07 İyul 2025 19:48
671
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Çin arasında Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkili prioritetdir  

Azərbaycan və Çin arasında Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkili prioritetdir  

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyəti Çində işgüzar səfərdədir.

QSC-dən AZƏRTAC-a bildirilib ki, bu gün səfər çərçivəsində ADY nümayəndələri Çinin nəqliyyat-logistika şirkətləri ilə görüşlər keçiriblər.

ADY sədri Rövşən Rüstəmov Çinin CRRC (“China Railway Rolling Stock Corporation”) korporasiyasının vitse-prezidenti Fanq Fenq və korporasiyanın Çjuçjou lokomotiv istehsalı şirkətinin sədri Van Qiaolinlə keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq nəqliyyat-logistika zəncirində rolunun artması ilə əlaqədar olaraq, yük daşımalarının etibarlı və təhlükəsiz təmin edilməsi üçün lokomotiv parkının yenilənməsi və genişləndirilməsinə, CRRC ilə bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verildiyini qeyd edib. Həmçinin Çindən 7 ədəd yeni lokomotivin alınması ilə bağlı cari ilin aprel ayında imzalanmış sazişin təfərrüatları, ADY mütəxəssisləri üçün təlim kursları və texniki treninqlərin təşkili, texniki həllər, istehsalat imkanları, təcrübə mübadiləsi kimi məsələlər müzakirə olunub.

Səfər çərçivəsində Lyanyunqan Limanının rəhbəri Van Qoi Çao ilə görüşdə ADY-nin bu limanla əməkdaşlığının Şərq və Qərb arasında, xüsusilə Orta Dəhliz çərçivəsində nəqliyyat bağlantısının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Hazırda Çin və Azərbaycan arasında yükdaşımaların artan dinamikasının müşahidə olunduğu bildirilib. 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, bu ilin 6 ayı ərzində bu göstərici artıq 199 blok-qatar təşkil edib. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. Bu mənada, Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkilinin prioritet istiqamətlərdən biri olduğuna diqqət çəkilib.

Qeyd olunub ki, bu yaxınlarda Bakı Beynəlxalq Dəniz Limanı rəsmi olaraq ADY-nin strukturuna inteqrasiya olunub. Bu addım liman-dəmiryol əməliyyatlarının daha səmərəli koordinasiyasına və beynəlxalq tərəfdaşlara kompleks və optimallaşdırılmış logistika xidmətləri təqdim etməyə imkan verir. Bakı Limanı Asiya və Avropa arasında yük axınının təmin edilməsində vacib rol oynayır. Hazırda limanın yükaşırma gücü ildə 15 milyon ton, o cümlədən 150 min TEU konteyner təşkil edir. Gələcəkdə isə limanın ümumi gücünün ildə 25 milyon ton, o cümlədən 500 min ton TEU konteyner olacağı nəzərdə tutulur.

Van Qoi Çao deyib ki, Lyanyunqan Limanı təkcə Çin deyil, Yaponiya və Koreya məhsullarının da ixracını həyata keçirir, bu da marşrutun əhəmiyyəti və yükdaşıma coğrafiyasını genişləndirir. O əmin olduğunu bildirib ki, qarşılıqlı fəaliyyət nəqliyyat əlaqələrin möhkəmləndirilməsinə və Lyanyunqan–Bakı marşrutunun Avrasiya məkanında daha rəqabətqabiliyyətli olmasına imkan verəcək.

“China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin prezidenti Yan Binlə görüşdə isə ADY sədri Rövşən Rüstəmov CRCT-nin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmasının əhəmiyyətini qeyd edib.

Bildirilib ki, CRCT-nin birgə müəssisənin işində aktiv iştirakı regionun logistika üzrə əlaqələrini, Orta Dəhliz boyunca şirkətlərin rolunu gücləndirəcək və marşrutun səmərəliliyini artıracaq.

Görüşdə Orta Dəhliz üzrə yükdaşıma həcmlərinin artırılması potensialının olduğu bildirilib. Çin–Azərbaycan–Çin istiqamətində konteyner daşımaları həcminin çoxaldılması və logistikanın optimallaşdırılması məqsədilə rəqəmsal həllərin tətbiqi, 2025-ci ilin ikinci yarısında göndərişlərin artırılması üçün fəaliyyət planının razılaşdırılması, liman-dəmiryol infrastrukturunun inteqrasiyası kimi mühüm məsələlər müzakirə olunub.

Qeyd edək ki, ADY nümayəndə heyətinin Çinə səfəri iyulun 11-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclis məcburi icra üzrə məlumat mübadiləsi sazişini təsdiqləyib

13:31
01 May

Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib  

13:14
01 May

“Yüksəliş” müsabiqəsi: hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli  

13:03
01 May

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub YENİLƏNİB 

12:57
01 May

Azərbaycanın BTC vasitəsilə dünya bazarına göndərdiyi neftin həcmi 625 milyon tonu ötüb  

12:53
01 May

Sabaha olan hava proqnozu açıqlanıb

12:43
01 May

Azərbaycan parlamenti mülki və ailə hüququ üzrə beynəlxalq protokolları təsdiqləyib

12:40
01 May

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

12:38
01 May

İşğaldan azad olunmuş ərazilərdə 575 tarixi abidənin vəziyyəti qiymətləndirilib

12:38
01 May

Milli Məclisin qərarı: Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır  

12:36
01 May

Bakı Limanında yeni körpü istifadəyə verilib

12:35
01 May

"Təməl dalğıc kursu"nu müvəffəqiyyətlə başa vuranlara sertifikatlar təqdim olunub

12:27
01 May

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb  

12:26
01 May

“Şahdəniz”in əməliyyat və əsaslı xərcləri açıqlanıb  

12:24
01 May

Milli Məclisin sədri: Avropa Parlamentinin qətnamələri ikili standartlara əsaslanır  

12:24
01 May

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Azərbaycan-Ermənistan sülh gündəliyi barədə məlumatlandırılıb  

12:21
01 May

Rektor: Azərbaycan UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş tarixi abidələri ilə tanınır  

12:19
01 May

ABŞ neft ehtiyatlarından 17,5 milyon barel istifadə edib  

12:15
01 May

Keniyalı ekspert Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirib  

12:03
01 May

Çinin “sıfır tarif” rejimi Afrikanın 53 ölkəsinə şamil olunacaq  

12:01
01 May

Bu gündən ölkə ərazisindəki bütün su hövzələrində sənaye məqsədilə balıq ovu qadağan edilir

12:00
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!