələləri müzakirə olunub. Macarıstan şirkətlərinin Azərbaycanın sənaye parklarında, eləcə də aqroparklarında, startapların Macarıstan və Azərbaycanda keçirilən sərgi, konfrans və forumlarda iştirak imkanları, Macarıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması, iki ölkənin biznes birlikləri arasında əlaqələrin və qarşılıqlı investisiya qoyuluşlarının həcminin genişləndirilməsi və s. məsələlərlə bağlı fikir mübadilələri aparılıb.
Təhsil və elm sahəsində əlaqələrin genişləndirilməsi, eləcə də ikili diplom proqramlarının hazırlanması və tətbiqi, müəllim və tələbə mübadiləsinin, ali təhsil müəssisələri arasında ortaq araşdırmaların təşviqi və s. məsələlər nəzərdən keçirilib. Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq, bu sahələrdə idxal və ixracın mövcud potensiala uyğun artırılması, səhiyyə, mədəniyyət, nəqliyyat sahələri üzrə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. Azərbaycanın turizm imkanları haqqında Macarıstanda məlumatlılığın artırılmasının, məlumat turlarının təşkilinin, turizm sahəsində təcrübə mübadiləsinin hər iki ölkə üçün önəmi qeyd edilib. Həmçinin əmək bazarının tənzimlənməsi, məşğulluğa dəstək proqramlarının hazırlanması, sosial xidmətlərin göstərilməsi, tibbi-sosial reabilitasiya, gənclər və idman sahələrində gələcək əməkdaşlıq məsələləri ətrafında da müzakirələr aparılıb.
Hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə aparılan müzakirələrin yekununda həmsədrlər tərəfindən Komissiyanın 7-ci iclasının Protokolu imzalanıb. Sənəddə iki ölkənin qeyd edilən sahələrdə gələcək əməkdaşlıq istiqamətləri ifadə olunur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!