Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 67
№ 67 Bakı şəhəri, 18 fevral 2016-cı il
“Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları”nın təsdiq edilməsi barədə
“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il18 fevral
tarixli 67nömrəli qərarı ilə
təsdiq edilmişdir
Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi
NORMALARI
- Bu Normalar “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində müvafiq qaydada dövlət qeydiyyatından və texniki baxışdan keçirilmiş nəqliyyat vasitələrinin reklam daşıyıcısı kimi istifadə edilməsi normalarını müəyyən edir.
2. Nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanılan müqavilə əsasında yerləşdirilir.
3. Nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir.
Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin hazırladığı reklama dair texniki şərtlər pasportu əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilir.
Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər.
4. Nəqliyyat vasitələrinin üzərində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə alınmalı, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 60 faizindən çox olmamalıdır.
5. Nəqliyyat vasitəsinin üzərində reklam onun aşağıda göstərilən hissələrində yerləşdirilir:
5.1. minik avtomobillərinin və mikroavtobusların qapılarında və qanadlarının yan səthlərində;
5.2. avtobus, trolleybus və tramvayların banında pəncərə xəttinə qədər olan yan səthlərində;
5.3. yük, yük-sərnişin, yük-furqon qoşqu və yarımqoşquların banının yan səthlərində;
5.4. motosikletlərin yanacaq baklarında və alətlər qutusunun qapağında.
6. Nəqiyyat vasitəsinin salonunda yerləşdirilən reklam qurğularının iti küncləri, kəsici hissələri və çıxıntılı hissələri olmamalı, sərnişinlərin minib-düşməsinə maneçilik törətməməli, həmçinin həmin qurğular hava axınından, qəfil tormozlanmadan, titrəyişlərdən əmələ gələn təsirlərə davamlı olmalıdır.
7. Nəqliyyat vasitələrinin damında, ön və arxa hissələrində, dövlət qeydiyyat nişanlarının və fərqlənmə nişanlarının (beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliyyat vasitələrinə münasibətdə) görünməsini məhdudlaşdıran yerlərdə, işıqlanma cihazlarında, ban şüşələrində, habelə istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan xarici işıq cihazlarının reklam məqsədi ilə quraşdırılması qadağandır.
8. Şəxsə mənsubiyyətini göstərən və təyinatını əks etdirən fərqləndirici nişanların nəqliyyat vasitələrinin üzərində yerləşdirilməsi reklam hesab olunmur.
9. Nəqliyyat vasitələrində işıqlanan tabloların yerləşdirilməsinə, nəqliyyat vasitəsindən istifadə etməklə səsli reklamın yayılmasına icazə verilmir.
10. Aşağıdakı nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qadağandır:
10.1. operativ və xüsusi təyinatlı nəqliyyat vasitələri;
10.2. təhlükəli yüklərin daşınması təyinatlı nəqliyyat vasitələri.
11. Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin rəng qrafikasına, təsvirinə oxşar reklamların nəqliyyat vasitələrində yayımına, nəqliyyat vasitələrində reklam yerləşdirilməsi üçün işıq əks etdirən və gözqamaşdırıcı lak-rəng materiallarından istifadə olunmasına, yol hərəkəti iştirakçılarının yol şəraitini qiymətləndirilməsinə maneə törədən, habelə xarici görünüşü və təsviri ilə yol hərəkətinin təşkilində istifadə edilən texniki vasitələrə oxşar olan reklamların nəqliyyat vasitələrinin üzərində və salonunda yayımlanmasına icazə verilmir.
12. Nəqliyyat vasitələrində yerləşdirilən reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş reklama dair ümumi tələblərə uyğun olmalıdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!